Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir

ABŞ öz əsas hədəfinə – Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirtməyə çox yaxındır, ona görə də, Kremlin indiki “kapriz”ləri Ağ Evi Rusiyaya qarşı savaşda rəsmi Kiyevi əvvəlki kimi, hətta daha intensiz dəstəkləməyə də yönəldə bilər... Əgər, Tramp-Putin sövdələşməsi pozularsa, bu, son vaxtlar özünə inamı artmaqda olan Rusiyanın gələcək taleyini ümumiyyətlə, böyük risk altında buraxar və bu baxımdan, Kreml ABŞ-ın maraqlarına həssas yanaşmaq məcburiyyətindədir...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ Ukrayna savaşının dayandırılması ilə bağlı başladılmış prosesdə öz hədəfinə çatmağa çox yaxınlaşmış kimi görünür. Belə ki, Tramp administrasiyası üçün bu proses daha çox yüksəkgəlirli “hərbi biznes layinəsi” hesab oluna bilər. Çünki Ağ Ev Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiyadan fantastik məbləğlərlə ifadə olunan qazancla çıxmağa can atır. Ukrayna və Rusiyadan hansı tərəfin daha çox qazanacağı və itirəcəyi isə Ağ Evdə heç kimi düşündürmür. Və bu baxımdan başladılmış prosesin inkişaf istiqamətləri də kifayət qədər müəmmalı xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının dayandırılması ilə bağlı sülh sazişinin şərtləri hələlik yalnız Rusiya tərəfi ilə müzakirə olunub. Ağ Ev bu müzakirələrə savaşın ikinci tərəfi olan Ukraynanın və Rusiyaya qarşı sanksiyaların müəllifi Avropa Birliyinin qatılmasına imkan verməyib. Avropa Birliyinin bundan sonra da sülh prosesindən kənarda saxlanacağı qətiyyən istisna deyil. Və Ukraynaya gəldikdəsə, rəsmi Kiyevə tamamilə fərqli məzmunda müzakirələr təklif olunur.
Məsələ ondadır ki, Tramp administrasiyası hazırda rəsmi Kiyevlə yalnız Ukraynanın təbii sərvətlərinin istismarının ABŞ-a verilməsini müzakirə etməklə, kifayətlənmək niyyətindədir. Rusiya ilə savaş isə bu məsələdə Ukraynaya qarşı təzyiq və şantaj faktoru kimi istifadə olunur. Yəni, Ağ Ev Ukraynanın təbii sərvətlərinin istismarı ilə bağlı sənədin imzalanmayacağı təqdirdə, rəsmi Kiyevə bütün dəstəyi kəsməklə, Zelenski hakimiyyətinə sərt təzyiq edir. Və ABŞ-ın dəstəyi olmadan Rusiyanın qarşısında uzun müddət davam gətirməyin qeyri-real olduğunu anlayan rəsmi Kiyev məcburiyyət qarşısında Ağ Evin istəkləri razılaşmaq üzrədir.
Maraqlıdır ki, “Oval kabinet qalmaqalı”ndan sonra ABŞ-Ukrayna münasibətləri qopma həddinə qədər korlanmışdı. Ancaq ondan sonrakı dövrdə Ağ Evin sərt təzyiqləri qarşısında çətin duruma düşən rəsmi Kiyev nəhayət ki, Ukraynanın təbii sərvətlərinin istismarını ABŞ-a vermək üzrədir. Səudiyyə Ərəbistanında keçirilmiş səkkiz saat davam etmiş son ABŞ-Ukrayna görüşündən Ağ Ev rəsmiləri olduqca məmnun ayrılıblar. Hətta həmin görüşdən dərhal sonra ABŞ-ın Ukraynaya bütün istiqamətlər üzrə dəstəyi yenidən bərpa olunub. Və ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini ən yaxın vaxtlarda yenidən Ağ Evə dəvət etmək niyyətindədir.
Bəzi məlimatlara görə, rəsmi Kiyev prezident Volodimir Zelenskinin ABŞ-a növbəti səfərindən öncə müəyyən şərtlərin qəbul edilməsində israrlı mövqe tutur. Belə ki, Zelenski hakimiyyəti Ukraynanın təbii sərvətlərinin istismarını ABŞ-a verməyə demək olar, razılaşıb. Ancaq rəsmi Kiyev bunun əvəzində ABŞ-dan Ukraynaya təhlükəsizlik təminatı verilməsini də tələb edir. Və bu, olduqca ciddi “siyasi bazarlığın” mövcudluğundan xəbər verir.
Təbii ki, hadisələrin belə inkişafı Kremldə müəyyən narahatlıqlara yol açmağa başlayıb. Böyük ehtimalla ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatı verməsi barədə müzakirələrin ön plana keçməsi Tramp-Putin sövdələşməsinə zidd xarakter daşıyır. Ona görə də, Rusiya siyasi dairələri bunu yolverilməz hesab edirlər. Və üstüörtülü şəkildə Ağ Evə Ukrayna ilə bağlı belə öhdəliklərin götürülməsindən yayınmağın vacibliyi barədə mesajlar verilir.
Digər tərəfdən, Kreml ABŞ-Ukrayna danışıqlarında razılaşdırılmış 30 günlük atəşkəs təklifinə ehtiyatla yanaşdığını da qətiyyən gizlətmir. Rusiya əvvəlcə atəşkəsin şərtlərini ayrıca müzakirə edərək, müəyyən zəmanətlər almaq niyyətində olduğunu qabardır. Bəzi iddialara görə, prezident Vladimir Putini sülh sazişi imzalanmadan müvəqqəti atəşkəsə razılaşdırmaq qətiyyən asan olmayacaq. Çünki Kreml sahibi hazırda Rusiyanın öz güclü mövqeyi ilə hərbi-siyasi təşəbbüsü ələ keçirdiyi qənaətindədir.
Hətta Kremlə yaxın bəzi siyasi dairələr 30 günlük atəşkəs təklifini Rusiyaya qarşı “tələ qurmaq” cəhdi kimi qəbul edirlər. Ona görə də, prezident Vladimir Putinə konkret zəmanətlər almadan müharibənin dayandırılmasının yolverilməz olması barədə mesajlar ötürürlər. Eyni zamanda, ABŞ-ın Ukraynaya hərbi yardımları və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etməsini nəzərə alan Kremldə atəşkəsin Rusiya üçün riskli addım ola biləcəyi ilə bağlı qənaət daha ön plana keçməkdədir. Və Rusiya Xarici İşlər Nazirliyi Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların deyil, məhz Kremlin verdiyi hərbi-siyasi qərarların daha həlledici önəm daşıdığını vurğulayıb.
Belə anlaşılır ki, Kreml ABŞ və Ukrayna arasında aparılan danışıqların nəticələrinin sülh prosesinə təsirini yaxına buraxmaq niyyətində deyil. Yəni, Kreml Tramp-Putin sövdələşməsindən kənarda olan heç bir anlaşmanı tanımayacağını qabartmağa çalışır. Əgər, Kreml bu mövqeyində israrlı olarsa, Ağ Ev isə Ukraynanın təbii sərvətlərinin istismar hüquqları qarşılığında rəsmi Kiyevə təhlükəsizlik təminatı verərsə, Tramp-Putin sövdələşməsi ümumiyyətlə, ciddi risk altına düşə bilər. Və hətta onun tamamilə pozulma ehtimalı da qətiyyən istisna deyil.
Göründüyü kimi, Ukrayna savaşının dayandırılması ilə bağlı sülh danışıqları prosesi dalana dirənmək təhlükəsinə çox yaxındır. ABŞ öz istədiyini almaq – Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirtmək üzrədir. Ona görə də, Kremlin “kapriz”ləri Ağ Evi Rusiyaya qarşı savaşda Ukraynanı əvvəlki kimi, hətta daha intensiz dəstəkləməyə də yönəldə bilər. Hər halda, Tramp-Putin sövdələşməsi pozularsa, bu, son vaxtlar özünə inamı artmaqda olan Rusiyanın gələcək taleyini ümumiyyətlə, böyük risk altında buraxa bilər. Və bu baxımdan, Rusiyanın “kaprizli” davranmaq əvəzinə ABŞ-ın maraqlarına həssas yanaşmaq məcburiyyətində qala biləcəyi indi daha inandırıcı görünür.
Dünən, 16:00
Gürcüstan hökuməti ABŞ-a işləyən yerli gürcüləri hədəfə alıb - Konqresdən sərt xəbərdarlıq gəldi
Dünən, 15:30
Məktəblərimizdə erməni dili tədris edilsinmi? - iki mövqe
Dünən, 14:00
Azərbaycanla bağlı bu hadisə tarixdir - Paşinyan
Dünən, 13:55
Türkiyə Bakıda Zəfər paradında şəxsi heyət və 6 ədəd F-16 ilə təmsil olunacaq
Dünən, 13:35
"Qarabağ" "Çelsi" ilə oyundan sonra neçə milyon əldə etdi? - Məbləğ
Dünən, 12:45
İlham Əliyev: Azərbaycan Ordusunun müasirləşdirilməsi bundan sonra da davam edəcək
Dünən, 12:40
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
Dünən, 11:52
Növbəti ildən bu sahələrdə əmlak vergisi yeni qaydada hesablanacaq
Dünən, 11:44
Sektor müdirinə şiddətli töhmət verildi
Dünən, 11:11
Rusiyadan Ermənistanla dəmir yolu əlaqəsinin qurulmasına - Münasibət
Dünən, 11:06
Ermənistana buğda aparan qatar artıq Bakıdadır - Video
Dünən, 10:59
Amerikalı general Şəhidlər xiyabanına getdi - Fotolar
Dünən, 10:53
Xankəndidə Zəfər Günü ilə bağlı yürüş - Video - Fotolar
Dünən, 09:42
Tramp yenə Azərbaycan-Ermənistan münaqişəsindən danışdı: Putin dedi ki, 10 ilə onu həll edə bilməyib...
Dünən, 09:35
Ermənilər gəlir - İrəvandan anons, Bakıda hazırlıq
Dünən, 09:30
Tərkibində dərman aşkarlandı... - energetik içkilər haqda bir daha
Dünən, 09:23
Toyda futbola baxdılar
Dünən, 09:18
“Əsrin soyğunçuları”ndan biri yutuber imiş
Dünən, 09:08
Ağır gecə idi, əvvəldən demişdim ki... - "Çelsi"nin baş məşqçisi
Dünən, 09:07
Çempionlar Liqası: "Qarabağ" tarix yazdı - QOLLAR
Dünən, 09:00
Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ-ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir
5-11-2025, 16:00
ABŞ BMT-yə Suriyaya qarşı sanksiyaların qaldırılmasını təklif edib
5-11-2025, 14:29
Sabah hava necə olacaq?
5-11-2025, 14:19
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
5-11-2025, 13:40
Deputat: Gələn il pensiyalar 10 faiz artırılacaq
5-11-2025, 13:35
Prezident onları təltif etdi
5-11-2025, 12:01
Yaşa görə pensiyanın məbləği artır - Məbləğ