Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən ŞİKAYƏT
Bolge
Oxunub: 239
17 sen 2022 | 12:09
Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən ŞİKAYƏT


Hörmətli cənab Prezident! Yazaraq cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov məndən 4000 (dörd min) manat möbləğində rüşvət almışdır. Belə ki, bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının işlə təmin edilməsi üçün direktor Yaşar Əhmədovun qəbuluna getdim. Ona "Bacımgilin ailə vəziyyəti yaxşı deyil, xəstəxanada işlə təmin olunmasını xahiş edirəm" dedim. O, isə mənə bildirdi ki, "Hazırda vakansiyalar yoxdur, bir tərəfdən də şəhid ailələri və qazilər bizdən iş tələb edir, rəhbərliyin göstərişinə əsasən ilk növbədə onları işə götürməliyik". Beləliklə onunla biraz həmsöhbət olandan sonra, "Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm" dedim. Nəhayət mövzu pul məsələsinə gələn zaman aşı görüb oxuduğu Quranı unudan molla sayağı birdən-birə dəyişməyə başladı. Halbuki bayaqdan özünü şəhid ailələrinin, qazilərin işlə təmin olunması uğrunda fədakarlıq edən məmur qismində göstərməyə çalışırdı. Dərhal mənə "İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq" dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən qəbuluna getdim. İlk öncə 6000 (altı min) manat lazım olduğunu söyləsə də, axırda 4000 (dörd min) manatla razılığa gəldik və mənim istədiyi həmin məbləği ona təqdim etdim. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi. 10 gün müddət ərzində bacımın işlə təmin ediləcəyinə söz verdi, lakin vəd etdiyi müddət başa çatsa da o, sözünü tutmadı. Bu, minvalla iş uzanmağa başladı. Hətta Yaşar Əhmədov 19 avqust 2022-ci il tarixdə Göyçay RMX-da vətəndaş qəbulu keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna girməyimə belə mane oldu. "Sənə deyirəm 2 günə həll edəcəm, məgər mənə inanmırsanmı?" deyərək avqust ayının 21-inə, 21-də isə 28-inə, gah da ondan 3 gün sonraya söz verdi, bir də gedib maraqlandım ki, məzuniyyətə çıxıb. 15 sentyabrda isə məzuniyyətdən qayıtdığını eşidib yenidən onun qəbuluna getdim. Sonuncu variant olaraq "Ştatı yoxlamalar aparıb, səbirli ol, hər şey düzələcək" deməkdən başqa söz tapa bilmədi. Mənə bəlli oldu ki, o yalan danışır. Məhz ona görə də verdiyim 4000 (dörd min) manat pulu özümə geri qaytarmasını tələb etdim. Bu zaman direktor Yaşar Əhmədov məni DTX əməkdaşı olan Vüsal Hümbətovla hədələməyə başladı. "Vüsal müəllimə bircə kəlimə xəbər verərəm, səni itirər" dedi.
Hörmətli cənab Prezident! Nəzərinizə çatdırım ki, bacım 1982-ci il təvəllüdlü Şəfiyeva Könül Vidadi qızı 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Direktor Yaşar Əhmədov bacarmadığı və ya etmək istəmədiyi işə görə yalandan vəd verərək məndən rüşvət almışdır. Bildiyiniz kimi bu, əməl Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsinə (Rüşvət alma), eyni zamanda həmin Qanunun 178.2.3.-cü maddəsində qeyd olunmuş "Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə" əsas verir. Mənimlə kobud danışması, haqsız olduğu halda özünü haqlı çıxarmağa çalışması və məni hüquq mühafizə orqanlarının yüksək vəzifəli məmuru ilə hədələməsi CM-nin 182-ci maddəsinə, onun vəzifə səlahiyyətlərini aşması CM-nin 309-cu maddəsinə əsas verir.
Sizdən çox xahiş edirəm, şikayətim obyektiv araşdırılsın, məndən mənimsənmiş 4000 (dörd min) manat pul (rüşvət) özümə geri qaytarılsın, direktor Yaşar Əhmədov isə qanunun müvafiq maddələri ilə məsuliyyətə cəlb olunsun. Sizə öncədən öz minnətdarlığımı bildirirəm.

Tel: 0703205959


Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən ŞİKAYƏT
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?