Əlisultan Sadıxovun TAYFA HAKİMİYYƏTİ... - Əbülfəs Qarayevin yadigarıdır...
Bolge
Oxunub: 237
14 apr 2022 | 21:44
Əlisultan Sadıxovun TAYFA HAKİMİYYƏTİ... - Əbülfəs Qarayevin yadigarıdır...


Neftçala rayonundan redaksiyamıza ünvanlanan şikayətdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri Əlisultan Sadıxovun iş medodundan və qohumbazlığından bəhs edilir. Belə ki, iddilara əsasən Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri Əlisultan Sadıxov Neftçala Mədəniyyət İdarəsinə əsasən öz qohumlarını işə alır. Misal üçün Neftçala Mədəniyyət və İncəsənət Sarayına Lerik rayonundan Elbrus Sadıxov adlı birini işə alıb. Həmin şəxs isə işə demək olar ki, gəlmir, ya da ürəyi istədiyi vaxt gəlir. Onun üzərinə düşən işləri isə başqaları görür. Eyni qaydada Rəsm Qalerayasında da Əlisultan Sadıxovun Rəvan adlı qohumlarından biri təyinat alıb və həmin şəxs də işə çıxmır. Rəvanın daha çox xarici ölkələrdə olduğu qeyd edilir. Hər halda onun sosial şəbəkələrdə paylaşdığı şəkillər bundan xəbər verir. Amma buna baxmayaraq Əlisultan Sadıxovun hər iki qohumu dövlətdən hər ay maaş alırlar. Şirvanlı kənd kitabxanasına isə yenə də qohumu Bəşirova Çinarəni işə alıb.

Şikayətçilər prezident İlham Əliyevdəb sitat gətirərək bildirirlər ki, möhtərəm prezident dəfələrlə məmurlardan yerlibazlıq və qohumbazlıqdan uzaq durmağı tələb edib. Lakin buna baxmayaraq, Əlisultan Sadıxovun qohumbazlıqdan əl çəkməməsi, onun prezidentin tapşırıq və təlimatlarına uyğun fəaliyyət göstərməməsindən xəbər verir.

Qeyd edək ki, Əlisultan Sadıxov keçmiş nazir Əbülfəs Qarayevə yaxın kadrlardan biri kimi tanınır. O, 2008-ci ildə Əbülfəs Qarayev tərəfindən Lerik Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə adı bir neçə qaranlıq işlərdə hallandığı üçün Lerikin icra baçısı tərəfindən vəzifədən alınıb və Əlisultan Sadıxov rayondan çıxmaq məcburiyyətində qalıb. İddilara görə işdən çıxarılan Əlisultan Sadıxov Bakıya gəlib və hamisi Əbülfəs Qarayevdən kömək istəyib. Keçmiş nazir onun bu xahişini nəzərə alaraq Mədəniyyət Nazirliyində işə alıb. 2020-ci ildə isə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov (Anar Kərimov hazırda Mədəniyyət naziridir) onu Biləsuvar Regional Mədəniyyət İdarəsinin müdiri təyin edib. Bəzi məlumatlara görə Əlisultan Sadıxovun Əbülfəs Qarayevlə olduğu kimi, nazirin birinci müavini Anar Kərimovla da yaxşı münasibətləri olub və bu münasibətlər onun Biləsuvar Regional Mədəniyyət İdarəsinə müdir təyin olunmasında əsaslı rol oynayıb.

Şikayətdə o da qeyd olunur ki, hazırda Neftçala Mədəniyyət və İncəsənət Sarayında və bir çox mədəniyyət və kitabxanalarda təmir işləri aparılır. Aparılan təmir işlərində çoxlu maliyyə pozuntularının olduğunu bildirə şikayətçilər qeyd edirlər ki, alınan mal və materilalrın qiymətləri şişirdilir. Bunu təsdiq etmək üçünsə Maliyyə Nazirliyinin Regional İdarədə yoxlama aparması yetərlidir. Bütün bu maliyyə pozuntuları və mənimsəmə halalrının isə birbaşa Əlisultan Sadıxovun tapşırığı ilə həyata keçirildiyi vurğulanır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu