Naxçıvanda ƏCAİB İŞLƏR ÇEVRİLİR... - Daha bir FAKT
Bolge
Oxunub: 615
8 iy 2022 | 21:18
Naxçıvanda ƏCAİB İŞLƏR ÇEVRİLİR... - Daha bir FAKT


Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Zahid Gözəlov dünən gözlənilmədən Naxçıvan şəhər 1 saylı polis bölməsinə gedib.

Onu Naxçıvan şəhər polis İdarəsinin sədr müavini, mayor Elvin Səfərli və MR DİN-in 7-ci şöbəsinin əməkdaşları müşayiət edib.

Bildirilir ki, polis yetkililərinin bu səfəri Naxçıvan şəhərinə bağlı olan və 1 saylı polis bölməsinin səlahiyyət dairəsinə girən Tunbul kəndində ötən ay baş vermiş oğurluq hadisəsini araşdırmaq məqsədi daşıyıb. Qeyd edək ki, ötən ay Tunbulda poçt yarılmış və poçtun dəmir kassası yerindən çıxarılaraq aparılmışdı. Maraqlıdır ki, həmin cinayətin baş verdiyi sıralarda 1 saylı polis bölməsinin əməkdaşları o ərazidə patrul xidmətində imişlər. Amma nədənsə poçtun yarılması onların gözündən yayınıb.

Naxçıvan Muxtar Respublikası hakimiyyətinin cinayətkar metodlarla cinayətləri örtmək prinsipinə kölgə salan bu oğurluq hadisəsinin indiyədək çözülə bilməməsi “xan” rejimini ciddi narahat edir. Aldığımız məlumata görə, Ali Məclis Tunbul oğurluğunun açılması üçün Naxçıvan şəhər 1 saylı polis bölməsinə möhlət verib. Möhlət isə dolmaq üzrədir. Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi polis polkovnik-leytenantı Şəmsi Mirzəliyevin başı isə əkin-biçinə qarışıb. Tumbul kəndi yaxınlığında böyük təsərrüfat işləri ilə məşğul olan rəisin başını qaşımağa vaxtı olmadığından təhkim olunduğu ərazinin kriminogen vəziyyəti ilə maraqlana bilmir. Ərazinin sahə müvəkkili polis mayoru Ramin Hüseynov da Şəmsi Mirzəyevin şəxsi təsərrüfatına "briqadirlik" etdiyindən o da "pul gətirməyən" işləri ikinci plana atıb. Əslində oğurluq hadisəsi də məhz bu diqqətsizlik ucbatından baş verib. Oğrular polis yetkililərinin başının işə qarışmasından faydalanıb rahatlıqla poçtu yara biliblər.

Məlumata görə, cinayətin üstünün vaxtında açılmaması Ali Məclis rəhbərliyini bərk qəzəbləndirib və onlar Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılovu yanına çağırıb o ki var danlayıblar. Bu ciddi danlaqdan sonra nazir ötən ayın 24-dən cinayət işinin araşdırılmasını birbaşa öz öhdəsinə götürüb və elə həmin gün Tumbula hadisə yerinə yollanıb, cinayət faktı ilə şəxsən maraqlanıb.

Etibarlı mənbələrin verdiyi məlumata görə, nazirin işlə ciddi maraqlanması da heç bir nəticə verməyib. İddia edilir ki, nazirə qısa zaman ərzində oğrunun tapılması barədə qəti göstəriş verilib. Yerli əhali narahatdır ki, nazir oğrunu tapa bilməsə, bir məzlumun boynuna qoyub özünü xilas etməyə çalışacaq.

Dünən Naxçıvan MR DİN-nin önəmli şəxslərinin şəhər 1 nömrəli polis bölməsinə səfəri onu deməyə əsas verir ki, nazirə 2 həftə möhlət tanınıbmış. Nazir isə nə əsl oğrunu tapa, nə də cinayətin məsuliyyətini bir bədbəxtin üzərinə qoya bilib. Görünür, o da öz “bacarıqsızlığı”nın çanağını Naxçıvan şəhər 1 saylı polis bölməsinin rəisi Şəmsi Mirzəyevin başında çatlatmaq niyyətindədir. //ovqat.com//
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi