Zakir Fərəcovun “zəmanət məktubu” ona başağrısı yaradır: ölkə rəhbərliyini necə aldadıb?
Bolge
Oxunub: 173
9 sen 2023 | 23:39
Zakir Fərəcovun “zəmanət məktubu” ona başağrısı yaradır: ölkə rəhbərliyini necə aldadıb?


Artıq uzun müddətdir ki, bir qrup sahibkar müxtəlif media orqanları və dövlət qurumlarına Zakir Fərəcovdan şəhərin abadlaşması üçün gördükləri işlərin pulunu ala bilməməklə bağlı şikayətlər ünvanlayırlar. Amma İcra Hakimiyyətinin başçısı iş adamlarına heç bir borclarının olmadığını iddia edir. Bəs görəsən heç bir borcunun olmadığını iddia edən Fərəcov nəyə görə, əsas gətirmir və ya gətirə bilmir? Dəlil olmayan yerdə onu ortaya qoymaq mümkün deyil. Fərəcov tərəfindən aldadılan sahibkarlar gördükləri işin müqabilində pullarını ala bilmədiyini deyir. Əksinə Z.Fərəcov bu məsələnin qabardılmaması üçün şəxsi söhbətlərində sahibkarlardan dəfələrlə xahiş edib və borcun ödəniləcəyinə dair zəmanət məktubu istəyib. İcra başçısı bu məktub olmazsa onu işdən çıxarılacağını da açıq şəkildə bildirməkdən çəkinməyib. Redaksiyamıza müraciət edən sahibklarlar bildiriblər ki, bu ilin fevralın 22-də Zakir Fərəcov onları bir araya gətirərək, borcla bağlı “zəmanət məktubu” istəyib. Həmin məktub notarial qaydada təsdiqlənməli və borcun ödənildiyini özündə əks etdirməliymiş. Bunun müqabilində isə icra başçısı sahibkarlara kişi sözü verib ki, əgər həmin məktub verilərsə, fevralın 23-ü saat 15:00-a kimi bütün borcluların borcunu bağlayacaq.

Mənbəmiz qeyd edir ki, Fərəcov həmin vaxt iş adamlarına deyib ki, hakimiyyətin yuxarı eşalonları ilə problemləri var və onları həll etmək üçün belə bir məktuba ehtiyac yaranıb. Əks təqdirdə, onun özünün işdən çıxarılması problemi üzə çıxacaq ki, bununla da sahibkarlara olan borcunun batacağını iddia edib.

Maraqlı məqamlardan biri də odur ki, iş adamlarına birbaşa Zakir Fərəcov borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin yerli özünidarətmə orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Niyə məhz Gündüz Əliyev? Ona görə ki, bütün bu işlərin hamısı məhz şöbə müdirinin əli ilə görülüb. Eyni zamanda, Fərəcov bununla “kimsəyə borcum yoxdur” görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki tenderlər üçün pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi Gündüzün səlahiyyətində deyil.

Lakin bu məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da elə notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciət edərək, vəziyyəti çatdırıblar. Bu günədək pullarını ala bilməyən bir qrup sahibkar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. İş adamlarının verdiyi məlumata görə, artıq Baş İdarədə etdikləri müraciət icraata götürülüb. Belə ki, 23-174-01-02-001204 müraciət üzrə icrası həvalə edilib. Bu işlə bağlı aparılan istintaqda məlum zəmanət məktubu ortaya çıxarsa bu icra başçısı üçün ciddi başağrısına çevrilə bilər. Çünki real vəziyyət həmin zəmanət məktubu ilə Zakir Fərəcovun ölkə rəhbərliyini aldatdığını ortaya qoyacaq.
cumhuriyyet.net/
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Dünən, 09:30
İran hökuməti təcili toplanır
Dünən, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Dünən, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Dünən, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Dünən, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Dünən, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
19-05-2024, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO