Cəlilabad təhsilində acınacaqlı mənzərə... - İLGİNC İDDİALAR...
Bolge
Oxunub: 487
15 in 2022 | 20:44
Cəlilabad təhsilində acınacaqlı mənzərə... - İLGİNC İDDİALAR...


Düşünürdük ki, Regional Təhsil İdarələri yarandıqdan sonra, region təhsili sahəsində hansısa məktəb rəhbərinin haqsızlıq etməyə cəsarəti çatmayacaq. Lakin təəssüflər olsun ki, bəzi məktəb rəhbərləri nəinki haqsızlıq, hətta tərbiyəsizlik belə etməkdən çəkinmədilər.

Lənkəran-Astara Regional Təhsil İdarəsi rəhbərinin xoş niyyətli xəbərdarlığına baxmayaraq, onun humanistliyindən istifadə edib, bəzi məktəb rəhbərləri öz neqativ hərəkətlərini davam etdirməkdədirlər. Çox təəssüf ki, Regional Təhsil İdarəsi tərəfindən göndərilən yoxlamalar isə, ənənəvi qaydada direktora yaxın olan bir-neçə şəxsdən aldığı formal xarakterli izahatlarla, baş verən qanunsuzluqları ört-basdır edərək, LARTİ rəhbəri Elxan Nəcəfovu aldadırlar.

Bunun nəticəsidir ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə isə, qalmaqal bitmək bilmir. Əvvəlcə diaqnostik qiymətləndirmədən 14 bal toplayan Seymur Bəxtiyar oğlu Cəfərova tərbiyə işləri üzrə direktor müavini təyin olunmasının və direktor səlahiyyətlərinin ona verilməsinin narazılıqları, sonradan isə, hər gün baş verən qeyri-qanuni pul yığmaları və digər neqativ hallar səngimək bilmir. Bu qanunsuzluqları törədənlərə:

“Gözün üstündə qaşın var!”, -- deyən olmadığı üçün də, məktəb rəhbərinin səlahiyyətlərini icra edən Seymur Cəfərov öz qanunsuz əməllərini davam etdirməkdədir. Ümumiyyətlə, bu məktəbdə, direktorun uşaq döyməsindən tutmuş, müxtəlif adlar altənda pul yığılmasına qədər hər cür neqativ hallar baş verir.
Son baş verənlər isə, nə təhsil adına, nə də müəllim adına yaraşan bir davranış oldu. Belə ki, məktəbdaxili qiymətləndirmə olan BSQ-nin müəllim tərəfindən deyil, məktəb rəhbərliyi tərəfindən keçirilməli olduğunu deyən Əlizamin Əliyev, direktor əvəzi Seymur Cəfərovun və onun Göytəpə şəhər 3 nömrəli məktəbdə tarix müəllimi işləyən qardaşı Mübariz Cəfərovun təzyiqlərinə məruz qalıb. Müəllim qardaşlar, hətta öz sosial hesablarından müəllim adına yaraşmayan əxlaqsız sözlərlə təhdid, təhqir və böhtanlar yağdırmağa başlayıblar. Hər iki şəxs “müəllim” olduqları üçün, kontaktlarındakı xeyli sayda təhsil işçisi və şagird onların bu əxlaqsız yazılarını görüblər. Onların əxlaqsız paylaşımlarına görə, LARTİ rəhbəri Elxan Nəcəfova rəsmi müraciət də edilib. İctimaiyyət tərəfindən mənfi qarşılanan bu hərəkətə qiymət, inanırıq ki, həm cənab Elxan Nəcəfov, həm də aidiyyatı qurumlar tərəfindən veriləcək, onlar öz layiq olduqları cəzanı alacaqlar.
araz.az
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi