"Bakıdan pulsuz gələn hissələri Kərəm Mustafayevin qardaşı satır" - İDDİA
Bolge
Oxunub: 314
12 may 2022 | 18:20
"Bakıdan pulsuz gələn hissələri Kərəm Mustafayevin qardaşı satır" - İDDİA


“Naxçıvan hərbi hissələrində texnikalar hərbçilərin maddi imkanları hesabına təmir olunur”.
Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup hərbçi məlumat verib.
Onların sözlərinə görə, hərbi texnikalar üçün Bakıdan pulsuz göndərilən bir çox ehtiyat hissələri bazarlarda satışa çıxarılır. Texnikalar xarab olduqda isə, hərbçiləri məcbur edirlər ki, bu hissələri satın alıb, onları təmir etsinlər.
İddiaya görə, bu işə müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin nəzarət edir.
Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən MAXE-lərdən biri deyir ki, hər bir hərbi texnikaya cavabdeh olan sürücü, onun təmir xərclərini də cibindən qarşılamalı olur:
"Mən özüm də sürücüyəm. Bu yaxınlarda cavabdeh olduğum texnika xarab oldu. 3 min manata yaxın xərci var idi. Dedilər ki, bizə dəxli yoxdur. Ya özün düzəltdirəcəksən, ya da həbsə göndərəcəyik. Məcbur qalıb, maaş kartımı girov qoyub, ehtiyat hissələri aldım. Yaxşı ki, özüm həm də ustayam. Yoxsa əlavə min manata yaxın da usta pulu verməli olacaqdım. İndi hər ay maaşımın yarısını aldığım ehtiyat hissəyə çıxırlar. Kartım onlarda girov kimi qalıb. Hər ay maaşımı çəkib, yarısını mənə verirlər, yarısını özləri götürür. Düz bir il bu cür ödəməliyəm. Borcun içində batıram. Tək mən deyiləm, başqaları da var. Bakıdan pulsuz gələn hissələrin bazara paylanmasına və satışına generalın qardaşı Nemət Mustafayev rəhbərlik edir. Naxçıvan şəhəri, 3-cü mikrorayondakı maşın bazarında hərbiyə aid maşın yağı, antifriz, təkərdən tutmuş, motor hissələrinə kimi nə istəsən tapmaq olar. Bütün bunları da rəhbərlik görür".
Digər hərbçi isə deyir ki, ehtiyat hissələrin pulunu ödəyə bilməyənlərin arasında intihar edənlər də olur:
"Ötən il bir nəfərə də10 min yüklədilər. Dedilər verməsən, fərari kimi həbs olunacaqsan. O da getdi, intihar elədi. 28 yaşında cavan adam idi. Uşaqları da yetim qaldı. Bunların insafı qalmayıb. Bu cür incidilən hərbçilərin çoxu Qarabağda can qoyanlardır".
Səsləndirilən iddialarla bağlı Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hər hansı məlumat olarsa açıqlama veriləcək.
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq