Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC
Sədərək Gömrük Məntəqəsi Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini iki aydır ki, birtərəfli qaydada məhdudlaşdırıb. Lakin, gediş-gəlişə nəzarət edən sərhəd xidməti əməkdaşlarına 200 manat "şirinlik" verməklə, bu məhdudiyyəti aradan qaldırmaq olar.
Yerli sakinlər "Gündəlik Naxçıvan"a bildirir ki, bu işə Əlahiddə Sərhəd Dviziyasının kapitanı, nəzarət-buraxılış məntəqəsinin komandiri Eldar Əsədov nəzarət edir. O, baş narir Əli Əsədovun yaxın qohumudur.
İyunun 30-dan bəri Naxçıvandan Türkiyəyə quru yolla rəsmilər, bu ölkə ilə bağlı sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlar, tələbələr və yük daşıyan sürücülər buraxılır. Bu kriteriyalara cavab verməyən Azərbaycan vətəndaşlarının quru sərhəddi keçməsinə rəsmi qadağa qoyulub.
Babək rayon sakini Sahil Ağayev deyir ki, bu yaxınlarda təcili Türkiyəyə getməli olub. Təyyarəyə bilet tapa bilmədiyindən, qonşu ölkəyə getmək üçün yollar axtarıb:
"Mənə tanışlar dedi ki, get gömrüyə, hərbçilər həll edəcək. Getdim gömrüyə, Türkiyəyə keçmək üçün sərhədçilər məndən 200 manat istədilər. Dedim aşağı edin, dedilər ki, bizlik deyil, bu işə birbaşa Eldar Əsədov nəzarət edir. İşi belə sənədləşdirdilər ki, guya mənim Türkiyədə məhkəməm olacaq və bu səbəbdən oraya getməyim zəruridir. Daha sonra, buraxdılar getdim. Türkiyə tərəfində gediş-gəliş sərbəst olduğundan, o tərəfdə mənə söz deyən olmadı".
Ordubad rayon sakini Güloğlan Hacıyev isə deyir ki, sərhədçilər onu TIR sürücüsünün köməkçisi kimi Türkiyə tərəfə buraxıblar:
"Ailəlikcə Türkiyədə yaşayırıq, orada işləyirik. Sərhədlər bağlanmamış Naxçıvana gəlmişdim. Təyyarə ilə geri qayıtmaq çox baha başa gəlirdi, həm də bilet tapmaq olmurdu. Getdim gömrüyə, sərhədçilər sağ olsun, 200 manatımı alıb, buraxdılar. Sənədə yazdılar ki, guya sürücünün köməkçisiyəm. Tək mən deyiləm. Hər gün 10-larla adam bu yolla keçir".
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasından vətəndaşların iddiası ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər.
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ