Naxçıvanda "məktəbli forması" monopoliyası...
Naxçıvana məktəbli forması gətirilməsinə qadağa qoyulub. Bazarlarda yalnız yerli "Zümrüd Tekstil" MMC-nin istehsal etdiyi formaların satışına icazə verilir. Bu MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir.
Yerli gömrük orqanları Naxçıvana gətirilən məktəbli formalarını müsadirə, ən yaxşı halda isə, onların geri qaytarılmasını tələb edir. Bundan əlavə, digər yerli tikiş sexlərinə də məktəbli və tələbə forması tikməyə qadağa qoyulub. Teref.az yazır ki, sakinlərin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə bu hal onları seçim imkanından məhrum edir və bahalığa səbəb olur.
Naxçıvanda bir dəst məktəbli kostyumunun qiyməti ölçüsündən asılı olaraq 45-100 manat arası dəyişir.
Naxçıvanda tələbələr də xüsusi forma geyinmə məcbur edilirlər. Bu formaların isə ən ucuzu 140 manata satılır.
Naxçıvan şəhər sakini Arzu Məmmədov deyir ki, iki övladını geyimlə təmin etmək üçün ən azı 250 manat ödəməlidir:
"Bir övladım bu il ali məktəbə qəbul olub, biri isə 10-cu sinfə gedəcək. Aylıq ailə büdcəmiz cəmi 500 manatdır. Məktəbli və tələbə forması çox bahadır. Demək olar ki, iki övladımın tək formalarına büdcəmin yarısını xərcləməliyəm. Məslə tək forma almaqla bitmir axı. Kitab, fəftəri, qələmi və sairə var. Bu ay büdcəmi yalnız uşaqların məktəbinə xərcləməli olacağam. Ailənin digər təminatını ödəmək üçün də borca girməliyəm. Bahalığa səbəb monopoliyadır. Nə kənardan gətirməyə imkan verirlər, nə də başqasına tikdirməyə. Məktəb deyir ki, "Zümrüd"ün malı olmasa uşaq sinifə buraxılmayacaq. Məcbur qalıb, baha alırıq. Gözləri doymur, hər yerdən pul qazanırlar".
Şərur rayon sakini Ramazan Qurbanov deyir ki, övladlarına forma almaq üçün borc almağa məcbur olub:
"İki uşağım məktəbə gedir, biri tələbədir. Şagirdləri başa düşdük, harda görünüb ki, tələbələr xüsusi forma geyinməyə məcbur edilsin? Pul tələsidir. Özüm işsizəm, pensiyamı da kəsiblər. Uşaqlara forma almaq üçün borca girmişəm. Necə qaytaracağımı da bilmirəm. Çox bahadı qiymətlər. Borcla forma alan tək mən deyiləm. Forma almaq üçün əksər valideynlər borc axtarır. Borc tapa bilməyəndə isə məcburdurlar ki, banklardan kredit götürsünlər. Kredit isə çox yüksək faizlə verilir".
"Zümrüd tikiş" MMC-də "Gündəlik Naxçıvan"a şikayətçilərin iddialarının əsassız olduğunu bildiriblər.
Bu MMC 2007-ci ildən Naxçıvan şəhərində fəaliyyət göstərir. Hazırda tikiş fabriki illik tələbata uyğun olaraq 100 mindən çox tələbə, şagir və müəllim vahid formaları, bir o qədər köynək və yüngül ayaqqabı istehsal edib, satır. Bundan əlavə, MMC hüquq-mühafizə organı əməkdaşları, həkimlər və.s üçün vahid geyim formaları hazırlayır. MMC paltarlar üçün xammalı Türkiyədən alır.
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ