Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

Qubanın Gədikqışlaq kənd sakinləri susuzluqdan əziyyət çəkirlər. “Əziyyət çəkmək” ifadəsi də yumşaq səslənir. Kənddə içməli su yoxdur. İnfrastruktur bərbad gündə olduğundan, su mənbələrinə gedib çıxmaq da mümkünsüzdür. Kənd camaatı çarəsiz vəziyyətdədir. Sakinlər oktyabrın 2-də sosial mediada “Azərsu”ya müraciət ünvanlayıblar. Onlar onillərdir problemin həll olunmadığını bildiriblər. Paylaşımlara “Azərsu” heç bir reaksiya verməyib. Kənd sakini Vüqar Mehrəliyev yazır ki, dərdlərini deməyə yer də yoxdur.
Bizimyol.info xəbər verir ki, Gədikqışlaq camaatı su üçün Samur-Abşeron kanalına üz tutmalı olurlar. Hətta qadınlar belə, həyatlarını riskə atır, kəndirlə kanala enirlər, vedrələrlə su götürməyə çalışırlar. Bunu da təkcə məişət qayğılarını həll etmək üçün istifadə etmirlər. Sonradan suyu duruldaraq içirlər. Gədikqışlaqda mal-qara da insanlar kimi içməyə su tapmır. Yaşlı sakinlər deyir ki, kəndin gününü həmişə belə görüblər. Sakinlərdən biri Bakıya köçməkdən başqa yol qalmadığını deyir: “Çünki susuz yaşamaq mümkünsüzdür. Suya görə kənd adamları bir-biri ilə üz-göz olur. Kəndə baxan yoxdur”.
Quba Su-Kanal İdarəsindən bildirirlər ki, kəndin içməli yox, müəyyən suvarma su problemi yarana bilər. Halbuki Gədikqışlaqda istənilən növ su əldə etmək müşkül məsələdir. 21-ci əsrdə insanlar kəndirlə kanala enərək su götürməyə cəhd göstərir. Başqa vaxt Azərbaycanı regionun lider dövləti adlandırırıq. Gədikqışlaqda insanlar palçıqlı su ilə məişətdə təmizlik yaratmağa çalışırlar. Belə su, həm də xəstəlik mənbəyidir. İnternet axtarış sistemlərindən statistika üçün istifadə etmək yerinə düşər. Görəcəksiniz ki, Gədikqışlağın neçə sakini kanalda boğulub. İnsanlar su əldə etmək üçün gecə-gündüz kanalın kənarında dayanırlar. Vedrələrlə yığılan su dərin çəlləklərə tökülür. Günlərlə gözləyirlər ki, müəyyən qədər durulsun, sonra içə bilsinlər.
İnsanları bu şərtlərlə yaşamağa məcbur etmək cinayətdir. Məsul qurumlar məsuliyyətini anlamalıdır. “Azərsu” vətəndaşa hörmətsizliyi dayandırmalıdır. Gədikqışlaq kənd sakinlərinin səsini eşitmək lazımdır.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?