“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” - NARAZILIQ VAR...
Bolge
Oxunub: 331
15 noy 2023 | 21:18
“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” - NARAZILIQ VAR...


Cəlilabadın 15 mindən çox əhalisi olan Göytəpə şəhərində üç məktəb fəaliyyət göstərir. Amma hər üç məktəbin binasının qəzalı vəziyyətdə olduğu deyilir.

Bu barədə Meydan TV-yə Göytəpə sakinləri məlumat veriblər. Sakinlər deyirlər ki, 1 və 3 saylı məktəblər 2 saylı məktəbə nisbətən yaxşı hesab oluna bilər. Baxmayaraq ki, həmin məktəblər də qəzaldır, hər an təhlükə baş verər. İki saylı məktəb isə ümumiyyətlə, üç-dörd ballıq zəlzələyə davamlı deyil. Onların sözlərinə görə, savad dalınca məktəbə gedən uşaqlar xəstəlik tapırlar.

Sakinlərdən biri – Zaur Xəlilov bildirib ki, həmin məktəbi illər əvvəl bitirib. Hazırda övladı 2 saylı məktədə təhsil alır. Son on-on beş ildə heç nə dəyişməyib, əksinə bina getdicə daha da bərbad hala düşüb. Məktəbin tavanı, döşəməsi çöküb, divarları nəmişlikdən qaralıb. Yağış yağarkən su siniflərə dolur. Qışda uşaqları məktəbə göndərə bilmirlər.

“Məktəbdə istilik sistemi yoxdur, odun sobası ilə qızdırmağa çalışırlar. Qapısı, pəncərəsi örtülməyən, yamaq-yamaq olmuş məktəbi odun sobası qızdıra bilmir. Sinif otaqlarında taxta döşəmə çürüyüb, uşağın ayağı çalaya düşür. Binanın təmiri mümkün deyil, söküb, yerində yenisini tikmək lazımdır”, – Xəlilov bildirib.

Məktəbdə 600-dən çox şagird təhsil alır. Bu təhsil ocağının binası 50 ildən çoxdur əsaslı təmir edilmir. Sonuncu dəfə bir-iki il əvvəl valideynlərə yeni məktəb binası tikiləcəyinə söz verilib.
1 və 3 saylı məktəblərin də təmirə ehtiyacı var. Pəncərələr sellofan torbalarla qapadılıb, divarlarda iri çatlar yaranıb. Sakinlər deyirlər ki, rayon mərkəzindən sonra ikinci ən böyük şəhər hesab edilən Göytəpədə gənclərin vaxt keçirmələri üçün mədəniyyət evi, idman meydançası yoxdur.

“Heç olmasa məktəblərə diqqət ayırsınlar. Elə bil Göytəpə unudulub, heç kimin yadına düşmür. Uşağı məktəbə göndəririk, ya xəstələnir, ya da başına hansısa fəlakət gələcəyindən narahat ola-ola yaşayırıq. Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” – Xəlilov qeyd edib.

Göytəpə Şəhər Bələdiyyəsinin sədri İlqar Həsənov Meydan TV-yə bildirib ki, 2 saylı məktəb əvvəllər kilsənin at tövləsi olan binada yerləşir. Binada 40 ildən çoxdur dərs keçirilir.

“Ora məktəb deyə bilmərəm, at tövləsi kimi də yararlı deyil. Məktəblərin təmirə ehtiyacı olması ilə bağlı rayon rəhbərliyi səviyyəsində aidiyyatı qurumlara müraciət olunub. Amma hələ ki, məktəb tikintisinə başlanılmayıb. Göytəpədə qaz, işıq var, amma məktəblər qəzalı vəziyyətdə olduğundan qazla deyil, odun sobası ilə qızdırılır. Hər üç məktəbin təmirə ehtiyacı var”, – bələdiyyə sədri deyib.

Məktəbdən isə bildiriblər ki, binanın vəziyyətindən Elm və Təhsil Nazirliyi xəbərdardır. Onlara tezliklə yeni binanın tikintisinə başlanılacağını deyiblər.

Elm və Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?”
“Belə anti-sanitariya şəraitində hansı təhsildən söhbət gedə bilər?” - NARAZILIQ VAR...

Mənbə: Meydan TV
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı