Lerikdə yetimə ƏL TUTAN YOXDUR... - “Kimsəsizəm deyə müraciətimə baxan yoxdur”
Bolge
Oxunub: 415
24 avq 2022 | 20:23
Lerikdə yetimə ƏL TUTAN YOXDUR... - “Kimsəsizəm deyə müraciətimə baxan yoxdur”


“2016-cı ildə kənddə baş verən sürüşmə nəticəsində evim qəzalı vəziyyətə düşdü. Sürüşmədən zərər çəkən digər evlər təmir olunsa da, illərdir mənim müraciətimə baxan yoxdur. Çünki kimsəsiz və kasıbam”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə Lerik rayonunun Züvüç kənd sakini Əzəbəyim Əliyeva deyib.

Züvüç Lerikin ucqar kəndlərindən biridir. Rayon mərkəzindən 32 kilometr uzaqda yerləşir. Kənd Yardımlının bir sıra kəndlərilə qonşudur. Sakinlərin dediyinə görə, Züvüç kəndi sürüşmə ərazisidir.

Əzəbəyim Əliyeva deyir ki, sürüşmədən sonra kənddə 4 ev yenidən tikilib:

“Sürüşmənin baş verdiyi əraziylə bizim ev 7-8 metr məsafədə yerləşir. İlk zərər çəkən bizim ev olub. Bizim evi qoyub, bizdən sonraki evləri təmir ediblər”.

Lerikdə yetimə ƏL TUTAN YOXDUR... - “Kimsəsizəm deyə müraciətimə baxan yoxdur”


Foto: Meydan TV

Şikayətçi bildirib ki, 2017-ci ildən bəri Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə 15 dəfədən artıq rəsmi müraciət edib, hər dəfə də onlara ərazidə sürüşmə təhlükəsinin olmadığına dair məktub göndərilib:

“Yazıblar ki, ev yaşayışa yararlıdır, halbuki evimiz kərpicdən tikilib, birmərtəbəlidir.

Kənddə təxminən 150-160 ev var. Mən oğlumla birgə yaşayıram. Gündəlik çörəkpulunu güclə çıxarırıq. Evi nəinki təmir etmək, hətta çatların üstünə suvaq vurmağa imkanım yoxdur. Hər dəfə məktubda yazırlar ki, gəlib yerində baxmışıq, təhlükə yoxdur, ancaq bir dəfə də gəlib yerində baxmayıblar”.

Lerik Rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələni araşdırandan sonra münasibət bildirəcəklər.

Züvüç kənd ərazi icra nümayəndəsi Qabil Hüseynov Meydan TV-yə deyib ki, evə baxış keçirilib və rəy icra hakimiyyətinə təqdim olunub. Həmin rəy əsasında qərar verilir: “Mütəxəssis rəydə necə göstəribsə, eləcə də tədbir görülür. Yəni, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən qərar qəbul edilir. Buna icra hakimiyyəti və ya kənd icra nümayəndəliyi qarışa bilmir. Rəylə bağlı ailə məlumatlandırılıb. Əgər evin qəzalı vəziyyətdə olmadığı göstərilibsə, deməli, təmir olunmalıdır, göstərilməyibsə, təhlükə yoxdur”.
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq