Gəncədə qoca müəmma - yeni Ağsaqallar şurası yoxsa "qudalar komandası"
Bolge
Oxunub: 325
2 may 2022 | 20:44
Gəncədə qoca müəmma - yeni Ağsaqallar şurası yoxsa "qudalar komandası"


Bildiyiniz kimi, aprelin 20-də Gəncə Şəhər İcra Hakimiyyətində Şəhər Ağsaqqallar Şurasının konfransı baş tutub. Və bu barədə xəbərdə deyilirdi ki, İHB-də baş tutmuş toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Bayram Yusifov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.
Konfrans çərçivəsində Gəncə şəhər Ağsaqqallar Şurasının keçmiş sədri, mərhum Xalid Qurbanovu ADAU-nun professoru Nurəddin Məmmədov əvəz edib. Bundan başqa, şuranın idarə heyətinə bir neçə şəxsin üzvlüyü təsdiq edilib.

Teref.az xəbər verir ki, Demokratik.Az-a daxil olan məlumata görə, Gəncə ağsaqqallarından bir çoxunun bu şuranın fəaliyyəti barədə uzaqdan-yaxından ilgisi və məlumatı yoxdur. Onlar şəhər ağsaqqalların problemləri istiqamətində təşəbbüs və iştirakçılıqdan uzaqda saxlanılır. Eləcə də, bir neçə adının açıqlanmasını istəməyən yaşlı şəhər sakinləri yeni şuranın qaydalardan kənar formalaşdığını qəbul etmir, yeni tərkibdə bir-birlərilə qudalıq-qohumluq əlaqələri olan şəxslərin şuranın idarə heyətində cəmləşdiyinə etiraz edirlər. Eləcə də yeni şurada əksər təmsilçilərin ADAU-nun müəllimləri olması, müxtəlif elmi vəzifə daşımaları maraq doğurur.

Demokratik.Az-a istinadla Gəncə Ağsaqallar Şurasının (bundan sonra - AŞ) yeni tərkibini diqqətinizə çatdırırıq:

Şuranın sədri - Nürəddin Məmmədov (ADAU-nun professoru)

Birdən-birə ortaya çıxan, sədrin istəyilə təyinatlı idarə heyəti üzvləri;

Qəmbər Abdullayev (ADAU-nun professoru) - Sədrin qudası;
Valeh Rüstəmov (sabiq məktəb direktoru) - Sədrin qudasının qudası;
Nüsrət Hüseynov (ADAU-nun sabiq şöbə müdiri) - Sədrin yaxın dostu;
Mobil İmanov (iş adamı) - Sədrin yaxın dostu;
Kamil Fətəliyev (Aqromexanika elmi-təhqiqat institutunun direktoru) - Sədrin yaxın dostu;
Əhəd Nəbiyev (ATU-nun müəllimi, professor) - Sədrin yaxın dostu;
Xəzangül Hüseynova (AYB-nin Gəncə Bölməsinin sədri);
Şuranın idarə heyətində loyal şəxs kimi görünən bircə AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev görünür ki, onun da kifayət qədər ictimai vəzifəsinin olması hər kəsə əyandır.

Onu da bildirək ki, yeni sədr mərhum Xalid Qurbanovun müavini olub. Lakin, nə özünü, nə də yeni formalaşdırdığı şura İH üzvlərini şəhər ağsaqqalları seçməyib. Ümumiyyətlə, Gəncə Ağsaqqallar Şurasına seçkilərin necə keçirilməsi, niyə məhz bütün Gəncəni əhatə etməməsi və adıkeçənlərin İH üzvləri ola bilməsi ictimaiyyətdə maraq doğurur.
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib