Qazaxın yeddi kəndinin aqibəti necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Qazax rayonunun Aşağı Əskipara kəndinin işğalından 31 il keçir.
Qazax rayonunun Aşağı Əskipara kəndi 14 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Əskipara yaşayış məntəqəsi Coğaz çayının sahilində, Qazançı dağın ətəyindədir. Kəndin tarixinin Albaniya dövlətinin yaranma tarixi ilə üst-üstə düşdüyü təxmin edilir. Yəni eramızdan əvvəl 3-cü minilliyi əhatə edir. Bunu kənddə yerləşən alban kilsəsi də sübut edir.
Kənddə XVI əsrə aid dəyirman və VI-VII əsrə aid alban kilsəsi vardı.
Aşağı Əskipara kəndinin əhalisi 1317 nəfərdir. Əhali kənd işğal olunmamışdan əvvəl, əsasən, maldarlıq və əkinçiliklə məşğul olurdular. İşğaldan sonra isə Qazax rayonunun müxtəlif hissələrində məskunlaşıblar.
Qeyd edək ki, Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır.
DİA.AZ-ın məlumatına görə, politoloq Azər Rəşidoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, media bu məsələni daima gündəmdə saxlamalıdır: “10 noyabr anlaşmasından sonra Qazaxın yeddi kəndinin azad ediləcəyi fikri hakim idi. Çox təəssüflər olsun ki, bu məsələ 10 Noyabr bəyannaməsində göstərilmədi. Bəyanatda olmasa da, bu məsələ də şifahi razılaşmada müzakirə edilib. Biz bu məsələdə qətiyyət göstərməsək, İrəvan 7 kənd məsələsini Azərbaycanın xeyrinə həll etməyəcək. Bu mövzu daim diqqətdə saxlanılmalıdır. Burada Naxçıvanın Kərki kəndinin azad edilməsini də unutmalı deyilik. Qazaxın 7 kəndində mülki əhali qalmayıb və Bakı istənilən yolla həmin ərazini azad edə bilər. Bu prosesin nə qədər çəkəcəyini söyləmək çətindir. Bəzi texniki məsələlər var ki, həll olunması lazımdır. Yəqin ki, bir müddət proses davam edəcək. Lakin Ermənistanın da başqa çıxış yolu yoxdur. Bu proses həm də regionda yeni nəqliyyat-kommunikasiya marşrutlarının yaradılmasının tərkib hissəsidir, buna görə də Qazax-İcevan dəmir yolunun açılması da sonrakı gedişatlarda müzakirə oluna bilər”.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov da “Sherg.az"a deyib ki, Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması delimitasiya və demarkasiya prosesində öz həllini tapacaq: “Buna heç bir şübhə ola bilməz. Bu anklavlar Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edilib. Nikol Paşinyan da öz açıqlamalarında bu kəndlərin Azərbaycana qaytarılacağını etiraf edib. Delimitasiya komissiyaları ilə bağlı İşçi qrupunun növbəti iclaslarında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin taleyinə birmənalı aydınlıq gətiriləcək. Azərbaycan bu məsələnin həllində öz qətiyyətini və iradəsini nümayiş etdirib”.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?