Şəhid anası başçıdan GİLEY EDİR... - MÜRACİƏT
Bolge
Oxunub: 87
22 noy 2023 | 19:49
Şəhid anası başçıdan GİLEY EDİR... - MÜRACİƏT


Demək olar ki, hər gün, günaşırı rəsmi internet səhifəsində icra başçısının vətəndaşlarla səyyar qəbul keçirməsindən yazan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, yazılarda deyilənə görə, hər görüşdə vətən müharibəsində şücaət göstərən Azərbaycan oğullarından bəhs edərək, tədbirə giriş verir.
Amma, ömrünün 4 ilini vətənə xidmətlə keçirən və xidməti zamanı da canını bu vətənə qurban edən şəhid Həziyev Pərviz Adil oğlunun anası Kətan Həsənova ötən gün icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin inzibati binasının qapısına qədər gedib, lakin "bu gün qəbul günü deyil" deyərək, onu qəbul etməyiblər. Kətan ana "DogruXeber.az" informasiya agentliyinin rəhbəri Kamal Əsgərov ilə telefon əlaqəsi saxlayıb. Kətan ananın sözlərinə görə, Kamal Əsgərovun mühafizəçi ilə danışmasından sonra, mühafizəçi içəriyə məlumat verib, daha sonra onu İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev qəbul edib, problemini dinləyib.

Qeyd edək ki, Kətan Həsənovanın oğlu birinci vətən müharibəsi zamanı hərbi xidmətə yollanıb. 4 il hərbidə xidmət edib, 1996-cı ildə, xidməti zamanı şəhid olub. Şəhid Pərviz Həziyev subay idi. Onun uğrunda canını verdiyi vətənə əmanəti isə yaşlı ata-anası oldu. Uzun müddətdir ki, ata artıq dünyasını dəyişib. İndi şəhidin yeganə varisi anası Kətan Həsənovadır. O, da 30 ilə yaxındır ki, digər övladları, gəlinləri və nəvələrindən ibarət 6 nəfərlik ailə üzvlərilə birlikdə palçıq kərpicdən tikilmiş daxmada yaşayır.

Ananın dediyinə görə dəfələrlə icra hakimiyyətinə bununla bağlı müraciət etsə də, "növbəniz çatanda tikiləcək" deyib, nə az - nə çox, düz 27 ildir ki, gözlədirlər. Səbri tükənən Kətan ana da digər bir çox şəhid ailələri və qazilər kimi çarəni mətbuatda axtarmaq qərarına gəlib. Odur ki, "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalı ilə canlı bağlantı yaradaraq, ona köməklik göstərilməsini istəyib.



Kətan ana deyir, - "ikinci vətən müharibəsində şəhid olanların ailələrinə ev verildi, Allah xeyir versin, amma mənim növbəm hələ də gəlib çatmayıb. Bir neçə ay əvvəl qardaşımı göndərdim ki, getsin icra hakimiyyətindən öyrənsin görək mənim növbəm nə zaman çatacaq?!. İcra Hakimiyyətində ona deyiblər ki, "prezidentin o, fonda ayırdığı pul qurtarıb, nə vaxt pul verilsə edəcəyik".

Ötən gün ananı qəbul edən şöbə müdiri Heybət Əliyev isə, "Artıq, ilin yekunudur. Bu il mümkün deyil. Gələn ildən evlərin tikintisinə başlanılacaq, olsa da yəqin onda olar", deyə elə şəhidimizin anası Kətan xanımın özünün də dediyi kimi, onu yola verib.

Yeri gəlmişkən, təkrar olaraq, qeyd edək ki, ana 6 6 nəfərlik ailə üzvlərilə birlikdə 45 il əvvəl palçıq kərpicdən tikilmiş daxmada yaşayır. Artıq, o, daxma da uçma təhlükəsi ilə üz-üzədir. Divarlar çatlayıb, tavan və döşəmə çürüyüb...

Elə yaxşısı budur, 27 il "gələn il"i gözlədikdən sonra, yenə də gələn ilə evinin tikiləcəyi vədi verilən şəhid anasının yaşadığı şəraiti, aşağıda təqdim etdiyimiz fotolarda özünüz görün.

Məsələ diqqətimizdədir. Mövzuya təkrar qayıdacağıq.


Mənbə: Dogruxeber.az
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"