Ucar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTO
Bolge / Video
Oxunub: 390
20 apr 2023 | 21:18
Ucar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTO




Ucar şəhəri Ü.Hacıbəyov küçəsi ev 12 sakini Səlimov Elsevər Ağası oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb sizə bildirirəm ki, Ucar rayon Kommmunal Müəssisələri Kombinatının (komxozun) müdiri Asəm Kərimovun yarıtmaz fəaliyyəti nəticəsində Ucar rayonunun mərkəzi küçələri natəmizliyə qərq olub ağaclar quruyub, parklar yararsız hala düşüb.
Asəm Kərimov uzun müddət tikinti malları maqaziniində işləyib.Ucar rayon icra başçısı Mənsur Məmmədov villasını təmir etdirən zaman həmin maqazindən nisiyə götürdüyü 30 min manatlıq malların pulunun əvəzinə ilk olaraq Asəm Kərimovu Ucar rayonu Qarabörk kənd icra nümayəndəsi təyin etdi. Bundan bir neçə il sonra isə Ucar rayon Kommunal Müəssisəsləri Kombinatına (komxoz) müdir vəzifəsinə təyin etmişdir.
Asəm Kərimovun bir amalı var nəyin bahasına olur-olsun gəlir əldə etməkdir.Bu səbəbdən rayonun küçələri zibilliyə qərq olub təmizlik işləri vaxtlı-vaxtında aparılmır.Təqdim etdiyim videoda aydın görünür ki, Ucar rayon komxozunun binası uçub dağılır, həyəti yarasız vəziyyətdədir, təmizlik işləri aparılmır.
Təqdim etdiyim foto şəkillər Ucar şəhəri Heydər Əliyev Mərkəzinin parkıdır.Daha doğrusu baxımsızlığa görə xarabaya dönmüş yerdir.Parkdakı ağacların demık olar ki, 80 % -i susuzluğa görə quruyub. Azca külək əsən kimi qurumuş ağaclar aşır. Aşan ağaclar günlərlə parkda qalsada götürülmür.Parkın tualeti şəkildə gördüyünüz kimi tam yararsız antisanitariya şəraitində olsada təmizlənmir, krantı sınıb.Parkda quruyan ağacları icra başçısı kəsməyə icazə vermir ki, biabırçı şəkildə görsənəcək.Parkın tikintiləri uçub dağılır, atraksionun dam örtüyü sınıb. Parkda bir neçə yerdə böyük zibil yığıntısı qalaqlanıb heç vaxt təmizlənmir. Parkda ərazisində Heydər Əliyev Mərkəzi binası, Yeni Azərbaycan Partiyasının binası, Tarix Diyarşünaslıq Muzeyinin və Gənclər Evinin binaları yerləşir. Həmin binaların hamısı demək olar ki, qəzalı vəziyyətdədir.Gəlib binalara ətraflı baxanda bunu aydın görmək olur.Hansı ki, həmin binaların hamısı yeni inşa edilib 2015-ci il tarixdə istifadə edilir.Tikintiyə ayrılmış pullar həmin dövrün icra başçısı Yaşar Məmmədov və tikintini aparan şirkət tərəfindən talan edildiyi üçün binalar qəzalı vəziyyətdədir. Binaların bir neçı yerdən artıq uşması prosesi başlayıb. İcra başçısı Mənsur Məmmədov bunla qətiyyən maraqlanmır.
Parkın belə baxımsız vəziyyətdə saxlanılması xarabaya döndərilməsi Heydər Əliyevin adına hörmətsizlikdir.Heç bir rayonda belə acınacaqlı vəziyyət yoxdur.
Xahiş edirəm komissiya yaradılsın Ucar rayonunda Heydər Əliyev Mərkəzinin parkına baxış keçirilsin və korrupsiyaya başı qarşımış vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görülsün.
Video və fotoları əlavə edirəm.

Ucar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTOUcar rayonu komxoz idarəsində biabırçı mənzərə... VİDEO/FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?