“Məmurun harınlamış qardaşı oğlu məni intihar həddinə çatdırıb...”- Qadın müəllimə daxili işlər nazirinə şikayət etdi...
Bolge
Oxunub: 438
21 iy 2022 | 22:22
“Məmurun harınlamış qardaşı oğlu məni intihar həddinə çatdırıb...”- Qadın müəllimə daxili işlər nazirinə şikayət etdi...


Cəlilabad rayon Muğan kənd sakini, Muğan kənd orta məktəbinin riyaziyyat müəlliməsi Məlikova Aygün Cəbil qızı redaksiyamıza ünvanladığı şikayət məktubunda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan kömək istəyib.

Müraciətdə deyilir:

Hörmətli cənab nazir!

Sizə bildirmək istəyirəm ki, mən Məlikova Aygün Cəbil qızı Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olmuşam. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm və 2003-cü ildə Cəlilabad rayon Muğan kəndinə gəlin gəlmişəm. Həmçinin Muğan kənd orta məktəbində riyaziyyat müəlliməsi, 2016 və 2022-ci illərdə məktəbin direktoru vəzifəsində çalışmışam. Həmçinin Muğan kənd bələdiyyəsinin sədri də işləmişəm. Lakin kəndə mənim əleyhimə aparılan qarayaxma kampaniyalarına görə hər iki vəzifəmdən ərizəmlə istefa vermişəm. Hazırda Muğan kənd orta məktəbində müəllimə kimi fəaliyyətimi davam etdirirəm.

Hörmətli cənab nazir!

Sizdən bir məsələdə kömək istəyirəm. Onu deyə bilərəm ki, artıq mənim kimi ali təhsilli müəlliməni, üç qız və bir oğlan anasını intihar həddinə çatdırıblar. Bunu edən isə Muğan kənd sakini Şahbazov Rəşad Ədalət oğludur. Rəşad Şahbazov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğludur. Məhz buna görə Rəşad Şahbazov kənddə “at oynadır”. Necə deyərlər yetənə yetir, yetməyənə də bir daş atır. Rəşad Şahbazov “Səda tv” adlı internet televiziyasının jurnalist vəsiqəsini əldə edib və rayonda ancaq qarayaxma kampaniyasıyla məşğuldur. Hansı ki, bu adamın jurnalist təhsili yoxdur, Rusiyada yaşadığı üçün Azərbaycan dilində, yəni öz ana dilimizdə səlist danışa bilmir, hələ bu azmış kimi hərbi xidmətdə belə olmayıb. Rəşad Şahbazov jurnalist peşəsinin nə olduğunu bilmədiyi üçün artıq insanları şantaj etməyə keçib. Belə ki, o, mənimlə qonşu olan qohumunun evindən mobil telefonla yaşadığım evin içini çəkir. Bu axı jurnakistikanın qaydalarına ziddir. Şəxsin ümumi və gizli həyat tərzi var. Bununla bağlı dəfələrlə Rəşad Şahbazova iradımı bildirmişəm və hətta bu il iyulun 16-sı və 17-də Daxili İşlər Nazirliyinin “102” qaynat xəttinə şikayət etmişəm. Mənim üç azyaşlı qızım var, onların görüntülərini sosial şəbəkədə yaymaq hansı jurnalistika qaydalarına uyğundur?

“Məmurun harınlamış qardaşı oğlu məni intihar həddinə çatdırıb...”- Qadın müəllimə daxili işlər nazirinə şikayət etdi...

Məsələylə bağlə hər ikimiz Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə şəhər polis bölməsinə dəvət edilmişik. Polis rəisi Asif İmanov mənə kobudcasına müraciət edərək deyib ki, “ay qız, Rəşad müxbirdir və kimi istəsə, çəkə bilər”. Belə məlum olur ki, rəis də jurnalistin peşə-davranış qaydalarından xəbərsizdir. Amma onu da qeyd edim ki, Asif İmanovla Rəşad Şahbazov qohumdurlar. Polis bölməsində olarkən polis rəisi Asif İmanov məni kobudcasına öz kabinetindən çıxarıb. Hansı ki, mən məktəb direktoru olanda hörmətli Asif İmanovu belə qarşılamamışdım, ona əyləşmək üçün öz stulumu belə vermişdim.

Rəşad Şahbazovun mənimlə ədavəti isə ondan ibarətdir ki, mən məktəb direktoru olanda onu məktəbdə gündüz gözətçisi işinə götürməmişəm. Çünki məktəbin gündüz gözətçisi var və o, şəxs Qarabağ əlilidir. Rəşad Şahbazov isə məni öz kabinetimdə məcbur edib ki, Qarabağ əlilini işdən çıxarıb yerinə onu təyin edim. Amma mən bunu etməmişəm. Həmin vaxt şagirdlərimizi kəndimizin Vətən müharibəsində şəhid olan hərbçilərinin məzarını ziyarətə apardığım üçün Rəşad Şahbazovun atası Ədalət Şahbazov məktəbə gələrək mənə dedi ki, “Mənim tanımaq istəmədiyim şəhidi, niyə uşaqlarıma tanıdırsan”. O, bu sözləri Vətən müharibəsi şəhidi Həsən Dəmirovun qardaşı Xaqani Dəmirovun yanında deyib. Təsəvvür edirsinizmi ki, bu nə deməkdir?

“Məmurun harınlamış qardaşı oğlu məni intihar həddinə çatdırıb...”- Qadın müəllimə daxili işlər nazirinə şikayət etdi...


Bir neçə gün öncə Rəşad Şahbazovun yaxınları da yaşadığım evimə hücum etdi. Onlar mənə bildirdilər ki, arxamızda qohumumuz Rüstəm Şahbazov durub və səni bu kənddən köçürəcəyik, sən bu kənddə yaşaya bilməyəcəksən. Hadisəni mobil telefona çəkmişəm və istintaqa təqdim etməyə hazıram.

Hörmətli Cənab nazir!

Dəfələrlə müraciətlərimə baxmayaraq, mənim şikayətimə polis bölməsində baxılmır. Sizdən xahişim odur ki, məni və ailəmi bu Şahbazovların əlindən xilas edəsiniz. Xahiş edirik təhlükəsizliyimiz təmin edilsin, Rəşad Şahbazov adlı bu dırnağarası “jurnalistlə” bağlı tədbir görülsün.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Aygün Məlikova. tel: 051-653-37-01
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi