Vasif Talıbovun “atalıq qayğısı”
Vasif Talıbovun "atalıq qayğısı" təkcə alt paltarı hədiyyəsindən ibarət deyilmiş. Bakı əhalisi keyfiyyətli taksi xidmətindən yararlana bilmək şansı yaradıldığına görə də Vasif Talıbova minnətdar olmalıdır.
Naxçıvanda Azərbaycan Polis Akademiyası məzunlarının ovu davam edir.
Əldə etdiyimiz məlumata görə, sonuncu belə qurban Culfa rayon polis idarəsinin sahə müvəkkili Şirzad adlı polis baş-leytenantı olub. Bildirilir ki, Şirzad müəllim bundan bir müddət əvvəl MR DİN-in Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili işləyib. Nazir dəyişildikdən sonra Şirzadın vəzifəsini kiçildib Culfa rayonuna sahə müvəkkili göndəriblər. Onun yerinə isə kapitan Zeynəlabdin Babayevi təyin ediblər.
Yol uzaq olduğundan və vəzifəsi kiçildiyildiyindən polis baş leytenantı işdən çıxmaq barədə ərizə yazıb. Onun ərizəsini qəbul etməyiblər. Ya işləyəcəyini, ya da polis orqanlarından qovulacağını Şirzad müəllimin nəzərinə çatdırıblar. Polis baş leytenantı isə işdən çıxması fikrində israrlı olub. Onun bu “özbaşınalığı” MR DİN rəhbərliyinin acığına gəlib və Şirzad müəllimin şəxsi işinə “xidmətə yararsız” maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırıblar. İndi o, həmin ləkənmiş əmək kitabçası ilə Azərbaycanın digər rayonlarında da polis işləyə bilməz.
Qeyd edək ki, Şirzad bəy Polis Akademiyasının məzunudur. Onun kimi polislərin yetişməsi üçün dövlət ildə 100 min manat xərcləyir. Bu hesabla Naxçıvan DİN-in polis orqanlarından xaric etdiyi Şirzad müəllimin yetişdirilməsi dövlətə 500 min manata başa gəlib (Polis Akademiyasında təhsil 5 illikdir). İndi o da yəqin ki, digər naxçıvanlı tələbə yoldaşları kimi Bakıya gəlib “Bolt” taksi şirkətində sürücü işləyəcək. Naxçıvan xanlığının uzaqgörən siyasəti nəticəsində Bakı taksilərinin intellektual səviyyəsi yüksəldilir. Bakı sakinləri taksidən istifadə edərkən həyatlarının və təhlükəsizliklərinin Polis Akademiyası kimi ciddi qurumların yetişdirdiyi asayış keşikçilərinə həvalə olunması ilə qürur duya bilərlər. Təbii ki, Vasif Talıbovun “atalıq qayğısı” sayəsində.
Minnətdarıq, Cənab “xan”.
Heydər Oğuz
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq