Qazax Rayon Psixiatriya Xəstəxanasının DƏLİ KİMİ TENDERİ - BU DA FAKT!!!
Bolge
Oxunub: 644
7 iy 2022 | 23:34
Qazax Rayon Psixiatriya Xəstəxanasının DƏLİ KİMİ TENDERİ - BU DA FAKT!!!


Qazax Rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com bildirir ki, tenderin nəticəsinə əsasən "Palma-Z" MMC (VÖEN- 3601462631) Qazax Rayon Psixiatriya Xəstəxanası üçün dəftərxana və təsərrüfat malları satacaq və qarşılığında 34 min 531 manat 50 qəpik alacaq.
Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
Məlumat üçün bildirək ki, “Palma-Z” MMC daha əvvəl Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən 3 tender müsabiqəsinin də qalibi olub və bu qurumdan ümumilikdə 47 min 788 manat 50 qəpik alıb.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tender elanının MMC-nin dövlət qeydiyyatına alındığı gündən bir gün əvvəl – 04.04.2022-ci il tarixində elan edib.

Qazax Rayon Psixiatriya Xəstəxanasının DƏLİ KİMİ TENDERİ - BU DA FAKT!!!


Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından 1 gün sonra yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin fərqli sahələrdə (avtomobil təmiri, elektrik mallar, dəftərxana malları və işçi ləvazimatlarının satışı) xidmət göstərmək və mal satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, bənzər tender müsabiqəsi bir-neçə gün əvvəl Zərdab rayonunda da keçirilib. Hər iki şirkət rayonda (Ağstafa və Zərdab) təsis olunub, hər iki şirkət yarandıqdan qısa müddət sonra bənzər tenderlərin (avtomobil təmiri, ehtiyat hissələrinin, dəftərxana mallarının və s. satışı) qalibi olublar. Hər iki şirkət eyni nizamnamə kapitalı (10 manat) ilə eyni gündə (05.04.2022) yaranıb və son 2 ayda 4 tender udublar. Maraqlıdır ki, hər iki şirkətin rəhbəri qadın olub və soyadları da Məmmədova...

Qazax Rayon Psixiatriya Xəstəxanasının DƏLİ KİMİ TENDERİ - BU DA FAKT!!!
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi