Gizli həbs planın üstü açılan jurnalist müraciət etdi
Bolge / Video
Oxunub: 500
11 may 2023 | 01:28
Gizli həbs planın üstü açılan jurnalist müraciət etdi


Ucar rayonu N.Nərimanov küçəsi ev 19-da yaşayan jurnalist Fuad Oktay oğlu Hüseynov tərəfindən ünvanlanan müraciətdə deyilir:




"Mən Fuad Hüseynov regionda jurnalist fəaliyyəti ilə məşğul oluram. Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun 18 may 2023-cü il tarixdə Salyan rayonunda keçirəcəyi qəbula yazılmışam. Buna görə Daxili İşlər Nazirliyindən mənə iki dəfə zəng edilib qəbulun səbəbini soruşdular.
Mən izah etdim ki, Ucar Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının barəsində təxminən 6 aydan çoxdur ki, youtubda, sosial şəbəkələrdə və saytlarda vətəndaşların şikayətləri yayılır və dərc edilir. Zeynal Bayramlı buna görə məni həbs etdirmək üçün müxtəlif yollara əl atıb ki, bu barədə mən özüm video və yazılı şikayətlər etmişəm. 05 aprel 2023-cü il tarixdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məni çağırıb izahatımı aldılar. Mən izah etdim ki, Zeynal Bayramlı barədə vətəndaşlar video şikayətlər edirlər ki, onların kimliyi məlumdur.
İzahat verib gəldikdən təxminən 20 gün sonra Ucar xəstəxanasında 3 nəfərin ölməsi barədə mətbuatda şikayətlər dərc edildi. Bundan sonra xəstəxananın direktoru Zeynal Bayramlı mənim dostum Nurulla Adıgözəlova zəng edib onun vasitəsi ilə mənə söz göndərib məni həbs etdirəcəyi ilə hədələyib. Bundan bir gün sonra isə məni yenidən banditizm idarəsinə dəvət etdilər. Mən artıq işin nə yerdə olmasını bilib nazir cənab Vilayət Eyvazovun qəbuluna yazıldım.
10 may 2023-cü il tarixdə 055 215-36-00 nömrəli telefondan mənə zəng edən şəxs Ucar Rayon Polis Şöbəsinin rəis müavini Elnur olmasını bildirdi və dedi ki, “Siz bir dənə məktub vermişdiniz bizə Hüseynov Fuad Oktay oğlu barəsində onunla əlaqədar rəis dedi danışın onu sabaha İnşallah təmin edəcəyik, onun barəsində biz nazir müavininə arayış vermişdik məxfi arayış dedim sizədə bir göndərərdim ki, sizdə məlumatlı olardınız şəxsiyyəti barədə fəaliyyəti barədə bu nömrədə vatsap var onun telefonu məktubda göstərilməyib rəis dedi ki, telefonu ilə gətirilsin. İndi arayışı verəcəm sonra nə tapşırıq versəniz təmin edərik”.
Elnur Məmmədov Ucar RPŞ-nin rəis müavinidir.Telefon danışığı olan səs yazısın əlavə edirəm.
Bunların məqsədi məni şərləyib həbs etməkdir ki, nazir Vilayət Eyvazovun qəbuluna gedə bilməyim.
Bu açıq-aşkar qanunsuzluqdur.Çünki mən heç bir inzibati xəta və cinayət əməli törətməmişəm.Ucar rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının fəaliyyəti barədə çoxlu sayda Ucar sakinləri video şikayətlər edirlər.Zeynal Bayramlı hansı imtiyaz sahibidir ki, onun barəsində şikayət etmək qanuna ziddir.
Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Baş Prokuror cənab Kamran Əliyevə müraciət edirəm.Xahiş edirəm bu qanunsuzluğun qarşısını alın mənim şərlənərək həbsə atılmağıma imkan verməyin.

Əlaqə telefonu; (051) 496-47-82,

İmza; Fuad Oktay oğlu Hüseynov

10 may 2023-cü il
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO