Ağdaşda şəhid ailəsinə necə FIRILDAQ GƏLDİLƏR... - TƏFƏRRÜAT

Ağdaş rayonu sakini, şəhid ailəsi olan Zöhrab Şamilov problemlə üzləşib. DİA.AZ-ın məlumatına görə, “Yeni Sabah”a müraciətində o bildirib ki, qardaşı Sabir Şamilov Kamil oğlu 21.10.1992-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. 2021-ci ildə anası Dostuxanım Şamilova Mikayıl qızına şəhid ailəsindən olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev tikiləcəyi haqda telefon zəngi gəlir.
Elə hər şey də bundan sonra başlayır:
“Bizə dedilər ki, bütün şəhid ailələrinə ev tikilir. Siz də istəsəniz, həyətinizdə ev tikək. Biz də həyətyanı sahəmizdə şərait olmadığından bunu lazım bilmədik. Dedik ki, mümkündürsə, başqa yerdə olsun. Bizə Qarabağ Əlillər Birliyinin sədri İsmayıl bəy bu halda, başqa yerdə torpaq almağımızı sənədləşdirib, yenidən müraciət etməli olduğumuzu dedi. Mən də yaşadığım rayonun başqa hissəsindən yer aldın, sənədləşdirdim. Müraciət edəndə isə siyahı üçün lazım olan 26 nəfərin adı yazılıb və baxış üçün göndərildiyini dedilər. Gecikdiyimi, işimin həllinin gələn ilə qaldığını da xüsusi vurğuladılar”.
Şikayətçi deyir ki, özü dəfələrlə müraciət edib. Ona hər dəfə növbəlilik əsasında və il ərzində başlayacağını deyiblər. O gündən bu günə də heç bir səs yoxdur:
“Borca-xərcə girib, aldığım torpaq sahəsi boş qalıb. Hər halda mənə torpaq alınması təklif edilib ki, almışam. Deyilməsəydi, bunu etməzdim ki... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bununla bağlı müraciət edəndə məni hər dəfə “növbəlilik əsasında” və ya “tikintiyə il ərzində başlayacaq” sözləriylə yola verirlər. 2011-ci ildən bu yana növbədəyik. İki-üç dəfə gəlib, torpaq sahəsinin kommunal sistemlə təmin olunub-olunmadığını soruşublar. Bununla da məsələ bitib. O gündən bu günə də heç bir xəbər yoxdur”-şikayətçi deyib.
Məsələ ilə əlaqədar Ağdaş rayonu, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Anar bəylə əlaqə saxladıq: “Siyahıda iyirmi altı nəfər olsa da hələ də ev tikilməsinə başlanılmayıb. Həmin vətəndaş torpağı olmayan kimi qeydiyyata düşmüşdü. Hazırda torpaqlı kimi qeydiyyata alınıb”.
Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə dedi ki, vətəndaşa torpaq alınmsıyla bağlı təklif edilə bilməz:
“Qanunvericiliyə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və müharibə əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərin və ya fərdi evlərin verilməsini növbəlilik prinsipi əsasında həyata keçirir. Şəhidimiz Sabir Şamilovun anası Dostuxanım Şamilova Ağdaş Rayon İcra Hakimiyyətində imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanıb. Dostuxanım Şamilova üçün fərdi evin tikintisinə növbəliliyə uyğun olaraq il ərzində başlanacaq. Vətəndaşa torpaq alınmasıyla bağlı hər hansı təklif edilə bilməz”-o bildirib.
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi