Göyçay rayonu Potu kənd sakini, ictimai fəal Səxavət Qafarov tərəfindən ŞİKAYƏT
Göyçay rayonu Potu kənd sakini, ictimai fəal Səxavət Qafarov tərəfindən
Hörmətli cənab Baş Prokuror! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Yaşar Əhmədov 2-ci qrup gözdən əlil, eyni zamanda oranın Təhlükəsizlik Xidmətinin müdiri Namiq Quliyev isə işə götürüldüyü yerlə əmək müqaviləsi bağlamaq məqsədilə özünün DSMF-dən əldə etdiyi arayışa əsasən 2-ci qrup müddətsiz gözdən əlil olduğu qeyd olunmuşdur. Buna baxmayaraq adı çəkilən hər iki şəxs müəmmalı şəkildə sürücülük vəsiqəsi əldə etmək üçün "Sağlamlıq haqqında arayış"la təmin olunmuşdur. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı, 6.3.-cü madddəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir. Həmin sənədlərdən biri də bu maddənin 4-cü bəndində göstərilən "Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış"dan ibarətdir. Həmin arayışın təqdim edilməsi zamanı vacib əsas şərtlərə daxil edilərək bu Qanunun 1.3.-cü maddəsində göstərilən "Sağlamlıq cəhətdən sürücülüyə yararlı" hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Qanunda göstərildiyi kimi, yalnız sağlamlıq cəhətdən sürücülüyə yararlı şəxslər tibbi arayışdan yararlana bilərlər. Əminliklə deyə bilərəm ki, görmə qabiliyyəti müəyyən ölçüdə məhdud olan hər iki şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika Şöbəsi tərəfindən bilavasitə "Sağlamlıq haqqında arayış"ı yalnız saxtakarlıq yolu ilə əldə etmişdir. Bu, isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü madddəsinə əsaslanan "Vəzifə saxtakarlığı" hesab olunur. Bundan əlavə, həmin məsul şəxslər görmə qabiliyyəti məhdud və ya qismən məhdud olan vətəndaşlara "Sağlamlıq haqqında arayış" təqdim etməklə ətraf mühidin və insanların həyatı üçün təhlükə yaradan amillərin meydaya çıxmasına şərait yaradırlar. Belə hallarda saxta yollarla sürücülük vəsiqəsi alan şəxslər görmə qabiliyyətindən məhrum olduğuna görə tez-tez avtoqəzalar törədirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Hörmətli cənab Baş Prokuror! Nəzərinizə çatdırım ki, yuxarıda bildirdiyim faktların araşdırılması üçün aidiyyəti orqanlara müraciətlərlər etmişəm. Müraciətimə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mənə "Şikayətinizdə göstərdiyiniz Yaşar Əhmədovun əlilliyi tərəfimizdən yenicə ləğv edilib, Namiq Quliyev isə 1-ci qrup əlildir" bildirdilər. Lakin, adı çəkilən hər iki şəxsin şəxsi məlumat bazasından (Yəni, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və forma 88-in kodu) xəbərsiz olduğuma görə daha artıq məlumat əldə edə bilmədim.
Deməli belə çıxır ki, eyni nazirliyin nəznində olan iki fərqli sturuktur, yəni DTSERA Namiq Quliyevin 1-ci qrup əlil olduğunu bildirir, işəgötürənlə işəgötürülən arasında bağlanılan əmək müqaviləsində isə DSMF-dən aldığı "Arayış"da 2-ci qrup əlil olduğu göstərilmişdir.
Hörmətli cənab Baş Prokuror! Sizdən, Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən incidilən, hüquqları tapdanan sadə vətəndaş və bir ictimai fəal olaraq çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı məlumatlar mənim də yaxından iştirakımla obyektiv və qərəzsiz araşdırılaraq qanunlarımızın müvafiq maddələri ilə həmin şəxslər barəsində təsirli tədbirlər görülsün. Sizə öncədən öz minnətdarlığımı bildirirəm.
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib