Nehrəmlilər İcra Hakimiyyətini məhkəməyə verirlər - Suyu ancaq yüksək vəzifəlilərə verirlər...
Bolge
Oxunub: 253
18 apr 2022 | 23:39
Nehrəmlilər İcra Hakimiyyətini məhkəməyə verirlər - Suyu ancaq yüksək vəzifəlilərə verirlər...


AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Yaşar Bağırsoy Babək rayon İcra Hakimiyyətini məhkəməyə verib. Yaşar Bağırsoy ona dəymiş ziyana görə təzminat istəyir. Teref.az yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a onun özü bildirib. O, şikayətini Babək rayon Xalq Məhkəməsinə təqdim edib.
Babək rayon Nehrəm qəsəbə sakini olan Yaşar Bağırsoy əkin sahəsində ona ziyan vurulduğunu bildirir və bu işdə icra hakimiyyətini günahkar sayır:
" Nehrəm kəndində camaat 100 hektarlarla sahədə əkin əkib. Məhz icra hakimiyyətinin göstərişi ilə bu kəndə payızdan bəri su verilmir. Bu səbəbdən əkin quruyub, məhv olub, camaat külli miqdarda ziyana düşüb. On hektar arpa da mən əkmişəm. Torpaq suyu vermək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də, xeyri olmadı. Çəkdiyim əziyyət, qoyduğum xərc heçə getdi. Ziyana düşdüm. Suyu yalnız yüksək vəzifəli məmurların sahələrinə verirlər".
O bildirir ki, dəymiş ziyanın sənədləşdirilməsi üçün də aidiyyatı qurumlara müraciət edib:
"10 hektar sahəni əkmək üçün 4.300 manat xərc çəkmişəm. Normalda hər hektardan 2,5 - 3 ton taxıl götürürdük. Əkin üçün çəkdiyimiz xərc çıxdıqdan sonra, qazancın gerisi ailəmizin illik dolanışığı üçün qalır. Bunu da əlimizdən aldılar. Qəsəbə bələdiyyəsinə, icra nümayəndəsinə yazılı və şifahi şəkildə müraciət etmişəm ki,dəymiş ziyan yerində araşdırılsın və akt tərtib edilsin. Onlar isə bundan imtina etdilər".
Digər qəsəbə sakinlərinin də məhkəməyə müraciət üçün hazırlaşdığı bildirilir.
Yaşar Bağırsoy deyir ki, haqqını əldə etmək üçün sona qədər mübarizə aparacaq, əgər bu, Azərbaycanda alınmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu