Naxçıvanın dövlət proqramında çatışmayan “Baden-Baden” nümunəsi - ARAŞDIRMA
Bolge
Oxunub: 208
21 sen 2023 | 21:43
Naxçıvanın dövlət proqramında çatışmayan “Baden-Baden” nümunəsi - ARAŞDIRMA


"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir([1]). Həmin proqramın həyata keçirilməsinə dair tədbirlər planında prioritet istiqamətlərdən biri kimi "Kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı” nəzərdə tutulur. Planda 2027-ci ilə kimi görüləcək tədbirlər qeyd edilmişdir:

1. Bitkiçiliyin, o cümlədən bağçılıq, üzümçülük və bostançılığın inkişaf etdirilməsi. İlkin nəticələr: Naxçıvan Muxtar Respublikasında həmin sahələrin mövcud vəziyyətinin və inkişaf imkanlarının diaqnostikası, diaqnostikanın nəticələri əsasında prioritet altsahələr və dəstək tədbirləri barədə təkliflər hazırlanması. Aralq nəticə: Müvafiq sahələrin inkişafı ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi. Yekun nəticə: Kənd təsərrüfatında məhsul istehsalının artması.

2. Heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi. İlkin nəticələr: Naxçıvan Muxtar Respublikasında həmin sahələrin mövcud vəziyyətinin və inkişaf imkanlarının diaqnostikası, diaqnostikanın nəticələri əsasında prioritet altsahələr və dəstək tədbirləri barədə təkliflər hazırlanması. Aralıq nəticələr: Müvafiq sahələrin inkişafı ilə bağlı dəstək tədbirlərinin həyata keçirilməsi. Yekun nəticələr: Kənd təsərrüfatında məhsul istehsalının artması.

3. Naxçıvan Muxtar Respublikası üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi. İlkin nəticələr: Orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi. Aralıq nəticələr: Müəyyənləşdirilmiş orqanik məhsulların təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviq edilməsi. Yekun nəticələr: Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafı və əhalinin gəlirlərinin artması.

4. Kənd təsərrüfatı məhsullarının emal və qablaşdırma sahələrinin inkişaf etdirilməsi. İlkin nəticələr: Müvafiq emal sahələrinin və sahələrin inkişafı üçün dəstək alətlərinin müəyyənləşdirilməsi. Aralıq nəticələr: Müvafiq mexanizmlər vasitəsilə müəyyənləşdirilmiş emal sahələrinin inkişaf etdirilməsi üçün dəstək göstərilməsi. Yekun nəticələr: Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı, əhalinin məşğulluğunun və gəlirlərinin artması.

5. Kənd təsərrüfatı istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması. İlkin nəticələr: Fermerlərin toxum, ting, yem istehsalı və kənd təsərrüfatı texnikası ilə təminat səviyyəsinin qiymətləndirilməsi. Aralıq nəticələr: Müvafiq istehsal vasitələrinə əlçatanlığın və təminatın yaxşılaşdırılması. Yekun nəticələr: Kənd təsərrüfatında məhsuldarlığın və əhalinin gəlirlərinin artması.

6. Fermerlərə məsləhət xidmətləri göstərilməsinin təşkili. İlkin nəticələr: Fermerlərin müvafiq məsləhət və təlim ehtiyaclarının müəyyənləşdirilməsi. Aralıq nəticələr: Müəyyənləşdirilmiş ehtiyaclar əsasında məsləhət və təlim xidmətlərinin təşkili. Yekun nəticələr: Fermerlərin müvafiq sahələrdə bilik və bacarıqlarının inkişafı, müvafiq sahələrdə məhsul istehsalının artması.

7. Aqroparkların yaradılması. İlkin nəticələr: Müvafiq qanunvericiliyin formalaşdırılması, aqroparklar yaradılacaq ərazilərin müəyyənləşdirilməsi. Aralıq nəticələr: Aqroparkların fəaliyyətə başlaması. Yekun nəticələr kimi kənd təsərrüfatı sahəsində məhsul istehsalının və məşğulluğun artması göstərilmişdir.

Dövlət Proqramının əsas hədəf göstəriciləri kimi dayanıqlı inkişafın təmin olunması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitin mühafizəsinin təmin olunması göstərilmişdir.

Qeyd etməliyəm ki, 6 mart 2021-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin fərman ilə "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Sənəddə dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları müəyyənləşdirilib. Həmin Qaydada istifadə olunan "hədəf göstəricilər” anlayışı dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər mənasını ifadə edir. "Göstəricilər” anlayışının mənası isə bir işin, prosesin gedişi haqqında müəyyən təsəvvür yaradan rəqəm, cədvəl və sairdir. Yəni dövlət proqramında hədəf göstəriciləri yalnız sozlərlə, cümlələrlə deyil, həm də rəqəmlərlə ifadə edilməlidir.

Dövlət proqramında hədəf göstəriciləri rəqəmlərlə müəyyənləşdirilməyib, qarşıya qoyulmuş hədəflər rəqəmlərlə təsvir edilməyib. Sual yaranır: Proqramda qarşıya qoyulan məqsəd nədir? Proqramı hazırlayanlar nəyə nail olmaq istəyiblər?

Qaydanın "dövlət proqramının monitorinqi və qiymətləndirilməsi” bölməsində qeyd edilir: "Dövlət proqramı üzrə nəticələrin monitorinqi dövlət proqramının nəticə indikatorları üzrə müəyyən edilmiş hədəf göstəricilərin (rəqəmlərin - V.M.) və əldə edilmiş faktiki göstəricilərin (rəqəmlərin- V. M.) müqayisəsi əsasında aparılır”. Bu dövlət sənədində hədəf göstəriciləri rəqəmlərlə ifadə edilməyib.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planında prioritet istiqamətlərdən biri kimi 2023-2027-ci illər ərzində NMR-da aqroparkların yaradılması nəzərdə tutulur. Planda ilkin nəticələr kimi müvafiq qanunvericiliyin formalaşdırılması, aqroparklar yaradılacaq ərazilərin müəyyənləşdirilməsi, aralıq nəticələr kimi aqroparkların fəaliyyətə başlaması, yekun nəticələr kimi isə kənd təsərrüfatı sahəsində məhsul istehsalının və məşğulluğun artması nəzərdə tutulmuşdur.

Baxın, muxtar respublikada neçə hektar sahədə, neçə aqroparkın yaradılacağı bəlli olmadığı halda, proqramı hazırlayanlar hesab edir ki, aqroparklar yaratmaqla yekun nəticədə məşğulluq artacaq. Apardığımız araşdırmalar isə tamamilə bunun əksini deməyə əsas verir.

2021-ci ilin oktyabr ayında "Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”([2]).

DSK-nın məlumat bazasında kənd təsərrüfatında işləyənlərin sayı 1,7 milyon nəfər göstərilir. Dövlət rəsmilərinin açıqladığı məlumata görə, ümumilikdə 240 min hektar ərazidə yaranacaq 51 aqroparkda indiyədək 5000 insan daimi, 4500 insan isə mövsümü işlə təmin olunub. Sonradan təşkil ediləcək aqroparklarda əlavə 4300 iş yerlərinin yaradılması nəzərdə tutulur. Belə çıxır ki, 240 min hektar əkin sahəsində cəmi 13800 adam, yəni orta hesabla 17,4 hektarda 1 nəfər işləməli olacaq. Halbuki ölkə üzrə 17,4 hektar əkin sahəsinə 21 nəfər işçi düşür. Aqroparklarda hər min hektar sahədə çalışanların sayı orta ölkə üzrə hər min hektar sahədə işləyən kəndlilərin sayından 21 dəfə azdır. Əhalisinin 64,6 faizi kənddə yaşayan muxtar respublikada aqroparklar yaradılarsa, işsizlərin sayı kəskin şəkildə artacaq. Ona görə ki, indi kəndlilərin örüş sahəsi kimi istifadə etdikləri otlaqlarda, ərazilərdə aqroparklar yaradılacaq. Və MR-da heyvandarlıqla məşğul olan on minlərlə kəndli işsiz qalacaq.

Dövlət proqramının həyata keçirilməsinə dair tədbirlər planında prioritet istiqamətlərdən biri kimi 2023-2027-ci illər ərzində "Naxçıvan Muxtar Respublikası üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi” nəzərdə tutulur. Həmin planda ilkin nəticələr kimi orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi, aralıq nəticələr kimi müəyyənləşdirilmiş orqanik məhsulların təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviq edilməsi, yekun nəticələr kimi isə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişafı və əhalinin gəlirlərinin artması göstərilmişdir. Gördüyünüz kimi təsdiq olunmuş dövlət sənədində "orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və təşviqi” planlaşdırılsa da, planla tanış olduqda aydın olur ki, hələ MR-da orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdirilmyib. Yalnız bir müddətdən sonra (zaman qeyri-müəyyən) "ilkin nəticədə” orqanik kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi mümkün olacaq. "Aralıq nəticədə” isə müəyyənləşdirilmiş orqanik məhsulların təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviq edilməsi nəzərdə tutulur. Belə çıxır ki, Dövlət Proqramını hazırlayanlar muxtar respublikada orqanik kənd təsərrüfatı məhsulları ilə bağlı araşdırmalar aparmayıblar, bu sahədə vəziyyətin hansı səviyyədə olduğunu müəyyənləşdirməyiblər. Yəni nədən başlayıb, nəyə nail olmaq kimi qarşılarına məqsəd qoymayıblar. Beş illik proqram hazırlanmış, lakin MR-nın orqanik kənd təsərrüfatı məhsullarının istehsal imkanları öyrənilməyib.

Beynəlxalq nümunə

Nümumnə üçün qeyd etməliyəm ki, Almaniyanın Baden-Vürtemberq vilayəti "Kənd yerləri üçün Baden-Vürtemberq 2014–2020 (MEPL III) 2022-ci ilə qədər tədbirlər və inkişaf planı”nda əyalətdə orqanik məhsul istehsalı ilə məşğul olan müəsisələrin sayını artırmaq məqsədilə bir sıra tədbirlər nəzərdə tutulmuşdur([3]). Sənəddə qeyd edilir ki, orqanik məhsul istehsalı ilə məşğul olan müəssisələrin payı 2003-cü ildə ümumi müəssisələrin 5 faizindən bir qədər az olduğu halda, 2020-ci ildə 11 faizdən çox artmışdır. Bioloji Müxtəlifliyin Gücləndirilməsi Aktının bir hissəsi olaraq, Baden-Vürtemberq vilayəti 2030-cu ilə orqanik əkinçiliklə məşğul olan müəsisələrin payını 30-40 faizə çatdırmağı qarşısına məqsəd qoyub.

Baden-Vürtemberq vilayətinin hökuməti tərəfindən hazırlanmış proqramda bitki mühafizəsi zamanı zəhərli kimyəvi maddələrdən və istehsalda gübrələrdən istifadənin aradan qaldırılmasının təşviqi tədbirləri, eləcə də şirkətlərin ekoloji təmiz kənd təsərrüfatına keçidinin, orqanik əkinçiliyin saxlanmasının dəstəklənməsi üçün maliyyə vəsaitləri nəzərdə tutulmuşdur.

Proqramın "Tədbirlər planı”nda tədbirlərin təsviri və faktiki maliyə dəstəyinin dərəcəsi göstərilmişdir:

1. Kimyəvi istehsal vasitələrindən qaçınmaq 190 € / ha
2. Orqanik əkinçiliyə giriş – otlaq sahələri (2 il) 350 €/ha
3. Orqanik əkinçiliyə giriş – bağçılıq (2 il) 935 €/ha
4. Orqanik əkinçiliyə giriş – daimi məhsullar (2 il) 1,275 €/ha
5. Orqanik əkinçiliyin saxlanması – otlaq sahələri 230 €/ha
6. Orqanik əkinçiliyin saxlanması – bağçılıq 550 €/ha
7. Orqanik əkinçiliyin saxlanması – daimi məhsullar 750 €/ha
8. Orqanik nəzarət sertifikatı (maks. 600 € / şirkət) 60 € / ha.

Baxın, Almaniyanın Baden-Vürtemberq əyalətinin hazırladığı proqramda mövcud vəziyyətin təhlili aparılıb, 2020-ci ildə orqanik məhsul istehsalı ilə məşğul olan müəssisələrin payının 11 faizdən çox olduğu qeyd edilib və konkret olaraq 2030-cu ilə qədər orqanik əkinçiliyin payını 30-40 faizə çatdırmaq qarşıya məqsəd qoyulub. Çox sadə! Proqramda real vəziyyət, problemlər, həyata keçirilməsi zəruri olan tədbirlər və hədəflərə nail olmaq üçün istifadə edilə bilən alətlər təsvir edilib. Yaxşı nümunədir, elə deyilmi?!

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bitkiçiliyin, o cümlədən bağçılıq, üzümçülük, bostançılıq və digər bir tədbir kimi heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi planlaşdırılır. Beş il müddətinə nəzərdə tutulan Dövlət Proqramında 2027-ci ilə kimi bitkiçilikdə (bağçılıqda, üzümçülükdə, bostançılıqda), heyvandarlıqda və arıçılıqda məhsul istehsalının hansı həcmdə, nə qədər və yaxud neçə faiz artacağı rəqəmlərlə göstərilməyib.

Hesab edirəm ki, Dövlət Proqramını hazırlanarkən "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na riayət edilməyib.

Onu da qeyd etməliyəm ki, mətbuatda Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi ilə bağlı informasiyalar yer alıb. Həmin proqramların mövcudluğu və yerinə yetirilməsi ilə bağlı məlumat əldə etməyə cəhd etsək də, internet üzərindən axtarışımız heç bir nəticə vermədi.

Vahid Məhərrəmli
Mənbə: Astna
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib