Vaqif Abdullayevi Bitirən Milyonlar: Adam Döymək Və… – Dayaqları Sarsılan Sabiq Başçı Həbsin Kandarında…
Bolge / Video
Oxunub: 460
22 avq 2022 | 23:39
Vaqif Abdullayevi Bitirən Milyonlar: Adam Döymək Və… – Dayaqları Sarsılan Sabiq Başçı Həbsin Kandarında…


Beyləqanın keçmiş başçısı Vaqif Abdullayevin başı üzərindən qara buludlar çəkilmir. Əldə olunan məlumata görə, sabiq İH rəhbəri günbəgün həbsə yaxınlaşır. Onun üzərində olan adam döymək faktının da yenidən icraata göndərilməsi gözləntiləri V.Abdullayevin işini çətinləşdirib. Təkcə həmin fakt üzrə istintaq kifayətdir ki, cinayət işinə yenidən baxılsın. Belə ki, bir müddət əvvəl Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi həbs etdirmişdi. Xəyyam Balayev məhkəmədə belə demişdi:

“Vaqif Abdullayev özü də icra başçısı olarkən Beyləqanda tikilən Olimpiya Kompleksində fəhlə işləyən Rahil Əliyev adlı yerli sakini sərxoş vəziyyətdə şəxsən döymüşdü və ona ağır xəsarət yetirmişdi. Bu haqda Rahil Əliyev 2018-ci ildə sosial şəbəkələrdə yaydığı müraciətində təfərrüatları ilə danışmışdı. İcra başçısının fəhləni döyməsinə səbəb isə obyektdən “yoxa çıxan” bir neçə dəmir konstruksiya olmuşdu”. Bu hadisə sabiq başçı ilə bağlı gedən son proseslərdə cinayət dosyesinə əlavə olunmaqdadır. Amma tək bu hadisə deyil, korrupsiya, mənimsəmə, dövlət vəsaitini talama ittihamları üzrə Vaqif Abdullayevin istintaqa cəlb olunması mümkündür. Bundan əlavə, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Bu da yuxarıların diqqətindədir.

Hakimiyyət onun belə varlanmasını qəbul edə bilmir. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması xəbəri yayılmışdı. Bundan başqa, Vaqif Abdullayevin “Gənclik” metrosu yaxınlığında özünə 2 milyon manata villa aldığı deyilir. Bəzi iddialara görə, Vaqif Abdullayev sabiq PA rəhbəri Ramiz Mehdiyevlə çox yaxın olub. Onun vəzifədən getməsi başçının da mövqeyini zəiflədib.

İndisə həbsin kandarındadır və xilas kəməri axtarışına çıxıb. Görünür, əvvəllər onu himayə edən Ramiz Mehdiyevin yoxluğu, onun təsir imkanlarının olmaması Vaqif Abdullayevlə bağlı araşdırmalar aparılmasına yaşıl işıq yandırıb. Lakin o, təkcə Ramiz Mehdiyev kimi nəhəng dəstəyi itirməyib, elə ondan da böyük himayəçisi olan general Bəylər Əyyubovla da əlaqələri kəsilib. Generalla qohumluq münasibətləri olmuş V. Abdullayev ona bel bağlayaraq kreslosunda istədiyi əməllərə əl atırdı. Ancaq qohumluq mandatı qüvvədən düşən sabiq başçı indi tam təklənmiş vəziyyətdə – Rusiyanın günündədir. Ona görə də həm Əyyubovu, həm Mehdiyevi itirən Abdullayev, batabatda saman çöpü axtarır.

Hazırda təşvişə düşdüyü iddia edilən sabiq icra başçısı əmlaklarını, biznesini, korrupsiya əməllərini gizlətməyə çalışır. Həmçinin oğluna ad günündə 280 minlik maşın hədiyyə etməsi suallar yaradıb, bu pulları necə əldə etməsi haqda hüquq-mühafizə orqanlarında səhih məlumatlar mövcuddur. Onun qardaşə oğullarının cinayət əməlləri, bu işdə Abdullayevin təsir vasitələri bu günə qədər məsələlərin real şəkildə açılmasına imkan verməyib. Bütün bunlar keçmiş məmurların cəzasız qalmasına, presedent yaranmasına səbəb olur. Yeni gələnlər də arxayınlaşır ki, sələfləri nə etdisə, cəzalanmadı, yığdıqlarını da xımır-xımır vəzifədən sonra yeməkdədirlər. Bu, təhlükəli tendensiyadır.

Abdullayev kimi məmurlar da müştəbeh davranır ki, baxın, vəzifədə büdcəni taladım, indi kef çəkirəm, mənə “gözün üstə qaşın var” deyən də yoxdur. Hakimiyyət bu halların və tendensiyanən qarşısını almaq üçün sabiq məmurları cəzalandıra bilər. Bu sırada Beyləqanın keçmiş şefi üçün də təhlükə aktual olaraq qalır. Misal üçün istintaqa bəllidir ki, rüşvət və korrupsiya qalmaqalları ilə daim mətbuatın gündəmində olnuş Vaqif Abdullayev bu dəfə Beyləqan rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi və rayondakı əsas təmir tikinti işlərini həyata keçirən “Veteks” MMC nin rəhbəri Vüqar Aslanovdan 120 min manat almışdı.

İcra başçısı ilə ciddi şəkildə alış-veriş yaradan və büdcə pullarının mənimsənilməsində başçının sağ əlinə çevrilən iş adamı bir müddət əvvəl Vaqif Abdullayevin “toruna” düşmüşdü. Yəni onlarla belə fakt göstərmək olar. Baxaq, yaxın həftələrdə onunla bağlı hansı qərar elan ediləcək. Mövzu diqqətimizdədir.

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. (Anaxeber.info)
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq