Şikayətçi: Naxçıvanda doğuş üçün rüşvət verməyən ölümə tərk edilir
Bolge
Oxunub: 388
4 may 2022 | 21:44
Şikayətçi: Naxçıvanda doğuş üçün rüşvət verməyən ölümə tərk edilir


Naxçıvan Doğum Mərkəzində doğuş zamanı ölən ana və uşaqların sayının günbəgün artdığı bildirilir. Buna səbəb, doğuşdan öncə rüşvət verməyən ailələrə xəstəxanada biganə yanaşılmasıdır. Mərkəzdə qeysəriyyə əməliyyatı üçün 1500, təbii doğuş üçün isə 500 manat rüşvət tələb olunduğu bildirilir. Rüşvətxorluğun qurbanı olub, ölümə tərk edilənlər isə, bu məbləği verə bilməyən aztəminatlı ailələrdir. Teref.az yazır ki, bununla bağlı "Gündəlik Naxçıvan"a xeyli sayda şikayətlər daxil olub.
Şikayətçilər deyir ki, bu qanunsuzluq və qeyri insani münasibətin başında mərkəzin baş həkimi Kəmalə Qurbanova durur. Onun, yerli hakim ailə Talıbovlara yaxın olduğu bildirilir.
Şahbuz rayon sakini Faiq Məmmədov deyir ki, doğuş üçün mərkəzə müraciət edənlərə ilk olaraq, keysəriyyə əməliyyatının vacib olduğunu deyirlər:
"Hamıya birmənalı olaraq, eyni sözü deyirlər. Qorxudurlar ki, əməliyyat olmasa, ana və uşaq ölə bilər. Hamı da bilir ki, yalan deyirlər, məqsədləri pul almaqdı. Lakin, məcbu qalıb verirlər. Bilirlər ki, rüşvət verməsələr, ananı da, uşağı da ölümə buraxacaqlar. Bu yaxınlarda mən də gəlinimi aparmışdım. Mənə də eyni sözləri dedilər. Baxdılar ki, əməliyyat üçün pulum yoxdu, onsuz da verə bilməyəcəm, dedilər yaxşı, 500 manat versən, elə edərik, normal doğuşla ölməzlər. Yoxsa, qarantiya vermirik. Məcbur qaldım, borc alıb, verdim dedikləri pulu. Uşağı çıxarmağa gedəndə gəlin dedi ki, bir ailə pul vermədiyi üçün, elə etdilər, doğuş zamanı uşaq öldü".
Digər şikayətçi Yaşar Qurbanov deyir ki, rüşvət verə bilmədiyi üçün, onun qohumunun da başına eyni faciə gəlib:
“Bacım oğlu həyat yoldaşını doğuş üçün oraya aparmışdı. Dedilər əməliyyat olmalıdır. Pul istədilər verə bilmədik. Uşağın ölüsünü bizə verdilər. Xoşbəxtlikdən anaya bir şey olmadı”.
Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən doğum mərkəzi işçilərindən biri deyir ki, imkansız xəstələrə rəhm edən həkimlər cəzalandırılır:
“Bu qaydalar Kəmalə Qurbanova baş həkim təyin ediləndən sonra qoyulub. O vaxta kimi, doöuşların 5-10 faizi keysəriyyə əməliyyatı tələb edirdi. Yerdə qalan təbii doğuşla. İmkanı olmayanı da ötüşdürürdülər. Kəmalə xanım baş həkim təyin olunandan sonra, bu rəqəm 80-90 faizə qalxdı. Hamını qorxu altında əməliyyata məcbur edir ki, çox pul alsın. Pul verməyəni qəsdən elə edir ki, ya uşaq ölsün, ya ana. Bununla digərlərinin gözünü qorxudur. Buna görə də, Naxçıvanda ona "qəssab Kəmalə" ləqəbi qoyulub. Bunu hamı bildiyindən borc-xərc tapıb gətirib verirlər. İşçilərdən, həkimlərdən kimsə onun qoyduğu qaydalardan kənara çıxa bilməz və heç bir kasıba güzəşt edə bilməz. Rüşvət işinə birbaşa özü baxır".
Bir neçə ay öncə Babək rayon sakini Zeynal Bağırzadə 450 manat rüşvət vermədiyi üçün, yeni doğulan nəvəsi və gəlini doğum mərkəzində bir neçə gün girov saxlanılmışdı. "Gündəlik Naxçıvan" məsələni işıqlandırdıqdan sonra, onlara evə getməyə icazə verilmişdi.
Naxçıvan Doğum Mərkəzindən ittihamlarla bağlı "Gündəlik Naxçıvan"ın suallarını cavablamaqdan imtina etdilər.
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin