RİH- lərin qazi və şəhid ailələri ilə işin təşkili şöbələri icra özbaşınalığını qoruyur?
Nizami RİH baxımsız sahəni Vətən savaşı şəhidlərinin adına park etməkdən imtina edir
Zəfərlə başa çatan 44 günlük Qarabağ savaşının ikinci ildönümünə bir neçə ay qalır . Qazi və şəhid ailələrinin problemləri ilə məşğul olmaq üçün icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması və bu şöbələrə rəhbərliyi qazilərin etməsi problemlərin çözülməsinə inamı artırır(dı). Di gəl, necə deyərlər, sən saydığını say, gör icra hakimiyyəti başçıları qazi və şəhid ailələrinə sayğısızlıqlarını necə sürdürürlər? !
Bakı şəhəri, Nizami rayonu, Babək prospekti -73 saylı binadakı birotaqlı darısqal otaqdan Vətən savaşına könüllü yollanan, bu yolçuluqda ŞƏHİD ZİRVƏSİNƏ YÜKSƏLƏN Oqtay Baxşəli oğlu Ağabəyovun xatirəsini Vətən də vətəndaş da uca tutur. Sakinlər məhəllədəki Bəhruz Nuriyev -8 saylı binanın arxasındakı baxımsız sahənin abadlaşdırılaraq şəhidin adına parka çevrilməsi üçün dövlətin və hökumətin, güc strukturlarının başçılarına müraciət ediblər. İDEA -Ətraf mühitin mühafizəsi İctimai Birliyinin sədri, Heydər Əliyev fondunun vitse-prezidenti, xanım Leyla Əliyevanın diqqətini də problemə cəlb edən şəhidin qohum – qonşuları bir ildən çoxdur gözləməkdədirlər. Bu günlərdə Nizami RİH -in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramovun kimə cavablandırdığı bilinməyən “cavab məktubu” Nizami RİH -in şəhidlərə sayğısızlığını ortaya qoyur . Şöbə müdiri Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu ilə Nizami RİH-ə daxil olan ərizəyə “baxaraq” bir cümlə ilə nəzərə çatdırıb ki , şəhid adının əbədiləşdirilməsi “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunun tələblərinə uyğun şəkildə həyata keçirilir.
Cavabın edilən müraciətə adekvat olmadığı bir yana, bəyəm rayon icra hakimiyyətinin qazi və şəhid ailələri ilə işin təşkili şöbəsinin işi savaş adamlarını yox , icra hakimiyyətini qorumaqdır? Rayon sakinləri bir ildən çoxdur baxımsız sahənin abadlaşdırılmasına, şəhidin adına məhəllədaxili parka çevrilməsinə ərizə verirlər, aldıqları cavaba baxın! Belə baxımsızlıqla, əlbəttə, rayon ərazisi bazar – qumar , alver obyektinə çevrilər. Şəhidin adına isə süni bir xatirə bulağı da tikməyə yer tapılmaz.
Onu da vurğulayaq ki, icra hakimiyyəti özü sakinlərə bildirmişdi ki, rayon ərazisində yer, küçə yoxdur, “tapılsa” , şəhidlərin adına verilə bilər. “Tapanda” isə bir ildən çoxdur susub, belə “cavab məktubu” ilə özbaşınalıq edilir. Deyəsən, yeni başçı sələfinin yerinə keçməsinin “park özbaşınalığı” ilə bağlı olduğunu unudub. Şəhidlərin unudulması isə təkcə başçı kürsüsündən məhrum etməklə sonuclanmır. ..
Məğrur Bədəlsoy
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Dünən, 10:06
İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir