SEVDA ƏLİYEVA AÇIQLAMA
Bolge
Oxunub: 1 089
29 okt 2023 | 12:30
SEVDA ƏLİYEVA AÇIQLAMA


“Direktor sarıdan bəxti gətirməyən məktəb - İLGİNC İDDİALAR...” və “Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Sevda Əliyeva pul yığır… – Sevda Əliyeva: Toya “nəmər”dən əlavə 100 manatdan yığın…” sərlövhəli yazılarda mənə qarşı ittihamlar yer alıb.
Həmin məqalələrə etiraz olaraq bildirirəm ki, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbində işlədiyim müddətdə heç bir şagirdin valideynindən indiyədək bir şikayət edilməyib, heç bir müəllimimiz də işindən, məktəbin və təhsil şöbəsinin rəhbərliyindən narazı deyil.
Ümumiyyətlə, Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin yarandığı gündən bu günədək bu kollektivdə "Aynurə Tahirova” ad-soyadlı nə müəllim, nə də texniki işçi çalışmayıb, hətta valideynlər arasında da bu ad-soyadlı şəxs yoxdur. Buradan da aydın olur ki, bu anonim şikayətdir.
Məlum məqalədə müəllif kimi göstərilən şəxs faktiki mövcud olmadığına görə, müraciət anonim sayılır və araşdırıla, hətta dərc edilə də bilməz. Lakin biz işimizə məsuliyyətli olduğumuz üçün hətta anonim yazıdakı böhtanlara da cavab vermək əzmindəyik.
Yazıda başlığa çıxarılan fikir də digərləri kimi tamamilə əsassızdır. O vaxt , bütün məktəblərdə olduğu kimi, işlədiyim məktəbdə də müəllimlərin ənənəvi tibbi müayinədən keçirilməsi prosesi gedirdi. Şagird kontingentimizi sağlamlıq imkanları məhdud uşaqlar təşkil etdiyi üçün onların da müvafiq sənədlərinin hər dərs ilində qanunvericiliyə uyğun formada yenidən toplanması zəruridir. Həmin sənədlərin alınması bir qədər vaxt aldığına, həmçinin müəllimlərin növbəti tibbi müayinədən keçmə prosesinə görə, hazırda dərs bölgüsünü aparmamışıq. Lakin ötən dərs ilinə uyğun olaraq müəllimlər təxmini öz dərs yükü barədə məlumatlı olublar və bununla bağlı heç bir narazılıq olmayıb.
Əlavə olaraq qeyd edim ki, məktəbdə vakant müəllim ştatı olan kimi nazirliyə təqdim edilib və bunun nəticəsidir ki, 2020-2021-ci tədris ili ərzində MİQ-lə məktəbə müxtəlif fənlər üzrə 8 nəfər, 2021-2022-ci tədris ilində isə 10 nəfər müəllim işlə təmin olunmuşdur.
Anonim şikayətdə şəxsiyyətimə toxunan məsələrlərdən biri də guya saxta "Covid-19” pasportu almağımla bağlı əsassız iddiadır. Həmin iddia ilə bağlı bildirirəm ki, 17.02.2021-ci il tarixdə birinci, 17.03.2021-ci il tarixdə ikinci doza peyvəndi Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçilərinin gözü qabağında vurdurmuşam.
Pedaqoq kimi təcrübəmin olmaması ilə bağlı yazılanların da boş bir təxəyyülün məhsuludur. 35 illik pedaqoji təcrübəm mənim necə bir müəllim olmağımını əyani sübutudur.
Övladlarımın toy mərasimi ilə bağlı səslənən iddiaları da qətiyyən rədd edirəm. Bu haqda yazılanlar tamamilə cəfəngiyyatdır.
Ümumiyyətlə haqqımda yazılanlara qəti etirazımı bildirirəm.
Yuxarıda sadaladığım məsələləri nəzərə alaraq bu açıqlamamı heç bir dəyişiklik etmədən olduğu kimi dərc etmənizi xahiş edirəm”.

Hörmətlə,
Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin keçmiş direktor müavini, hazırda Sumqayıt şəhər 21 nömrəli məktəbin
direktor müavini Sevda Əliyeva
Bu gün, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Bu gün, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Bu gün, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Bu gün, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Bu gün, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Bu gün, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Bu gün, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Bu gün, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Bu gün, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Bu gün, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Bu gün, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Bu gün, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Bu gün, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Bu gün, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Bu gün, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Bu gün, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Bu gün, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Bu gün, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Bu gün, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Bu gün, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Bu gün, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Bu gün, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Dünən, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Dünən, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Dünən, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Dünən, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Dünən, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?