Mingəçevir Şəhər Bələdiyyəsində nələr başverir ? - VİDEO

"DogruXeber.az" informasiya portalında Mingəçevir şəhər Bələdiyyə sədri Ramiz Əliyevin necə fəaliyyət göstərdiyi, işçiləri və şəhər sakinləri ilə davranışları, həmçinin ondan şikayətçi olan keçmiş bələdiyyə işçisini təhdid etməsi və sair barəsində məlumat yayımlamışdıq və söz vermişdik ki, Mingəçevir şəhər Bələdiyyəsinin ötən ilin hesabatında qeyd edilən - "Sakinlərin müraciətləri nəzərə alınaraq, şəhərin Kanar vǝ Bozdağ küçələrinin ara yollarına 1000m çınqıl döşənib. Bunun üçün "Kamil" MMC qum çınqıl müəssisəsinin mədən vergisi borcundan 4000 manat silinib." - cümləsinin nə dərəcədə doğru olub-olmadığını və həmin küçələrin görüntülərini diqqətinizə çatdıracağıq.


Aşağıdakı videogörüntülərə diqqət !
Bu gördüyünüz hələ sakinlərin tərəvəzçilik sovxozunun kənar küçəsi adlandırdıqları küçənin və Bozdağ küçəsinin quru halıdır. Siz bir də buranın bir balaca yağış yağdıqdan sonrasını təsəvvür edin.
Biz burada çınqıl daşı yoxdur demirik, amma "döşənib" də demək olmaz. Diqqətlə baxanda görünür ki, bir balaca xırda daş səpilib. Amma, Bozdağ küçəsinin sakinlərinin redaksiyamıza verdiyi məlumata görə onlar özləri pul toplayaraq, öz pulları ilə çınqıl daşı tökdürdüklərini, hətta bələdiyyə öz adına çıxdığına görə yazılı olaraq məhkəməyə də müraciət etdiklərini bildiriblər.
Hər halda sakinlər özləri belə deyir.
Nəzərinizə çatdıraq ki, bu da hələ son deyil. Mingəçevir şəhər Bələdiyyəsinin digər mərifətlərini silsilə şəklində yayımlamaqda davam edəcəyik...
Onu da qeyd edək ki, istər sıravi vətəndaşlarla, istərsə də mətbuat nümayəndələri ilə normal danışmağı bacarmayan, (hansısa savadlı şəxsdən öyrəndiyi bir ifadə ilə) bizi onun mövqeyi öyrənməməkdə "qınayan" bələdiyyə bu dəfə də telefonun dəstəyini qaldırmadı.
Görəsən o telefonlar idarəyə nə üçün qoyulub, əgər, cavab verilməyəcəksə?
Yeri gəlmişkən, mötərizə içərisində qeyd etdiyimiz cümlənin də açıqlaması, redaksiyamızın elektron ünvanına şəxsən Ramiz Əliyev adından göndərilən məktubdakı cümlələrdən aydınca görünür. O cür danışıq "qabiliyyətli" nə savadlı şəxs ola bilməz, nə də rəhbər vəzifəyə layiq deyil. Amma, Allah rəhmət eləsin şair Qabilə.
Doğru deyib ki, -"Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz."
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi