"İstəyirəm ki, öz ata yurdumda ev tikim" - GİLEY
Bolge
Oxunub: 478
18 in 2022 | 15:30
"İstəyirəm ki, öz ata yurdumda ev tikim" - GİLEY



“Burdan Prezidentə səslənirəm – ay İlham Əliyev, ilyarımda 31 Qarabağ qazisi özünü öldürüb, niyə reaksiya vermirsiniz? Niyə soruşmursunuz, bu qazilər özlərini niyə öldürür? Ay İlham Əliyev, mən burdan Sizə səslənirəm, mən istəmirəm ki, özünü öldürən növbəti qazi mən olum, oğlum olsun… Bizim itirəcək heç nəyimiz qalmayıb, biləsiniz…”.

Yevlaxın Xaldan kəndində yaşayan Xəyyam Çələbi Meydan TV vasitəsiylə ölkə başçısı İlham Əliyevə də müraciət edib. O, qazilərə diqqət ayrılmasını istəyib.

Xəyyam Çələbi Birinci Qarabağ Müharibəsində hər iki ayağını itirdiyinə görə birinci qrup müharibə əlilidir. Üstəlik, 5 ilə yaxındır ki, qan xərçəngindən əziyyət çəkir. Aldığı əlillik pensiyası və Prezident təqaüdü elə aylıq dərmanlarına xərclənir. Deyir, ata evində qardaşının ailəsi ilə yaşayır. İllərdir ki, fərdi ev tikmək üçün dövlətdən torpaq sahəsi istəsə də, ona rayonda fərdi ev tikintisi üçün yer olmadığını deyirlər.

Xəyyam Çələbi əkinçiliklə məşğul olmaq üçün də dövlətə müraciət edib. Ancaq hər dəfə rayonda yaşayış qeydiyyatı olmadığını səbəb gətirərək torpaq verməkdən imtina edirlər:

“Mən 40 ildir ki, Bakı qeydiyyatındayam. Uzun illər Bakıdakı zirzəmilərdə kirayələrdə qalandan sonra nəhayət, 4 il əvvəl dövlət müharibə əlili kimi Lökbatanda ikiotaqlı ev verdi. Ancaq Bakıda mənə iş yoxdur, təqaüdlərimsə dediyim kimi, Almaniyadan, Sant-Peterburqdan çətinliklə gətizdirdiyim aylıq dərmanlarıma gedir. Mən istəyirəm ki, öz ata yurdumda ev tikim, əkinlə məşğul olum. Əkinçün torpaq ayırmırlarsa, müraciət etmişəm ki, heç olmasa xırda ticarətlə məşğul olmağıma imkan versinlər. Yevlax-Zaqatala-Gürcüstan yolunun kənarında dayanacaqlar var. Yevlax Rayon İcra Hakimiyyətindən xahiş etdim ki, həmin dayanacaqlardan birinin yanında 6 kvadratmetrlik yer ayırsın, mən orda xırda bir köşk açım, həm başım qarışsın, həm də dolanışığımı təmin edim. İcra hakimiyyəti mənə cavab məktubu göndərdi ki, yolda təmir işləri gedir, təmir bitəndən sonra müraciət edərsiz. Halbuki, o yolda heç bir təmir işi getmir, sadəcə, imtina üçün başqa səbəbləri yoxdur. Həmin yeri başçı 5 min manata satışa çıxarıb, sadəcə, heç kəs almır, çünki hamı bilir ki, o yerdə iki ayağını itirmiş, qan xərçəngiylə döyüşən müharibə əlilinin gözü var, insanların vicdanı yol vermir rüşvət verib o yeri almağa…”

Xəyyam Çələbinin oğlu İkinci Qarabağ Müharibəsində hərbi həkim kimi iştirak edib, başından yaralanıb, vaxtaşırı hərbi hospitalda müalicələr alır:

“Hazırda yenə Papanindəki hospitalda müalicə alır. 25 yaşı var. Müharibə başlayanda Tibb Universitetini cəmi 4 ay idi bitirmişdi. Hərbi həkim kimi könüllü müharibəyə getdi, yaralıları döyüş meydanından çıxaranda özü başından yaralandı. Buna baxmayaraq, yenə də hərbi həkim kimi Ağcəbədidə xidmətini edir. Ata-bala sağlamlığımızı, gəncliyimizi bu vətən üçün qoymuşuq, indi hökumət bizi çörəklə sınağa çəkir. Bizə xırda bir köşk açmağa 6 kvadratmetrlik yer tapılmır, ancaq 5 min rüşvət versək, tapılacaq”.

Xəyyam Çələbi 5 ilə yaxındır ki, leykoza görə əməliyyat olunub. Əməliyyatdan əvvəlsə uzun müddət dövlətə müraciət edib:

“Məni əməliyyata götürəndə bədənimdə cəmi 2 qan hüceyrəsi qalmışdı. Demək olar ki, ölü idim. Mənim bütün vaxtım müraciətlərlə keçmişdi. Müayinələr, müalicələr, əməliyyat üçün müraciət edirdim, hökumətdən səs çıxmırdı. Nəhayət, qardaşımla bacım evlərini satmalı oldular, bir də sosial şəbəkələrdən maddi dəstək gəldi, bunların sayəsində əməliyyat olundum, həyatda qaldım. Dövlət mənim nə müayinəmə, nə müalicəmə, nə əməliyyatıma qara qəpik də ayırmadı. 5 ildir ki, aldığım təqaüdün 80 faizini – 830 manatını aylıq dərmanlarıma xərcləyirəm”.

Yevlax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Xəyyam Çələbinin müraciətlərinə rəsmi cavab verilib. Qurumdan başqa sualları cavablandırmayıblar.
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi