Göygöldə Şəhid ailələri və Qazilərə mənzillər paylanılıb
15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonundan olan 30 şəhid ailələrinə və müharibə ilə əlaqədar olaraq əlilliyi olan şəxslərə fərdi ev paylanılıb.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirli, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Şəhid ailələri, Qazilər və digər aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramının əsası qoyulub və ötən dövrdə uğurla davam etdirilib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı uğurla davam etdirilir. Bu il artıq 360, postmüharibə dövründə 4 860, ümumilikdə ötən dövrdə 13 660 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim olunub.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkəmizin hər bir bölgəsində olduğu kimi, Göygöl rayonunda da şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu, bu sahədə görülən işləri diqqətə çatdırıb.
Mənzillərlə təmin edilən vətəndaşlar sosial dəstəklə əhatə olunduqlarından razılıqlarını bildirib, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
21-09-2026, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?