Goranboyda məmura qarşı AĞIR İTTİHAM - ".. .idarədə 3 dəfə pul yığılıb"
Bolge
Oxunub: 457
15 iy 2022 | 21:43
Goranboyda məmura qarşı AĞIR İTTİHAM - ".. .idarədə 3 dəfə pul yığılıb"


Goranboy şəhər sakini Səltənət Musayeva oğlu Maqsud Musayevin ölümündə təqsirli bilinən şəxslərin məsuliyyətdən yayındırılması ilə bağlı Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva, Ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Kamran Əliyev, Daxili İşlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib. TEREF-in məlumatına görə, vətəndaş “Yeni Sabah”a da göndərdiyi müraciətdə bildirib ki, 25.06.1962 təvəllüdlü Maqsud Musayev Qnyaz oğlu 22 fevral 2022-ci il tarixinə qədər Meliorasiya və Su təsərrüfatı ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində çilingər vəzifəsində çalışıb:

“Fevralın 22-də saat 10-11 radələrində Goranboy rayonunun Rəhimli kəndində GR29 nömrəli su artezian quyusunda təmir işləri apararkən, başına metal boru düşməsi nəticəsində ağır xəsarət alıb. Oğlum çalışdığı zaman su quyusundan kran vasitəsilə çıxarılan 9 metr uzunluğunda metal boru 10 metr hündürlükdən oğlumun başına düşüb. Yaxınlıqdakı şəxslərdən birinin köməyilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, oradan da Abbas Səhhət adına klinikaya çatdırılıb. Burada bir gün qaldıqdan sonra vəfat edib”.

Şikayətçi bildirir ki, oğlunun ölümündə təqaüd yaşı çoxdan keçməsinə baxmayaraq, hələ də Goranboy Suvarma Sistemləri İdarəsində çalışan Qasımov Qalib Əli oğlunun diqqətsizliyi ilə yanaşı, idarənin rəisi İlqar Məhərrəmov da təqsirlidir:

“İlqar Məhərrəmov pensiya yaşı çoxdan ötmüş ahıl kişini krançı kimi bu vaxta qədər işlətməsiylə yanaşı həm də idarədə təhlükəsizlik qaydalarına nəzarət etməməsi işçisinə biganə münasibəti oğlumun faciəli ölümünə səbəb olub. Bütün günahı 70 yaşlı krançının boynuna qoyaraq bu işi yalnız onun ehtiyatsızlığı ilə əlaqələndirirlər. Halbuki burada İdarə Rəhbərliyi ilə birgə, sahə rəisi, mühəndis və briqadir də məsuliyyət daşımalıdır”.

Sələtənət Musayeva əlavə edib ki, oğlunun ölüm işi Goranboy Rayon Prokurorluğunda da ətraflı araşdırılmayıb:

“Məhkəmədə Qalib Qasımov Əli oğlu dövlət ittihamçısına bildirib ki, onun kranı işlətmək üçün icazə sənədi 2017-ci ildə olub. İş prosesində işçilər, həmçinin, oğlum da müvafiq geyimlə təmin olunmayıb. Onlar qoruyucu baş geyimi-kaska olmadan işlədiliblər. Bütün bunları həm məhkəmədə, həm də idarə rəhbərliyi ilə danışıqlarda səsləndirdiyimiz üçün oğlumun, qızımın ailəsinə, və şəxsən mənə təzyiqlər ola biləcəyi ilə bağlı təhdidlər edilir”.

Goranboyda məmura qarşı AĞIR İTTİHAM - ".. .idarədə 3 dəfə pul yığılıb"


Səltənət Musayeva onu da vurğulayıb ki, oğlunun ölümü ilə bağlı idarədə oğlunun ailəsinə kömək məqsədilə 3 dəfə pul yığılsa da, bundan xəbərləri olmayıb:

“Oğlumun ailəsinə kömək məqsədilə idarədə 3 dəfə pul yığılıb. Amma bu pulun kim mənimsədiyini bilmirik. Oğlumun ailəsinə dəfn sığorta pulu da verilməyib. Vəzifəli havadarlarına arxalanan Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov oğlumun yas mərasimində ailəsinə mənəvi dəstək üçün hər hansı addım atmayıb”.

Şikayətçi sonda bildirib ki, ölüm faktı ilə bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) başlansa da, 5 ay keçməsinə baxmayaraq, müsbət nəticə yoxdur:

“Ağbirçək ana, Azərbaycan qadını kimi xahişim və tələbim budur ki, oğlumun faciəli şəkildə ölümünə səbəb olan, buna görə cavabdehlik daşıyan şəxslər məsuliyyətə cəlb olunsun, qanun qarşısında cavab vermələri üçün müvafiq dövlət qurumlarına göstəriş verilsin və bu iş xüsusi nəzarətdə saxlanılsın!”.

Goranboyda məmura qarşı AĞIR İTTİHAM - ".. .idarədə 3 dəfə pul yığılıb"
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi