Beyləqanda İcra başçısının qazanc götürə bilməyəcəyi heç bir mütərəqqi layihə gerçəkləşə bilməz… – VİDEO
Bolge / Video
Oxunub: 404
17 in 2022 | 22:50
Beyləqanda İcra başçısının qazanc götürə bilməyəcəyi heç bir mütərəqqi layihə gerçəkləşə bilməz… – VİDEO


Bu küçənin yolları ona görə çəkilmir ki, ordan icra başçısının qazancı yoxdur…

Beyləqan rayonunda icra başçısı Asif Ağayevin korruptiv maraqlarının təmin olunmadığı, ona haram qazanc vəd etməyən heç bir mütərəqqi layihə həyata vəsiqə alıb gerçəkləşə bilməz. Buna ən əyani misal Beyləqanda keçmiş “Yağ – Pendir” Zavodunun ərazisində “SMD-42” kimi tanınan, əsasən məcburi köçkünlərin məskunlaşmış olduğu massivin problemlərini göstərmək olar. Sözügedən massivin yolsuzluq problemi ilə bağlı Realmedia.az saytında iki dəfə videoreportaj paylaşmışdıq. Birinci reportaj yayınlanandan sonra Beyləqan İcra Hakimiyyətinin ərazi nümayəndəliyindən gəlib yerində baxış keçirilmiş, magistral yoldan məhəlləyə qədər 300 metr məsafə təşkil etdiyi və yol çəkilişi üçün təxminən 24 min pul vəsaitinin lazı olduğu təsbit olunmuşdur.



Lakin RİH-nin ərazi nümayəndiliyi bu məsələnin həllinin yerli bələdiyyənin səlahiyyətinə aid olduğunu bildirmişlər ki, bu da qeyd etdiyimiz kimi əksəriyyətini məcburi köçkünlər təşkil edən sakinləri məyus etmişdir. Çünki onlar bilirlər ki, təkcə Dövlət Sosial Müdafiə Fonduna 12 min manat borcu olan bələdiyyənin bu işin öhdəsindən gəlmək üçün daxili imkanı yoxdur. Fərqli olaraq, Rayon İcra Hakimiyyəti problemi həll edə bilər. Axı hər il abadlıq-quruculuq işləri üçün Beyləqan RİH-nin hesabına dövlət yarım milyona yaxın maliyyə vəsaiti ayırır. Bu pulların Asif Ağayev tərəfindən tender maxinasiyaları ilə özünə yaxın firmaların hesabına keçirərək necə “təyinatı üzrə və səmərəli” xərclədiyi barədə indiyədək mətbuatda, eləcə də “Realmedia.az” saytında yetərincə tənqidi məqalələr dərc olunub, yuxarı instansiyalara, Respublika Prokurorluğuna müraciətlər edilib. Doğrudur, icra başçısı məsələnin məsuliyyətini özünün Beyləqan şəhəri üzrə nümayəndəsinin üstünə ata bilər. Di gəl, rayonda uşaqdan-böyüyə hamı bilir ki, başçının qol qoymadığı halda onun şərtləri ödənilmədən heç bir vəzifəli şəxs hər hansı korruptiv əməli gerçəkləşdirə bilməz.



Yeri gəlmişkən, Rayon İcra Hakimiyyətinin sözügedən məsələni həll etməsi üçün başqa bir xərc maddəsi də vardır. Belə ki, hər il büdcədən 100 min manata yaxın vəsait aztəminatlı vətəndaşların ehtiyaclarının qarşılanması üçün ayrılır ki, başçı onu da müxtəlif adlarla “xırıd” eləyir. Bu məsələyə də əlahiddə mövzu kimi əvvəlki yazılarımızda toxunmuşuq. Lakin Asif Ağayevə bu da sərf eləmir. “Problem” budur ki, sözügedən de-fakto massiv de-yure rəsmi ad daşımadığı üçün icra başçısı həmin əraziyə yol çəkilməsi üçün rəsmi tender elan edə bilmir və təbii ki, satınalmalar üzrə işbaz tərəf müqabillərini əməliyyata cəlb edib vəsaiti “pay-püşk” edə bilməyəcək. Başqa sözlə, özünün qazancı olmayacağını bildiyindən, problemin həlli ona cazibədar görünmür. Odur ki, İcra Hakimiyyəti sosial şəbəkə üzərindən də paylaşdığımız həmin məsələyə şərh bölümündə yayındırıcı cavab yazıb. Əlbəttə, buna cavab demək olarsa!.. Beləliklə, RİH bildirib ki, guya sözügedən ərazi – zavodun 2, 2 hektar torpaq sahəsi islahat vaxtı Cəbrayıl rayonundan məcburi köçkün Əliyev Elbrus Əli oğlu tərəfindən qanunvericiliyə uyğun olaraq özəlləşdirilib. Həmin ərazidə və beton kanalın qorunma sahəsində məskunlaşmış köçkünm ailələrinin yaşayış evlərinin hüquqi sənədləri olmadığı üçün qazla təmin etmək mümkün olmayıb. Cavab şərhində həmin evlərin su və kanalizasiya ilə təmin olunması sanki onların boynuna minnət kimi qoyulur. Dolayısı ilə bildirilir ki, eynən qaz təminatının düyünə düşdüyü kimi, yolsuzluq problemi də bürokratik əngəl səbəbindən həll olunmayacaq.
Ancaq məsələ burasındadır ki, Elbrus Əliyev həmin torpağı islahatın getdiyi ötən əsrin 90-cı illərində deyil, 2018-ci ildə ƏMDK-nin (indi ki, adı ƏMDX) məmurları ilə sövdələşərək özününküləşdirib”.



Mövzuya qayıdacağıq.
RealMedia.az
Ramin Məhəmmədoğlu
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir