Göyçay rayonu Şəhadət kənd sakini Abdullayev Nazir Cavid oğlu tərəfindən ŞİKAYƏT
Bolge
Oxunub: 428
13 sen 2022 | 00:53
Göyçay rayonu Şəhadət kənd sakini Abdullayev Nazir Cavid oğlu tərəfindən  ŞİKAYƏT



Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 4 il müddətdir Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində işləyirdim. Lakin 15 gün öncə iş yerimi tərk etdim. Səbəb isə ondan ibarətdir ki, son 1 il ərzində maaşımı doğru-dürüst ala bilmirdim. Daha öncə minimum əmək 250 (iki yüz əlli) manat, sonradan isə 300 (üç yüz) manat olmaqla, ümumilikdə 1100 (min bir yüz) manat pulumu mənimsəyiblər. Məntəqənin müdiri Faiq adlı şəxsdir. Əvvəllər mən ondan haqqım olan maaşımı tələb etdiyim zaman müxtəlif bəhanələr gətirirdisə, hazırda tamamilə özündən razı halda "Vermirəm, get kimə şikayət edirsənsə, et, mən heçkimdən qorxmuram" deyir. Doğrusu mən çarəsiz olduğum üçün və heç yerdə iş tapa bilmədiyimə görə, əmək müqaviləsi bağlamadan işləməyə razılıq vermişdim. Çünki adını qeyd etdiyim yerdə işəgötürən şəxs, işə götürülən bütün işçiləri heç bir müqavilə bağlamadan işlədir. Biz isə orada sadəcə fəhlə olduğumuza görə qanunsuzluqlara müdaxilə edə bilmirdik. Ümumiyyətlə isə ağacların əkilməsi, meyvə və tərəvəzlərin yığılması zamanı orada çalışan bütün işçilər qeyri-qanuni işlədilirlər.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən "Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz". Lakin eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndində: "Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır". Bundan əlavə Göyçay Dayaq Məntəqəsi işə götürdüyü işçiləri rəsmiləşdirməməklə qanuni vergidən də yayınmış hesab olunur. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur" bildirilməkdədir.
Hörmətli cənab Prezident! İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən çox xahiş edirəm, haqqım olan 1100 (min yüz) manat pulun tezliklə mənə verilməsinə köməklik göstərəsiniz. Həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində baş verən özbaşınalıq, əmək müqaviləsi olmadan işəgötürmə, dövlətin qanuni vergi borcundan yayınma kimi qanunsuzluqların aidiyyəti orqanlar tərəfindən mənim də iştirakımla obyektiv araşdırılmasını Sizdən xahiş edirəm. Sizə öncədən öz minnətdarlığımı bildirirəm.



Tel: 0516474862
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ