DÖVLƏT Beyləqan səhiyyəsindən əlini üzüb? - İTTİHAM VAR!
Bolge
Oxunub: 349
29 avq 2022 | 21:18
DÖVLƏT Beyləqan səhiyyəsindən əlini üzüb? - İTTİHAM VAR!


Ümumxalq məhəbbəti qazanmış, ictimai marağın obyektivində olan insanların həyatındakı əlamətdar günlər bütün xalq tərəfindən qeyd olunur. Bir neçə gün əvvəl – avqustun 26-da Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın ad günü bütövlükdə cəmiyyət tərəfindən sevinclə qeyd edildi. Nə xoş ki, Laçın şəhərinin və bir neçə kəndimizin erməni tör-töküntülərindən təmizlənməsi də həmin günə təsadüf etdi.
Fikir vermisinizsə, hər il məhz avqustun 26-da yerli televiziya kanalları “Roma tətilləri” bədii filmini göstərirlər. Həmin filmdə əsas qəhrəman şahzadə xanımın önə çıxarılan ən üstün məziyyəti onun kübar olduğu qədər də sadəliyidir, sarayda gizlənməyib xalqın arasında olmaqdan duyduğu sevincdir. Eynən həmin əlamətləri, hətta daha artığını, humanistliyi, xeyirxahlığı, alicənablığı Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin ömür-gün yoldaşı Mehriban Əliyevadan görür. Həqiqətən də Mehriban xanım Əliyeva həmişə tutduğu vəzifələri hörmətə mindirib.
Çox qəribə və ikrah doğuran haldır ki, cəmiyyətimizdə zərif cinsin bəzi nümayəndələri kiçicik bir vəzifə tutan kimi hədsiz dərəcədə özündənrazılıq hisslərinə qapılır, ətrafdakılardan özlərinin şəxsiyyətinə pərəstiş umurlar. Belələrindən biri və birincisi “Beyləqan Rayon Xəstəxanası” Publik Şəxsin direktoru Nurəngiz Bəşirovadır.
Təsəvvür edin (təsəvvür etməkdə çətinlik çəkirsinizsə, gedin öz gözlərinizlə görün), N.Bəşirova hər səhər işə gələndə avtomobili xəstəxananın həyətinə girən kimi bütün personal əl-ayağa düşür, hamı vurnuxmağa başlayır. Ən çox da lüzumsuz yerə işə götürdüyü, sayı 40-a çatan daxili mühafizə xidmətinin əməkdaşları öz sədaqətlərini nümayiş etdirməyə başlayırlar. N.Bəşirova maşını saxlayandan dərhal sonra aşağı enmir, elə oturacaqda ikən bir neçə dəqiqə telefonu ilə qurdalanır. Mühafizəçilərdən biri maşının qapısını açır, biri direktorun çantasını, digəri onun başından açıb verdiyi şalını götürür, daha ikisi xəstəxananın inzibati binasına girənədək, digərləri isə koridordan kabinetinə daxil olanadək müşayiət edir.
Nə isə, indiyədək N.Bəşirovanın bu yekəxanalığının xəstəxanada göstərilən tibbi xidmətin keyfiyyətinə əsla müsbət təsir etmədiyi, əksinə, korrupsiyanı gücləndirdiyi barədə xeyli sayda tənqidi məqalələr yazmışıq. İstər redaksiyamıza daxil olan şikayətləri, istərsə də apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz faktları KİV-də ictimailəşdirməklə yanaşı, topladığımız materialları Baş prokurorluğa təqdim etmişik. Rayon prokurorluğunda mərkəzi xəstəxanada direktorun rəvac verdiyi başqa neqativ hallar barədə materiallar icraata qəbul olunub, hansı ki, yolu bizim redaksiyadan keçməyib. Məsələn, təcili yardım xidməti sürücülərinin yanacaq oğurlaması faktını yerli polis aşkarlayıb. Bütün bunlar və sadalamadığımız digər cinayət və cinayətə bərabər tutulası faktlar rayon prokurorluğu tərəfindən sistemli şəkildə, ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə araşdırılmalı idi. Lakin təəssüf, görünən odur ki, Beyləqan rayon prokurorluğu bu cür yanaşmada maraqlı deyil, problemin kökünə varmağın – balığın iylənmiş başını kəsməyin – N.Bəşirovanın məsuliyyətə cəlb olunmasının tərəfdarı deyil. Prokurorun tərəddüdünə əsas səbəb isə sözsüz ki, bu mövzuda qələmə aldığımız əvvəlki yazılarda qeyd etdiyimiz N.Bəşirovanın yüksək mənsəbli havadarları, himayədarlarıdır.
İndi isə Beyləqan RMX-da cövlan edən başqa növ qanunsuzluqlardan bəhs edəcəyik. N.Bəşirovanın rəhbərlik etdiyi müəssisədə yürütdüyü kadr siyasəti əsla işçilərin peşəkarlığına və başqa vacib tələblərə hesablanmayıb. Burada əsas meyar korrupsiya və qohumbazlıqdır. Təsəvvür edin, direktorun həkim kimi işə götürdükləri şəxslər Ukrayna ali məktəblərinin qiyabi oxumuş məzunları, tibb bacısı kimi işə qəbul etdiyi adamlar isə kollec deyil, peşə deyil, 3 aylıq, 6 aylıq kursları bitirən, diplom deyil, sertifikat almış gənc qızlardır.
Həkimlər bir yana dursun, biz bilirik ki, tibb bacılarına verilən tələblər əsıla az deyil. Onlar həm aidiyyəti üzrə lazımi ixtisas biliklərinə yiyələnməli, həm də xəstələrlə xoşrəftar olmağı, sözün əsl mənasında “şəfqət bacısı” olmağı bacarmalıdırlar. Aydın məsələdir ki, orta məktəbi 3-6 ay qabaq bitirmiş qız uşaqlarında bu keyfiyyətlər ola bilməz. Xəstəxanada direktordan görüb-götürdükləri isə nümunə sayıla bilməz.
Ukrayna ali təhsil müəssisələrinin, o cümlədən tibb təhsili verən universitetlərinin müharibəyəqədərki fəaliyyətini, orada verilən savadın səviyyəsini pisləmək fikrimiz yoxdur. Amma hamı bilir ki, diploma yiyələnmək xatirinə Azərbaycandan adını Kiyev, Xarkov universitetlərinə və digərlərinə yazdırıb ildə bir dəfə gedib-qayıdanların həkimlik sənətinə, ixtisas bilgilərinə qənaətbəxş dərəcədə yiyələndiyinə inanmaq sadəlövhlük olar.
Digər bir məsələ Beyləqan rayon mərkəzi xəstəxanasında personal üzvlərinə havayı verilməli olan uniformaların onlara 30-40 manatdan satıldığı barədə iddialardır. Bir sözlə, N.Bəşirovadan söz düşəndə beyləqanlıların yadına “Mozalan” satirik kino-jurnalının epizodlarından birində xalatını tərsinə geyinmiş, normadan böyük cibləri xalatın astar tərəfində qalan təzə, zəhmli baş həkim düşür. Onun haqqında şikayətlər, toplanmış materiallar isə rayon prokurorluğunda obyektiv araşdırılmadığından, narazı adamlar üzlərini Baş Prokurorluğa tutublar. Gözləyək, görək nə olur!
Realmedia.az
Ramin Məhəmmədoğlu

Dünən, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Dünən, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Dünən, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Dünən, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Dünən, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Dünən, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Dünən, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Dünən, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Dünən, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Dünən, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Dünən, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Dünən, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Dünən, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Dünən, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dünən, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Dünən, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?