"Direktor bizdən pul alıb, öz cəriməsini ödəyib" - İşdən çıxarılan tibb işçisi
Bolge
Oxunub: 359
11 may 2022 | 18:50
"Direktor bizdən pul alıb, öz cəriməsini ödəyib" - İşdən çıxarılan tibb işçisi


Füzuli Rayon Mərkəzi Xəstəxanasının keçmiş fledşeri Oqtay Əliyev xəstəxananın direktoru Elçin Qurbanov tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a müraciət edən O.Əliyev E.Qurbanovun onu işdən heç bir əsas olmadan çıxardığını deyib:

"Qızım Afət Əliyeva Füzuli Rayon Mərkəzi Xəstəxanasında İnsan Resursları şöbəsinin müdiri olaraq çalışır. Həmin xəstəxanada əvvəllər həkim işləyib sonra işdən ayrılan Aygün adlı həkim qalıq pulları ilə bağlı şikayəti əsasında xəstəxanaya yoxlama gəlmişdi. Həmin hadisədən sonra E. Qurbanov qızım Afəti yanına çağıraraq ona 850 manat cərimə yazıldığını deyib. Mən də qeyd olunan məbləği Elçinə verdim ki, cəriməni ödəyib çeki və cərimə protokolunu mənə gətirsin. Bir müddət keçdikdən sonra çek və cərimə protoklunu mənə vermədi. Həmin şikayətdən 15 gün keçdikdən sonra qızıma töhmət verildi. Mən bundan sonra E.Qurbanovla əlaqə saxlayaraq qeyd olunan sənədləri istədim, lakin o, yenə də müxtəlif bəhanələrlə sənədləri verməkdən yayındı. Mən də bu məsələdən sonra Rayon Prokrorluğuna müraciət etdim. Şikayətim əsasında təhqiqat aparıldı. Əmək Müfəttişliyinə sorğu da göndərildi və qızıma heç bir cərimə tətbiq olunmadığı məlum oldu. Bundan sonra öyrəndik ki, cərimə Elçin Qurbanova təyin olunub. O, bizi aldadıb pul alaraq öz cəriməsini ödəyib. Həmin 850 manatlıq çek Elçin Qurbanovun adınadır. Mən özüm də 48 il həmin xəstəxanada çalışmışam. 70 yaşa qədər çalışmaq hüququm var idi. Hazırda 67 yaşım var və Elçin Qurbanov mənim bu şikayətimə görə işimə xitam verib. İşdən çıxarılma səbəbi olaraq yaşım göstərilib, mən bundan narazı deyiləm. Qızım İnsan Resurları şöbəsinin müdiridir. İşdən çıxarma və işə qəbul məsələləri ilə bağlı əmrlər kadrlar şöbəsində verilməli və qarşı tərəfə də bu haqda sənədin kopyası verilməlidir. İnzibati məsələlər üzrə müavin Tahir İsmayılovla direktor birgə əmr veriblər. Nəticədə, həmin əmrə nömrə qoyublar və mənim adımı qeyri-qanuni olaraq portaldan siliblər. Hələ yalandan məlumat da yayır ki, guya onu şantaj edirəm".

Məsələ ilə bağlı qarşın tərəfin mövqeyini öyrənmək üçün Füzuli Rayon Xəstəxanasının direktoru Elçin Qurbanovla əlaqə saxladıq. O, "Unikal"a açıqlamasında sözügedən şəxsə qarşı heç bir dələduzluq törətmədiyini deyib:

"Onu işdən mən çıxarmışam, çünki 65 yaşdan sonra işdən çıxmalı idi, amma çıxmamışdı. Oqtay Əliyevin iş müddətini 9 ay bir, 3 ay və 3 ay da bir uzatmışam. Onun 70 yaşa kimi işləmək hüququ yoxdur. 850 manat da pul almamışam".
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"