Bura təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR!
Bolge
Oxunub: 374
1 sen 2022 | 22:22
Bura təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR!


Doğrudan da, kollecin direktoru Rizvan Qəmbərovu, bu məsul vəzifəni tutmasına baxmayaraq, iş yerində tapmaq qeyri-mümkündür.

Bu barədə, araz.az-a daxil olan məlumatda o da bildirilir ki, kollecin maddi-texniki bazası belə sıfır dərəcəsindədir. Hətta maliyyə pozuntusundan tutmuş, özbaşınalıqlar da pikk həddə çatıb.

Əldə etdiyimiz faktlara görə, işə gəlməyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovada olur, o da, hər ay "KapitalBank"ın hesabından bu pulları çıxararaq, rəhbərə çatdırır. Bu ciddi faktları sübut etmək elə də çətin deyil; Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Tofuz Dövlət Sosial- İqtisadi Kollecinin maliyyə vəsaitini yoxlasa və ya müəllimlərin, texniki işçilərin, tələbələrin siyahısını "KapitalBank" vasitəsi ilə əldə etsələr, yazılanlar bir daha öz təsdiqini tapar.

Yeri gəlmişkən, onu da qeyd edək ki, son vaxtlar valideyinlər direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmədiklərindən daha çox gileylənirlər. Valideyinlər iddia edirlər ki, kollecin direktoruna sözləri olduğundan, dəfələrlə, günün müxtəlif vaxtlarında kollecə getsələr də, rəhbəri iş otağında tapa bilməyiblər.
Direktorun katibəsi isə israrla bildirir ki, Rizvan Qəmbərov, bütün işləri müavini Nuranə Ələkbərovaya həvalə edibdir. Deyilənlərinə görə, Nuranə Ələkbərova da qəti şəkildə bildirir ki, Rizvan müəllim burada bir "maketdir", bütün işləri o həll edir. Digər mənbələr də bildirirlər ki, həqiqətən də, direktor müavini Nuranə Ələkbərova, Tovuz Dövlət Sosial-İqtisadi Kollecini istədiyi kimi idarə edir.

Ümumiyyətlə, Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq bu təhsil müəssisəsinə rəhbərlik edən şəxslərin də, idarəçilik metodları qənaətbəxş olmayıb. Amma, yenə də, müsbət cəhətləri, indiki rəhbərdən çox olub. Az da olsa, müəllim və tələbələri qane edib.
Təhsil Nazirliyi də Rizvan Qəmbərovu yeni rəhbər təyin edəndə, ona çox böyük ümidlər vardı. Hətta onun kollecin inkişafında müstəsnas xidmətləri olduğunu tərəvvür edirdilər. Di gəl ki...

Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini getdikcə daha bərbad vəziyyətə saldı. Mövzu ciddi olduğundan, diqqətimizdədir və bu istiqamətdə araşdırmalarımız davam edir. Adları çəkilən, hətta Təhsil Nazirliyinin müvqeyini dinləməyə də hazırıq....
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ