Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Bolge
Oxunub: 301
13 apr 2022 | 15:33
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO


1992..... 2022.... 30 il...
DogruXeber.az: - Düz 30 ildir ki, rayon sakinlərinin şikayətlərinin "müşayiəti ilə" Eyvaz Hüseynov öz "taxt-tacı"nda əyləşib, "firon"luq edir. Nə dur deyən var, nə də durduran...
30 ildir Xocavənd rayonunun İcra Hakimiyyəti başçısı olan Eyvaz Hüseynov artıq, demək olar ki, rayonu özününküləşdirib. İstər rayonundakı kiçik sahibkarlar, fermerlər, istərsə də torpaqlar, mülklər, az qala hamısı məhz İcra başçısına məxsusdur. Bunu biz yox, sosial medialarda yayımlanan məlumatlar, eyni zamanda rayon sakinləri deyir. Bütün bunlar azmış kimi, sən demə hələ üstəlik rayonda fəaliyyət göstərən bütün dövlət idarələri üzərində söz haqqı da icra başçısına məxsus imiş. Xatırlayırsınızsa, ötən il sözügedən rayonun sakinləri olan 80 şəhid ailəsi Eyvaz Hüseynovun əkinə yararlı torpaq sahələrini mənimsəməsindən şikayət edirdi.

Hətta, onlar İcra başçısının özbaşınalıqlarına etiraz olaraq mətbuat konfransı da keçirdilər. Konfransda iştirak edənlərdən biri, Məğrur adlı tibb işçisi çalışdığı Xocavənd rayon xəstəxanasında Direktor Rühəngiz Bəşirova tərəfindən mütəmadi haqsızlığa uğradığını bildirmişdi. Və Rühəngiz Bəşirovanın İcra başçısı Eyvaz Hüseynovun yaxını olduğu bildirilirdi. Qeyd edək ki, Xocavənd rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi sosial mediada və rayon sakinləri arasında rüşvətxor əməlləri ilə tanınan Rühəngiz Bəşirova vəzifəsindən azad edildikdən sonra, yenidən Xocavənd rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin edildi. Bir müddət burada çalışdı. Çalışdığı müddətdə adəti üzrə geniş "şikayətçi auditoriyası" toplamaqda davam etdi. Daha sonra Ruhəngiz Bəşirova, Xocavənd rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən də azad edildi. Bundan sonra TƏBİB-in idarə heyətinin o zamankı sədri Ramil Bayramov tərəfindən Beyləqan rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub və hazırda orada çalışır.

Bir daha vurğulayırıq ki, Rühəngiz Bəşirovanın Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilə münasibətlərinin çox yaxın olduğu deyilir.

Ruhəngiz Bəşirovanın haqqındakı bu qədər şikayətlərə, həmçinin bütün özbaşınalıqlarına və rüşvətxor əməllərinə rəğmən, işindən azad edilmədən, yalnız yerdəyişmə ilə hələ də rəhbər vəzifələrdə çalışması İcra başçısının səhiyyə sahəsində sözünün ötməsinin bir sübutudur.
İndi də sizə əlahəzrət E.Hüseynovun təhsil sahəsindəki "amir"liyindən danışaq.

Demək, "DogruXeber.az" informasiya portalının redaksiyasına Xocavənd rayon Muğanlı kənd sakini Bayramova Vəzifə Əmiraslan qızı tərəfindən müraciət daxil olub.
Vəzifə xanım müraciətində deyir ki, "18 il Muğanlı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi olaraq çalışıb. 2008-ci ilin sentyabr ayının 15-də prezident seçkiləri keçirilərkən, xanım təhsil şöbəsi tərəfindən, müşahidəçi qismində iştirak etməsi üçün 133 saylı seçki məntəqəsinə göndərilib. Lakin, seçkidə iştirak etdiyi zaman, çalışdığı orta məktəbdə onun işinə xitam verilib və onun yerinə Xocavənd rayon İcra başçısının sinif yoldaşının - dostunun qızı Quliyeva Əfsanə Ələddin qızı ikinci iş yeri olaraq həmin məktəbə dil-ədəbiyyat müəllimi təyin olunub.

Xanım bildirir ki, bununla bağlı yerli məhkəməyə müraciət edib. Məhkəmə onun xeyrinə qərar qəbul edib. Bu qərarla razılaşmayan Təhsil şöbəsinin müdiri Şəfaət Yusifov Şirvan Apellyasiya məhkəməsinə müraciət edib... Beləcə, bu cür məhkəmə çəkişmələri bir müddət davam edib.



Yuxarıda qeyd etdiyimiz kimi bu çəkişmələr 2008-ci ildən bugünə qədər davam edir. Vəzifə xanım Bayramovanın yerinə işə alınan Əfsanə Quliyeva hazırda Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müavini vəzifəsində çalışır.

P.S: Vəzifə xanım Bayramovanın iddiaları ilə bağlı Əfsanə xanım Quliyeva ilə telefon əlaqəsi saxlayıb, məsələyə münasibətini öyrənmək istədik. Əfsanə xanım suallarımızı cavablandırmaqdan imtina etdi.

Daha sonra Vəzifə xanımın işdən azad edilməsi ilə bağlı əmr imzalayan Təhsil şöbəsinin keçmiş müdiri Şəfaət Yusifov ilə telefon əlaqəsi saxladıq.
Şəfaət Yusifov cavab verdi ki, "Mənim icra başçısı ilə heç bir yaxınlığım yoxdur. Mənə bu barədə heç kim tapşırıq verməyib. Mən o xanımı başqa işlə təmin etmək istədim, razılaşmadı. O ibtidai sinif müəllimi olaraq çalışmaq istəyir, mən də onun istəyini təmin edə bilməzdim.

Bəli, dəyərli oxucularımız. Gördüyünüz kimi, yuxarıda vurğuladığımız, "İcra başçısı Eyvaz Hüseynovun rayonda fəaliyyət göstərən bütün dövlət idarələri üzərində "söz haqqı var" cümləsi heç də əsassız deyil.

Yeri gəlmişkən, onu da əlavə edək ki, 30 ildir bir kürsünü məşğul edən E.Hüseynov haqqında gedən "kompaniyalar"da birinci Qarabağ savaşında, həmçinin 2016-cı ildə baş verən aprel döyüşlərində iştirak etdiyi təbliğ edilir. Ancaq, vətənpərvər icra başçısı nəinki müharibə iştirakçıları, nəinki müharibə əlilləri, heç şəhid ailələrini belə saymır, üstəlik bəzi hallarda haqlarını belə mənimsəməkdən çəkinmir.

Mövzuya qayıdacağıq...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!


Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Özünü seçkidə müşahidəçi göndərib, işini mənimsədilər: BAŞÇIDAN GİLEY - VİDEO // FOTO
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu