Naxçıvanda bu naziri DİNDİRƏN DƏ YOXDUR... - Sevdimalıyev büdcə pullarını Talıbova BELƏ ÖTÜRÜB...

Bir müddət əvvəl olduqca ilginc iddiaların yer aldığı materialla çıxış etdik. DİA.AZ bildirir ki, yerli KİV-ə istinadən yaydığımız həmin materialda Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Naxtel” arasındakı şübhəli əlaqələrdən bəhs olunurdu. Qeyd edək ki, bu faktları hüquq-mühafizə orqanları araşdırarsa, o zaman çoxlarının BÖYÜK YEYİNTİSİ, naxçıvandakı ən böyük BÜDCƏ OĞURLUQLARINDAN biri ifşa oluna bilər. Amma hələlik belə bir araşdırma yoxdur...
Qeyd edək ki, Naxçıvanın bir mobil telefon operatoru var – “Naxtel”. 2015-ci ilin iyul ayında “xanzadə” Seymur Talıbov tərəfindən Naxçıvan şəhərində təsis olunub. "Naxtel" 4-cü nəsil GSM + LTE operatorudur. Hazırda 118 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycanda ən ucuz xidmət göstərən mobil telefon operatorudur. Sual oluna bilər: “Naxtel” amansız rəqabət şəraitində xeyli dar abunəçi potensialı ilə hər kəsdən daha ucuz xidməti necə göstərə bilib?
DİA.AZ olaraq keçən dəfə verdiyimiz materialda da vurğunaırdı ki, əldə etdiyimiz sənədlər bu ucuz və keyfiyyətli fəaliyyətin heç də Seymur Talıbovun qeyri-adi istedadından irəli gəlmədiyini təsdiqləyir. Sən demə, digər mobil telefon operatorları fəaliyyət göstərmək üçün hər ay Rabitə və Yeni Texnologiyalar Nazirliyinə pul ödədiyi halda, “Naxtel”in bütün xərclərini nazirlik öz öhdəsinə götürübmüş. Özü də texnologiyaların alınmasından elektrik enerjisi xərclərinə qədər. “Naxtel”in abunələrdən yığdığı pul isə Seymur “xanzadə”nin cibinə axırmış. Beləcə, Naxçıvan MR nəinki öz büdcəsini təmin edə bilmirmiş, hətta Azərbaycanın ona ayırdığı dotasiyaları da yeyirmiş.
Həmin məqalədən sitatı təqdim edirik: "Maraqlıdır ki, “xan” həzrətlərinin taxtı laxlayan kimi, Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi “Naxtel”ə rəsmi məktublar yazaraq, müxtəlif vaxtlarda ona verdiyi pulları geri istəməyə başlayıb. Həmin məktublara Seymur Talıbovun hansı cavablar verdiyi barədə hər hansı informasiyaya malik deyilik. Ancaq rəsmi məktublardan bir neçəsini ələ keçirə bilmişik. Buyurun, abunəçi sayının “Bakcell” və ya “Azercell”lə müqayisədə xeyli az olmasına baxmayaraq, “Naxtel”in niyə bu qədər ucuz xidmət göstərdiyinin sirlərini təsdiqləyən sənədlərlə tanış olun.










Sonda dia.az olaraq onu da bəyan edək ki, “Naxtel”ə yaradılmış bu şərait azad rəqabət imkanlarını məhdudlaşdırdığı üçün Azərbaycanda qüvvədə olan bütün iqtisadi qanunvericiliyə ziddir. Bu cinayətlərə yol verən Naxçıvan MR Rabitə və Yüksək Texnologiyalar naziri Vüsal Sevdimalıyev isə hələ də postundadır və “xan” həzrətlərinin nə vaxt geri qayıdacağını səbirsizliklə gözləyir.
Hər halda görünəni və aydın olanı budur...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?