Mingəçevir Tibb Kollecində "qaranlıq" tender müqaviləsi - FOTO
Bolge
Oxunub: 422
1 avq 2022 | 10:51
Mingəçevir Tibb Kollecində "qaranlıq" tender müqaviləsi - FOTO


Müavininə bahalı mənzil hədiyyə edən "mərhəmətli" direktor Fikrət Zeynalovun məktəbində "qara-qura" işlər davam edir.

Yerli mediada adı gah saxta diplom verməkdə, gah "qiymət satmaq"da, gah xanım müavininə bahalı mənzil hədiyyə etməkdə, gah da müəmmalı tenderlərdə hallanan Mingəçevir Tibb Kollecinin direktoru Fikrət Zeynalov yenə daha bir "müəmma"ya imza atıb.

"DogruXeber.az" bildirir ki, "Dövlət Satınalma Portalı"nda 29.07.2022-ci il tarixində Mingəçevir Tibb Kollecinin cəmi 10 (on) manat nizamnamə kapitalı olan "Bu-bu" MMC ilə "dəftərxana və təsərrüfat malları" işi üçün bağladığı müqavilə barəsində məlumat yerləşdirilib.

Özü də yerli saytlardan birinin yazdığına görə Mingəçevir Tibb Kollecinin "Dəftərxana və təsərrüfat malları" lotu üzrə elan edilmiş "Katirovka" adlı müsabiqənin qalibi olan "BU BU" MMC-nin dövlətə 5.114 (beş min yüz on dörd) AZN borcu var.

Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanunda satınalmalarda iddiaçı qismində iştirak edən təşkilatlardan vergi borclarının olmamalı olduğu xüsusi vurğulanır.

Yeri gəlmişkən sözügedən müsabiqənin adı "Katirovka" olsa da, müsabiqənin nə vaxt elan edildiyi, katirovka sorğusunun olub - olmadığı barəsində Dövlət Satınalma Portalında heç bir məlumat qeyd edilməyib.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma, Mingəçevir Tibb Kolleci bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir.

Maraqlıdır ki, “Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq, kotirovka sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə, eləcə də alınan malların miqdarı və sayı haqqında məlumat verilmədən, Mingəçevir Tibb kolleci “BU-BU” MMC-ni seçib və 32388.95 (otuz iki min üç yüz səksən səkkiz, doxsan beş) AZN büdcə vəsaitini etibar edib.

P.S: Yeri gəlmişkən, sözügedən müqavilə barəsində Dövlət Satınalma Portalında ətraflı məlumat bölməsinin boş saxlanıldığı, "qara nida"nın yerində olmalı olan məlumatlar, həmçinin ətraflı məlumatın yerləşdirilməməsinin səbəbini aydınlaşdırmaq məqsədilə, Mingəçevir Tibb Kollecinin internet səhifəsində yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxladıq.

Telefonda bizimlə danışan xanım mövzu ilə bağlı səlahiyyətli şəxs olaraq, dəstəyi mühasib Vəsilə xanıma verdi.

Vəsilə xanıma əvvəlcə özümüzü təqdim etdik, sonra mövzunu bildirdik və ətraflı məlumat bölməsinin boş saxlanıldığının səbəbini soruşduq. Xanım əvvəlcə bizim nə dediyimizi anlamadığı (ya da anlamaq istəmədiyi) üçün sualımıza 2-3 aidiyyatı olmayan cavablar verdi. Sonra, məlumatları yerləşdirdiyini iddia etdi, ardından portaldan araşdırmamızı məsləhət gördü, ən nəhayətində isə "hə yaxşı yerləşdirərəm" deyə, "dilucu" cavabla, bizi "yola verməyə" çalışdı.

Sürəkli, cavablarını dəyişdirən Vəsilə xanım ən sonda məzuniyyətdə olduğunu dedi. Halbuki, bizimlə idarənin telefonu vasitəsilə danışırdı. Bunun fərqinə vardığında isə "bugündən məzuniyyətə çıxıram" dedi. Bildirdik ki, "müqavilə bağlandığında işdə olmusunuz və məlumatları siz yerləşdirmisiniz."

Bundan sonra xanımdan digər tərəf olan, daha doğrusu güya keçirilən "Katirovka " müsabiqəsinin qalibi "Bu-Bu" MMC-nin əlaqə nömrəsini istədik. Xanım nömrə verməkdən qəti şəkildə imtina etdi.

Qeyd: Yeri gəlmişkən, "Bu-Bu"MMC-nin fəaliyyəti, rəsmi qeydiyyat ünvanı və digər barəsində internet vasitəsilə axtarış edərkən, heç bir məlumata rast gəlmədik.

Haqqında heç bir məlumat olmayan, yerli saytlardan birinin yazdığına görə cəmi 10 (on) manat nizamnamə kapitalı olan, eyni zamanda vergi borcu olan bu müəssisə 32888.95 (otuz iki min üç yüz səksən səkkiz. doxsan beş) AZN məbləğlə baş tutan müqaviləni necə bağlayıb?

Ümumiyyətlə müsabiqədə necə iştirak edib və müsabiqənin qalibi necə olub?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Mingəçevir Tibb Kollecində "qaranlıq" tender müqaviləsi - FOTO
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi