Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Bolge
Oxunub: 542
16 iy 2022 | 20:44
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Naxçıvanın muxtariyyət statusundan istifadə edən Vasif Talıbov illərdir ki, Azərbaycanın bu bölgəsini ayrıca dövlət kimi idarə edir. Heç bir qanun, hüquq tanımayan, naxçıvanlıların xeyli müddətdir ki, “qibleyi-aləm”, “əmirəlmöminin” adlandırdıqları Vasif Talıbov mərkəzdənqaçma siyasəti yürüdür, Azərbaycan hakimiyyətinə tabe olmaq istəmir, dövlət ərkanına açıq-aşkar sayğısızlıq nümayiş etdirir.

Naxçıvan rəhbəri indiyədək Azərbaycanda qəbul edilən əksər qərarları muxtar respublikada ya icra etməyib, ya da öz bildiyi kimi kimi icra edib. Məsələn, pandemiyanın ağır dövründə ölkə Prezidenti İlham Əliyevin maska taxmaqla bağlı çağırışına, dövlət başçısının özünün də tədbirlərdə maka taxmasına baxmayaraq, Vasif Talıbov Naxçıvanda heç vaxt maska taxmadı. Milli Məclisin maska taxmayanların cərimələnməsi ilə bağlı qəbul etdiyi qərarı heçə saydı. Bu qərarı Naxçıvanda icra etmədi, hətta muxtar respublikada maska taxılmaması barədə qeyri-rəsmi göstəriş də verdi.

Başqa bir misal. Azərbaycan Nazirlər Kabinetinin ölkənin quru sərhədlərinin bağlanması ilə bağlı qərarı olduğu halda Vasif Talıbov Naxçıvanın Türkiyə və İranla olan sərhəd-keçid məntəqələrini son vaxtlara qədər bağlamamışdı. Belə faktlar onlarla yox, yüzlərlədir. Maraqlıdır ki, “qibleyi-aləm”in bu hərəkətlərinə Azərbaycan hakimiyyəti nədənsə hələ də dözümlü yanaşır.

Hakimiyyətin bu dözümlü yanaşmasından və cəzasızlıq mühitindən istifadə edən Vasif Talıbov daha da irəli gedir, “Burda mənəm, Bağdadda kor xəlifə” (Halbuki, hazırda Bağdadda nə kor xəlifə qalıb, nə də Səddam Hüseyn) deyib Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” tətbiq etməkdən belə çəkinmir.

Bəli, bəli, yanlış oxumadınız. Xan həzrətləri o qədər arxayınlaşıb ki, Prezidentə açıq-aşkar hörmətsizlik nümayiş etdirir, o görüntünü yaratmağa çalışır ki, bəs “xan” hər yerdə “xan”dır və yeri gələndə heç kimi saymaya bilər. Axı, Naxçıvan Azərbaycanın daxilində olsa belə, bir dövlətdir və bu dövlətin başçısı da elə onun özüdür. Bu yazıda qeyd etdiyimiz faktlarla tanış olduqdan sonra hörmətli oxucularımız bizim bu fikirlərimizi təsdiqləyəcəklər.

Bir neçə il bundan əvvələ qədər Naxçıvanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadə etdiyi “Məktəbli kitabçası” (Gündəlik) Bakı şəhərindəki nəşriyyatlarda çap olunurdu. 2020-ci ildə isə Vasif Talıbov həzrətləri Bakı şəhərindən “Məktəbli kitabçası” gətirilməsini qadağan etdi və bu kitabçaların Naxçıvan Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmasına tapşırıq verdi. İlk baxışdan bu, normal təsir bağışlayır. Əgər Naxçıvanda nəşriyyat varsa, belə nəşrləri niyə həyata keçirməməlidir? Ancaq sən demə, “xan”ın məqsədi təkcə naxçıvanlı şagirdləri “yerli kitabça”larla təmin etmək deyilmiş. Vasif Talıbovu narahat edən əsas məsələ Bakıda nəşr olunan kitabçalarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın fotoşəkillərinin olması imiş. Vasif Talıbov hesab edirmiş ki, bu kitabçalarda ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanımla bərabər onun da fotosu olmalıdır. Amma nədənsə bu fikrindən daşınıb və kitabçalardan Prezidentin və Birinci vitse-prezidentin fotolarının çıxarılması barədə tapşırıq verib. Beləliklə, Bakı şəhərində nəşr olunan gündəliklərdən fərqli olaraq, naxçıvanlı şagirdlərin istifadə etdikləri “Məktəbli kitabçası”nda yalnız Heydər Əliyevin fotosu saxlanılıb.

Naxçıvanın gündəliyi

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Bu da Azərbaycanın materik hissəsinin gündəliyi

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Məlumata görə, muxtar respublikanın bütün məktəblərinə göstəriş verilib ki, təhsil ocaqlarında yalnız “Əcəmi” nəşriyyatında çıxan kitabçalardan istifadə oluna bilər. İndi bunun adı ölkə rəhbərliyinə sayğısızlıq deyilsə, bəs nədir? Prezidentin və Birinci vitse-prezidentin fotoşəkillərinin gündəlikdən çıxarılması nə deməkdir? İlham Əliyev və Mehriban Əliyevanın fotoşəkillərinin bu kitabçalarda olması Vasif Talıbovu niyə narahat edib? Bu açıq-aşkar meydan oxumaq, sizi saymıram demək deyilmi?.

Bu, hələ harasıdır. Vasif Talıbov İlham Əliyevi təkcə məktəbli kitabçalarından silməyib. Muxtar respublikada dövlət və özəl müəssisələrin iş otaqlarında İlham Əliyevin böyük ölçüdə portretini asmaq qadağandır. İş otaqlarında divara yalnız Heydər Əliyevin portreti vurula, İlham Əliyevin fotosu isə stolun üstünə qoyula bilər. Vasif Talıbov Naxçıvan Ali Məclisinin binasında da bu qaydanı tətbiq edib. İndi siz təsəvvürünüzə gətirin ki, Vasif Talıbov Ali Məclisdə xaricdən gələn qonaqları, Bakıdan gedən bir sıra səlahiyyət sahiblərini qəbul edir. Bu mənzərəni görən adamlar ölkə rəhbərliyi və Vasif Talıbov haqqında nə fikirləşir?

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Şəkildə: Vasif Talıbovun xarici qonaqları

Halbuki Azərbaycanın heç bir bölgəsində belə bir yanaşma yoxdur. Həm paytax Bakıda, həm də bütün rayonların icra hakimiyyətlərində Heydər Əliyevlə İlham Əliyevin portreti qoşa asılıb. Müqayisəli fotoları təqdim edirik.

Naxçıvan MR Ali Məclisi

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR
Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Babək Rayon İcra Hakimiyyəti başçısının iş otağı

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Ordubad Rayon İcra Hakimiyyəti başçısının iş otağı

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Şahbuz Rayon İcra Hakimiyyəti başçısının iş otağı

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


İndi isə Azərbaycanın materik hissəsi

İsmayıllı Rayon İcra Hakikiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Naftalan Şəhər İcra hakimiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Mingəçevir Şəhər İcra hakimiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Şirvan Şəhər İcra hakimiyyəti

Vasif Talıbovdan Prezidentə və Birinci vitse-prezidentə “dövlət senzurası” - İLGİNC FAKTLAR


Heç kimin ona güldən ağır bir söz deməyəcəyini bilən “qibleyi-aləm” bu hərəkətlərini davam etdirir, Naxçıvanda bildiyini edir. Naxçıvan əhalisi isə əzab-əziyyət, səfalət içərisində yaşayır. Vasif Talıbov tam arxayınlaşdığından və ölkə rəhbərliyindən çəkinmədiyindən muxtar respublika əhalisi zülm altında yaşayıb. Amma buna “Dur!” deməyin vaxtı çoxdan gəlib çatıb.

Mirzə Səfər
Ovqat.com
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”