Balakən sakininin tək ümidi Allahdır... - Yerdəkilərdən əlini üzüb...
“Apteklərə, mağazalara borcumuz başmızdan aşır. İş üçün müraciət edirik, deyirlər, iş yoxdur, başınızı saxlayın. İldə bir dəfə fındıq yığımı olur, gedirəm, yığıram, hər fındıq mövsümündə iki ay fındıq yığıram, toplam 500 manat qazancım olur, o pulla da apteklərə, mağazalara yığılan borcun kiçik hissəsini ödəyə bilirəm. Artıq belə yaşamaqdan bezmişik”.
Bunu Meydan TV-yə Balakənin Tülü kənd sakini Elnarə Qarakişiyeva deyir.
Ev yığışdırır, fındıq sahələrində işləyir, amma…
Elnarə xanımın üç övladı var. Danışır ki, oğlu hərbi xidmətdədir. 22 yaşlı qızı xeyli müddətdir ki, özünə iş tapa bilmir. 17 yaşlı oğlu günəmuzd işlər tapanda evə 10 manat gətirir. Özü isə evlərə yır-yığışa da gedir. Mövsümi işlər tapmağa çalşır, düşəndə fındıq sahələrində fındıq yığır. Ancaq bütün bunlar dolanışığa yetmir:
“Qızımın boyu inkişaf etmədiyinə görə heç yerdə iş tapa bilmir. Özüm psixoloji problemli insanam. Yaşadığım ev taxtadandır, kənarlarını boş un kisələriylə bağlamışıq. Deyirlər, sök, daşdan ev tik, qaz xətti çəkək. Yay-qış odun sobasından istifadə edirik. Dəfələrlə yanğın olub, şükür ki, üstünə tez düşüb, söndürmüşük”.
“Apteklər də daha mənə dərman satmır”
Taxta ev həm də çox vaxt şamla işıqlandırılır. Çünki ailə ehtiyac üzündən işıqpulu da ödəyə bilməyəndə işıqsız qalır:
“Dediyim kimi, 21-ci əsrdə biz hələ də taxta evdə sobadan istifadə edirik, işıqpulu ödəyə bilməyəndə də şam işığında otururuq. Qışı əl-ayağımız dona-dona ötürürük, yayın da başqa əzabı var. Çölün ilanı, qurd-quşu evdən əskik olmur. Bu yaxınlarda uşaq yorğanı qaldırıb yerinə girmək istəyəndə gördük ki, döşəyin üstündə ilan qıvrılıb, qalıb. İlan, əqrəb öldürməkdən bu işin peşəkarı olmuşuq”.
Elnarə xanım panik ataklardan əziyyət çəkir. Ancaq imkansızlıqdan müalicə ala bilmir. Rayon xəstəxanasında bir həkim aradabir özü ona dərmanlar alıb verir. Deyir, apteklərə borcu yığıldığına görə, artıq apteklər də ona dərman satmır.
“Deyirlər, halaldır sənə, bu şəraitdə vətənə əsgər böyüdürsən”
Elnarə Qarakişiyeva taxta evin yerində daşdan ev tikmək üçün icra hakimiyyətindən kömək istəyib. İcra hakimiyyəti tikinti materialı üçün onu kənd bələdiyyəsinin üstünə göndərib. Bələdiyyədənsə xanıma bildirilib ki, fondda pul yoxdur:
“İcra hakimiyyətindən gəlib bir neçə dəfə evə baxıblar. Hər dəfə də deyirlər, halaldır sənə, sən yaxşı anasan ki, bu cür şəraitdə vətən üçün əsgərlər böyüdürsən. Bu, hər adamın işi deyil. Yazıqları gəlir, deyirlər, görək nə edə bilirik, çıxıb gedirlər. Ancaq bir müddətdən sonra cavab verirlər ki, sənə ev şəraitini düzəltmək bizim səlahiyyətimizə aid deyil”.
Elnarə Qarakişiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Nazirliyin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən ailəyə göndərilən məktubda qeyd olunub ki, qurum yalnız müharibə əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasıyla məşğul olur. Vətəndaşların yaşayış evlərinin təmir olunması üçün nazirliyə büdcədən vəsait ayrılmır.
Elnarə xanım quruma ünvanlı sosial yardım üçün də müraciət edib. Ona cavab verilib ki, ünvanlı sosial yardım təyinatı üçün ailə üzvləri işləməlidir, rəsmi gəlir yerləri olmalıdır.
Balakən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ailə mənzil-məişət şəraitini özü düzəltməlidir.
“Elnarə Qarakişiyeva quruma müraciət edib, ona həm rəsmi, həm də şifahi bildirilib ki, dövlət tərəfindən evlə təmin olunma güzəşti hələlik yalnız müharibə əlillərinə və şəhid ailələrinə şamil olunur. İşlə təmin olunma məsələsinə gəlincə, ailə üzvləri Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşəulluq Filialına müraciət etsə, daha doğru olar”, – icra hakimiyyətindən bildirilib.





Dünən, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Dünən, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Dünən, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Dünən, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Dünən, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Dünən, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Dünən, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Dünən, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Dünən, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Dünən, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Dünən, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Dünən, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Dünən, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Dünən, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Dünən, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Dünən, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?