Göyçay rayonu Şəkər kənd sakini, Salmanov Raqif Hüseyn oğlu tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ
Bolge
Oxunub: 696
20 iy 2022 | 10:12
Göyçay rayonu Şəkər kənd sakini, Salmanov Raqif Hüseyn oğlu tərəfindən  ŞİKAYƏT  ƏRİZƏSİ


Göyçay rayonu Şəkər kənd sakini, 1977-ci il təvəllüdlü Salmanov Raqif Hüseyn oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ


Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, 26 mart 2022-ci tarixdə saat 15-00 radələrində mənə məxsus həyətyanı torpaq sahəmdə övladım 2011-ci il təvəllüdlü Salmanzadə Tural Raqif oğlu ilə birlikdə təsərrüfat işləri görürdük. Bu zaman həmkəndlim Pənahov Yusif Yadulla oğlu içərisində iri buynuzlu mal-qara olan tövləmə od vurub yandıraraq qaçdı. Mən isə dərhal FHN-i Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin "101" qaynar xətt nömrəsinə zəng etdim. Həmçinin Daxili İşlər Nazirliyinin "102" qaynar xətt nömrəsinə də zəng edərək öz şikayətimi bildirdim. FHN əməkdaşlarının müdaxiləsinə baxmayaraq alovun şiddətindən tövləm tamamilə yanaraq yararsız hala gəldi. Eyni zamanda iki baş cins inəyim tələf oldu. Hadisədən iki gün öncə o, mənə məxsus ot tayasını yandırmışdır. Buna isə yuxarıda adını qeyd etdiyim oğlum şahid olmuşdur. Hər iki cinayət hadisənin baş verməsilə bağlı Göyçay Rayon Polis Şöbəsinə yazılı izahat vermişəm. Öz izahatımda ümumilikdə mənə 7000 (yeddi min) manat məbləğində zərər dəydiyini qeyd etmişəm. Lakin Elnur adlı polis əməkdaşı məsələyə məsuliyyətsiz yanaşır. Dəfələrlə mənə vəd verib ki, sənə dəymiş zərərin ödənilməsi üçün əlimdən gələni edəcəyəm. Ancaq ortada heç bir nəticə yoxdur. Elnur adlı polis əməkdaşının bu cür davranılışı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərdə tutulmuş "Səhlənkarlıq" halına yol verdiyinə əsas verir. Axı Yusif Yadulla Pənahovun etdiyi birbaşa cinayət əməlidir və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı maddəsilə (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) cinayət işi başlanılmalı idi. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən (CM-i maddə 308) Elnur adlı polis əməkdaşı işə qeyri-ciddi yanaşır.
Hörmətli cənab Prezident! Əlbətdə mən Yusifə nisbətən kasıbam, arxa-dayaqdan məhrumam, ali savadım yoxdur, fəhlə adamam və məhz bu səbəbdən də şikayətim aidiyyatı qrumlar tərəfindən araşdırılmır, təmin edilmir. Bu açıq-aşkar Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci madddəsində bildirilən "Bərabərlik hüququ" prinsipinə laqeyt yanaşmaq və digər Qanunlarımızı heçə saymaq deməkdir.
Hörmətli cənab Prezident! Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən "Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Yuxarıda bildirdiyim kimi haqqım tapdalanıb, hüquqlarım ayaqlar altına alınıb. Tək və yeganə ümid yerim Sizin obyektiv və ədalətli yanaşmağınızdır. Sizdən çox xahiş edirəm, tezliklə Pənahov Yusif Yadulla oğlu barəsində cinayət işinin başlanılmasını və mənə dəymiş zərərin tam olaraq ödənilməsini təmin edəsiniz. Sizə öz adımdan və ailəmiz adından minnətdarlığımızı bildirirəm.


İmza: Salmanov R.

Tel: 0508742495
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir