Ağlar günə qalan Şəmkir MƏDƏNİYYƏTİ... - İLGİNC FAKTLAR
"Bu yazımızda Şəmkir rayonun son 5 ilinin Mədəniyyət siyasətini geniş təhlil etməyə çalışacağıq". Bu barədə DİA.AZ-a göndərilən məqalədə qeyd olunur.
Qeyd edək ki, dünən yazının birinci hissəsini təqdim etmişdik:
Şəmkir mədəniyyətinin qollarına nədən QANDAL VURULDU... - İLGİNC FAKTLAR
Yazının dia.az-a göndərilən mətninin davamında deyilir: "2020-ci ilin oktyabr ayında Şəmkir Regional Mədəniyyət İdarəsinə Zöhrab Adıgözəlov adlı bir nəfər rəis təyin olundu. Kim idi Zöhrab Adıgözəlov?! Uzun müddət Naftalan şəhər bələdiyyəsinin sədri işləmiş torpaq alverçisi, bir müddət Naftalan şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri işləmişdir. Regionlaşma proseslərində peçatı əlindən alınmış 60 yaşlı ağsaqqal, gəlir yerini itirməyi heç cür qəbul edə bilmirdi. Bu məqamda Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin vakant olduğunu eşidən kimi, bütün əlaqələrini işə salaraq gəldi Şəmkirə rəis. Sözün əsl mənasında kobud, tərbiyəsiz, heç bir etik qaydalara əməl etməyən bu ağsaqqal, gəldiyi gündən başladı pul yığmağa. 1 ilinin tamamında bu faktlar nazirliyə aşkar olunan kimi, onu da sakitcə yola saldılar getdi. Yığdıqları, apardıqlarını isə halal etdilər necə deyərlər.
2021-ci ilin noyabr ayında bütün diqqətlər yenə yönəldi Şəmkir Regional Mədəniyyət İdarəsinə. Hər kəsdə yenidən ümidlər yarandığı anda Mədəniyyət Naziri Anar Kərimov yenidən bütün ümidləri puç etdi.
Özünün yaxın dostu, müxtəlif rüşvət və korrupsiyanın tüğyan etdiyi dövlət idarələrində işləmiş, son təyinata qədər isə Mədəniyyət Nazirinin müşaviri vəzifəsində işləmiş Azər Rəcəbov Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin olundu. Azər Rəcəbov da özündən əvvəlki rəislərin adəti üzrə özü ilə Bakıdan kadrlar gətirərək, İdarəni çevirdi alver ocağına. Azər Rəcəbovun həbs olunma əməliyyat videosuna baxanda insan sadəcə utanc hissləri keçirir. İdarə rəisi rüşvəti icarə əsasında oturduqları İpək yolu trasının qarşısında çöl şəraitində alırmış.
Dövlətimizin ali qanunları hər kəs üçün qanundur. Cinayət əməllərinə yol vermiş şəxslər həbs olunur, işində nöqsan buraxan şəxslər işindən qovulur. Amma təsəvvür edirsinizmi Şəmkir, Gədəbəy, Daşkəsən və Göygöl kimi zəngin təbiətə, tarixi köklərə malik rayonların Mədəniyyət siyasəti nazir Anar Kərimov üçün eksperiment yerinə çevrilib. 2 ilə yaxındır nazirliyə rəhbərlik edən bu şəxs savadlı, işgüzar, qabiliyyətli bir kadr tapa bilmir bu Regional Mədəniyyət İdarəsinə?!
Hal hazırda Şəmkir Regional Mədəniyyət İdarəsinə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nürəddin Mehdiyev ezam olunmaqla rəhbərlik edir. Belə çıxır ki Nürəddin Mehdiyev 7 rayonun Mədəniyyət siyasətinə rəhbərlik edir. Nürəddin Mehdiyevin fəaliyyət dövrünü isə zaman göstərək.
İtirən isə adlarını sadaladığımız rayonun insanları, gəncləri, yeniyetmələridir".
Yazıda adları keçən bütün şəxslərin mövqelərini dia.az olaraq işıqlandırmağa hazırıq...
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi