Nə lombard bildiyindən qalır, nə də vətəndaş: Faiz isə ceyran belində - FOTO
Mütəxəssislər hesab edirlər ki, lombardlarla bağlı tədbirlərin görülməsi vacibdir, qanunun qəbulu mümkün dərəcədə tezləşdirilməlidir. Vətəndaşların lombard xidməti sahəsində müvafiq anlayışı, iqtisadi savadlılıq dərəcəsi olmalı, bu sahə bazar iqtisadiyyatına uyğun, keyfiyyətli şəkildə qurulmalıdır.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Vətəndaşlara borc pul verən xidmətlərdən biri də lombardlardır. Lombardların mexanizmi belədir ki, borc istəyən şəxs müəyyən dəyərli əşyasını girov kimi qoymalıdır. Bu girovun müqabilində də lombardlar insanlara müəyyən məbləği borc verir. Girov kimi zinət əşyaları, daşınmaz əmlak, nəqliyyat vasitəsi, texnoloji avadanlıqlar və s. qoyula bilər. Borc götürən əsas məbləğlə yanaşı, faizi də ödəməlidir. Lombardların digər borc verənlərdən fərqi ondadır ki, girov qarşılığında dəyərindən dəfələrlə az məbləğ borc kimi verilir. Həmçinin faizlər də dəfələrlə çox olur. Lombardların fəaliyyəti qeyri-qanuni olduğu üçün qoyduğunuz girovun geri qaytarılmaması və ödədiyiniz borcun batması ehtimalı var. Amma insanlar bunu bilə-bilə yenə də lombardlara müraciət edirlər.
Milli Məclisdə lombardlarla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Millət vəkillərinə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsinə görə onlara lisenziya veriləcək. Bəs lombardlara lisenziya verilməsi onların xidmətinə necə təsir göstərəcək?
İnsanları necə aldadırlar?
İqtisadçı Murad Calalov deyir ki, əslində, lombardlar borcu öz vəsaitlərindən vermirlər. Krediti verən banklar idi: “Azərbaycanda lombard deyəndə qızıl-zinət əşyalarını girov qoyub əvəzində pul vəsaiti əldə etmək nəzərdə tutulur. Əslində əvvəllər lombardlar yox idi. Lombardlar krediti götürən və verən arasında vasitəçi rolunu oynayırdılar. Banklar bilavasitə krediti verən idi. İnsanlar da bilmirdi ki, qızılları lombardda deyil, bankda saxlanılır. Məbləğ ödənildikdən sonra girovu qaytarmaqla bağlı lombardlarla insanlar arasında problem yaranırdı. Çünki kredit verən banklarla lombardlar arasında faizlər, qayda-qanunlar üst-üstə düşmürdü. İnsanlar bilmədən bankın girovuna çevrilirdilər. Banklar borca ehtiyacı olan müştərilərə kreditləri lombardlar vasitəsilə, mallarını iki dəfə ucuz qiymətə girov götürüb, iki dəfə baha faizlə təklif edirdilər”.
“Xidmət səviyyəsini artırmağı düşünmürlər”
İqtisadçı Eldəniz Əmirov bildirir ki, insanlar lombardların fırıldaqçılığını görsələr də, ona üz tutanların sayı günü-gündən artır: “Azərbaycanda lombardların və müraciət edən insanların sayı əvvəlki illərlə müqayisədə artıb. Səbəbi də daha az əməklə vəsait əldə etmək istəyidir. Müraciət edənlərin sayının artması xidmət səviyyəsini aşağı salır. Lakin insanlar hələ də verilən əmanətlərə sahib çıxa bilməyən, digər xidmətlərin aşağı səviyyədə olduğu lombardlara müraciət edir. Ona görə də, özlərinə başqa rəqib görməyən lombardlar xidmət səviyyələrini artırmaq haqqında düşünmürlər. Vətəndaşların məmnunluq səviyyəsinin nəzərə alınması üçün bu məsələ ilə bağlı ciddi qanunvericilik tələblərinin qoyulmasına və nəzarət mexanizminin yaradılmasına böyük ehtiyac var”.
Qeyri-leqal fəaliyyət göstərirlər, çünki...
İqtisadçı Pərviz Heydərovun fikrincə, bankların lombard fəaliyyəti ilə məşğul olmasının bir sıra səbəbləri var: “Lombardlar bank xidmətinin tərkib hissəsi olaraq mövcud olsa, daha yaxşıdır. Banklar tərəfindən lombard xidmətləri fəaliyyət göstərir, lakin bu sahədə qeyri-leqal xidmət təklifləri də mövcuddur. Bu da banklar tərəfindən göstərilən lombard xidmətlərinin tələblərə uyğun gəlməməsi, şərtlərin əlverişli olmaması ilə bağlıdır. Çatışmazlıqlar olmasa, qeyri-leqal lombardlar da mövcud olmaz. Qeyri-leqal lombardların olması, həm də vətəndaşların bu sahədə məlumatsızlığı ilə əlaqədardır”.
Bu sahədə görülməli işlər
P.Heydərovun sözlərinə görə, lombard krediti sahəsində müəyyən tədbirlərin görülməsi vacibdir: “Lombard mexanizmi sahəsində qanunvericilikdə müvafiq təkmilləşdirmə işlərinə, stimullaşdırıcı xarakter daşıyan tədbirlərə ehtiyac var. Ona görə də, qanunun qəbulu mümkün dərəcədə tezləşdirilməlidir. Vətəndaşların lombard xidməti sahəsində müvafiq anlayışı, iqtisadi savadlılıq dərəcəsi olmalı, bu sahə keyfiyyətli şəkildə bazar iqtisadiyyatına uyğun qurulmalıdır”.
Qanun qəbul olunarsa...
M.Calalov isə deyir ki, lombardların fəaliyyəti ilə bağlı qanun qəbul edilsə, bu sahənin inkişafı üçün şərait yaranar: “Hər lombard məntəqəsinin öz qayda-qanunu olmamalıdır. Qanun qəbul edilsə, bu sahədə nizamlanma yaranar. Lombardların fəaliyyəti qanunla tənzimlənərsə, sayları azalar, düzgün şəkildə işləyər, öz faiz dərəcələri olar. Az və ya çox faiz tətbiq etməklə, aralarında rəqabət də yaranar”.
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi