Özünü yandırsan da... XEYRİ YOXDUR! - Ağcabədidə tam XAOSDUR!
Bolge
Oxunub: 318
15 apr 2022 | 19:19
Özünü yandırsan da... XEYRİ YOXDUR! - Ağcabədidə tam XAOSDUR!


Bir neçə gün əvvəl Ağcabədi icra hakimiyyətinin binasının qarşısında rayon sakininin özünə qəsd edərək, özünü yandırması ilə bağlı xəbəri araşdırarkən icra hakimiyyətinin rəsmi saytına daxil olmalı olduq.
Və gördüklərimizdən xeyli təəcübləndik.
Deməli, saytdakı məlumatlardan bəlli olur ki, rayonun icra başçısı Rafil Hüseynovdur. Və...
İcra hakimiyyəti başçısının birinci müavini –VAKANT,
İcra hakimiyyəti başçısının müavini - Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri-VAKANT,
Rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-VAKANT…
Deməli, cənab icra başçısı Rafil Hüseynovun 3 müavinindən biri də təyin olunmayıb.
Biz başa düşürük ki, istənilən qurumda VAKANT yer ola bilər, amma 3 müavin yerinin BOŞ qalması, vallah anormallıqdır.
Deyilənə görə, müavinləri Rafil Hüseynovla yola getmədiklərindən işdən uzaqlaşmağa üstünlük veriblər.
Bəli, Rafil Hüseynovun nəfskar iş metodu onun müavinlərini iyrəndirdiyi üçün hamısı kollektiv uzaqlaşıb.
Deyilənə görə, yaxın zamanda icra hakimiyyətinin şöbə müdirləri də Rafil Hüseynovu tərk edəcəklər.
Nə isə keçək əsas mövzuya.
Deməli, dünən yayılan dəhşətli xəbərdən bəlli olurdu ki, Ağcabədi Rayon İcra Hakimiyyətində intihara cəhd olub.
Belə ki, Ağcabədi rayonu yuxarı Qiyamadınlı kənd sakini 1979-cu il təvəllüdlü Hakim Daşdəmirov həyat yoldaşı ilə rayon icra hakimiyyətinə gələrək icra başçısından iş istəyib. Onun istəyinə laqeyd yanaşıldığı üçün əvvəlcədən özü ilə gətirdiyi benzini üzərinə tökərək yandırıb. Bu hadisəni həyat yoldaşı lentə alıb. Dərhal polislər yanan vətəndaşa mudaxilə edərək benzini onun əlindən alıblar. Rayon icra başçısı Rafil Hüseynov hadisə yerinə gələrək Hakim Daşdəmirova düzgün addım atmadığını bildirib. Nəticədə, Hakim Daşdəmirov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Görəsən, icra başçısı Rafil Hüseynovun vətəndaşı qəbul edib ona ən azı real vəziyyəti anlatması nə böyük problem idi..?
Biz demirik ki, Rafil Hüseynov elə bu dəqiqə vətəndaşa yüksək maaşlı iş versin.
Ən böyük problem vətəndaşa qarşı olan hörmətsizlik, diqqətsizlik və laqeydlikdir.
Rafil Hüseynov isə özünü yandıran şəxsə yaxınlaşaraq ona dərs keçir, “moral” oxuyur.
İndi görün, Ağcabədinin deputatı cənab Tahir Rzayev nə deyir:
Bu adam özünü qəsdən yandırıb, əlləri və aşağı ətrafı da yanıb…
Cənab deputat Tahir Rzayevdən soruşmaq lazımdır ki, sən nəinki aşağı ətrafına, hətta barmağının ucuna azca tikan batıra bilərsənmi…?
Necə yəni qəsdən, bilərəkdən özünü yandırıb..?
Gör vətəndaşı hansı həddə çatdırmısınız ki, vətəndaş benzini başına töküb özünə od vurur, özünə qəsd edir, ay cənab millət vəkili Tahir Rzayev…
Sən deputat olaraq öz seçicilərinin hüququnu qorumaq əvəzinə, icra başçısı Rafil Hüseynovun marağını qoruyursan…
Onu da qeyd edək ki, hadisə ilə bağlı Baş prokrorluğun mətbuat xidmətindən bildirilib ki, “Ağcabədi rayonu, yuxarı Qiyamadınlı kənd sakini 1979-cu il təvəllüdlü Hakim Daşdəmirovun intihara cəhd etməsi ilə bağlı rayon prokrorluğunda araşdırma başlayıb.”
İndi görək, rayon prokurorluğu özünü yandıran şəxsə qarşı hansı addımı atacaq.
Yəqin ki, bir neçə aylıq araşdırmadan sonra bəlli olacaq ki, günahkar özünü yandıran rayon sakinidir.
Amma bir nəfər deməyəcək ki, insan özünü necə yandıra bilər..?
Deməli, bu şəxsi o həddə çatdıranlar var.
Görəsən, icra başçısı Rafil Hüseynov dövlətdən mənimsədiyi yüz milyonların hesabına əldə etdiyi sərvətin cüzi bir hissəsini həmin sakinə verib Ramazan ayında savab qazana bilməzdimi…?
Ancaq Rafil Hüseynovu yaxından tanıyanlar bilir ki, onun işi “ver” deyil, ancaq “al”maqdan ibarətdir.
Hətta o boyda icra başçısı uşaq bağçalarındakı körpələrin də yeməyinə, südünə, qatığına tamah salır.
Bəli, bu barədə çox yazdığımız üçün yenidən bu mövzuya qayıtmaq istəmirik.
Amma Rafil Hüseynov kimi icra başçıları bilsin ki, bu gün icra hakimiyyətinin qarşısında özünü yandıranların qəzəbi bir gün başqa cür ola bilər.
Cənab deputat isə başa düşsün ki, bir neçə ildən sonra yenidən seçicilərinin ayağına getməli olacaq.
P.S Rafil Hüseynov bir müddətdən sonra ATV kanalında çıxış edən Əkbər Məmmədzadəni yanına çağırıb deyəcək ki, Binəqədi Rayon Məhkəməsinin sədri mənim dostumdur. Bu zənbilidə götür, get Gündəlik Bakını orada məhkəməyə ver, tapşırmışam. Rayonun hüquqşünasını da özünlə götür. Bax, şəhid ailəsinə də diqqət bu cür olmuşdur. Amma Binəqədinin adını çəkmədiyimiz xanım hakimi xanımlığına hörmət etməyərək, ədalətsiz qərar qəbul etdi. Biz bu haqda heç nə demirik. Bir onu deyirik ki, ən böyük hakim ALLAHDIR. Həmin xanım dediyimiz hakimi də ALLAH yaradıb, qoy özü də cəzasını versin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu