Naxçıvanda sosial yardım HOQQBAZLIĞI... - Tay denən, `vermirəm` də...
Bolge
Oxunub: 216
7 noy 2023 | 19:19
Naxçıvanda sosial yardım HOQQBAZLIĞI... - Tay denən, `vermirəm` də...


Naxçıvanda imkansız ailələrə verilən ünvanlı sosial yardımın şərtləri sərtləşdirilib. Bundan sonra dövlətdən yardım almaq istəyənlər həm də adlarına mobil telefon nömrəsi olmamasıyla bağlı Azərbaycandakı bütün mobil operatorlardan arayış gətirməlidir. Bu arayışı təqdim edə bilməyənlərin yardımla bağlı müraciətləri rədd ediləcək. Yeni qayda hələlik Sədərək rayonunda tətbiq olunur və bu arayış ucbatından bütün sosial müavinətlərin verilməsi dayandırılıb.
Yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, rayonda ünvanlı sosial yardımın verilməsi iki ay öncə dayandırılıb. Bu yaxınlarda isə, hamıya deyiblər ki, özünün, yaxud ailə üzvlərindən birinin adına mobil telefon nömrəsi olanlara yardımın verilməsi davam etdirilməyəcək. Rayon sakini Şahin Qurbanov deyir ki, üç aydır aldığı yardım kəsilib:
“Bu şərt o deməkdir ki, bundan sonra heç kimə yardım verilməyəcək. İndi hansı zəmanədir ki, kiminsə mobil nömrəsi olmasın? Sosial Müdafiə Fondundan dedilər ki, bütün mobil operatorlardan arayış gətirin ki, ailədə heç kimin adına mobil nömrə yoxdur. Əks təqdirdə yardımlar bərpa olunmayacaq. Əvvəl avtomobil, torpaq sahəsi olanlara sosial dövlət yardımı vermirdilər. İndi də adımıza mobil telefon nömrəsi olmasını bəhanə edirlər. Ailədə 5 nəfərik. Heç birimiz işləmirik. 3 aydır verdikləri sosial yardımı kəsiblər. Get-gələ saldılar. DYP daxil bütün qurumlardan arayış aldım. Baxdılar ki, sosial yardım həqiqətən düşür. Mobil operatorlardan arayış gətirməyimi istədilər. Dövlət sosial yardımını dayandırıb, iş də tapa bilmirəm. İndi mən ailəmi necə dolandırım?”
Digər sakin R. Səfərov deyir ki, bu yaxınlarda rayona gələn Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi nazrinə şikayət etsələr də heç bir nəticəsi olmayıb:
“Ailəmiz 4 nəfərdən ibarətdir. Indiyə kimi 350 manat yardım alıb, birtəhər keçinirdik. İndi deyirlər ki, həm adına torpaq var, həm də mobil telefon nömrəsi. Bu səbəbdən sizə yardım düşmür. Nazirə dedik, heç əhəmiyyət də vermədi“.
„Gündəlik Naxçıvan“
Dünən, 12:01
Yeni baş nazir Trampla danışıqlar üçün ŞƏRT QOYDU
Dünən, 11:53
Ər-Riyaddakı Rusiya-ABŞ görüşü gizli keçiriləcək – Jurnalistlər uzaqlaşdırıldı
Dünən, 11:12
"3-cü Dünya müharibəsinin qarşısını aldıq"
Dünən, 11:07
DİN-ə müraciət etmək asanlaşır - Video
Dünən, 10:35
CHP prezidentliyə namizədinin adını açıqladı
Dünən, 10:29
İlin ən güclü maqnit qasırğası başladı
Dünən, 10:22
Sərhədə PUA ilə narkotik atıldı - Video
Dünən, 10:09
Azərbaycanın DÇ-nin seçmə mərhələsindəki sonuncu rəqibi məlum olub
Dünən, 10:03
Məşhur şirkətin avtomobillərini artıq insanabənzər robotlar yığır
Dünən, 09:58
“Dərin dövlət”i etirazları təşkil etməkdə ittiham etdi
Dünən, 09:00
Ərdoğan-Tramp gizli anlaşmasının önəmli detalları: Türkiyə və ABŞ yeni dünya düzənini qurur
22-03-2025, 11:09
Prezident tapşırdı - Qırğızıstana 10 “KamAZ” göndərildi
22-03-2025, 10:55
DİN vətəndaşlara müraciət etdi: Tanışınız, dostunuzun adından mesaj gələ bilər
22-03-2025, 10:50
Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
22-03-2025, 10:42
İmamoğlunun təqsirləndirildiyi maliyyə cinayətləri ilə bağlı istintaq tərəfindən hazırlanan hesabatın təfərrüatları məlum olub
22-03-2025, 10:35
Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
22-03-2025, 10:30
Azərbaycan millisi 2025-ci ildəki ilk oyununda Haiti ilə qarşılaşacaq
22-03-2025, 10:25
ƏHALİNİN NƏZƏRİNƏ: Bakıda gələn aydan böyük SÖKÜNTÜ BAŞLAYIR
22-03-2025, 10:21
Bu yerlərə qar yağır - FAKTİKİ HAVA
22-03-2025, 10:16
Paşinyandan Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupu ilə bağlı AÇIQLAMALAR
22-03-2025, 10:11
Qar uçqununa düşmüş hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilib
21-03-2025, 18:17
Qar uçqununda həlak olan əsgərlərimizə şəhid statusu veriləcək
21-03-2025, 17:50
İtkin hərbçilərimizin nəşləri tapıldı
21-03-2025, 11:52
Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutuldu
21-03-2025, 10:37
Bu gün Beynəlxalq Novruz günüdür
21-03-2025, 10:32
Fazil Mustafaya sui-qəsdə görə həbs edilən Səricanovun oğlu da TUTULDU - DTX-dan əməliyyat
21-03-2025, 10:25
Gürcüstan millisi Ermənistanı DARMADAĞIN ETDİ