Vasif Talıbovun GÖYƏRTİ BİZNESİ - İLGİNC İDDİA
Bolge
Oxunub: 390
13 apr 2022 | 18:50
Vasif Talıbovun GÖYƏRTİ BİZNESİ - İLGİNC İDDİA



Sədərək gömrük məntəqəsi Türkiyəyə getmək istəyən naxçıvanlılara bir neçə gündür yeni qayda tətbiq edib. Bu qaydaya əsasən, gömrükdən keçən hər bir şəxs, əlində minimum 40 dəstə göyərti aparmalıdır. Əgər şəxs qonşu ölkəyə avtomobillə gedirsə, göyərti dəstə ilə yox, kilo ilə hesablanır: hər avtomobil 40 kilo. Bu qaydaya əməl etməyənlər, sərhəddən buraxılmır. Dia.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, yerli hakim ailəyə məxsus olan göyərtilər, Türkiyəyə keçmək istəyənlərə Sədərək gömrüyün qapısında paylanır.
Bu prosesə Naxçıvan Ali Məclisinin Qəbul Şöbəsinin rəhbəri Rəşad Babayevin rəhbərlik etdiyi bildirilir. Sakinlərin sözlərinə görə o, Talıbovların göyərti biznesinə nəzarət edir.
Taksi xidməti ilə məşğul olan Kəngərli rayon sakini Niyaz Mahmudov deyir ki, gömrükdən keçirməyə məcbur olduqları göyərtini, Rəşad Babayevin adamları Türkiyə tərəfdə onlardan təhvil alıb, böyük maşınlara yükləyirlər:
“Hər il bu vaxt Türkiyədə göyərti bahalaşır. Naxçıvandan aparıb, orada satmaq sərf edir. Ötən illər Naxçıvanın göyərti monopoliyası yük maşınları ilə bir dəfəyə tonlarla göy aparıb, müxtəlif şəhərlərdə satırdılar. Bu il nədənsə, Türkiyə tərəfi göyərti üçün 40 kiloya kimi məhdudiyyət qoyub. Bunlar da bu hiyləyə əl atıb, mallarını bizim əlimizlə keçirirlər. Belə qayda olmaz axı. Mən avtomobillə gedirəm ki, sərnişin daşıyam, ailəmi saxlamaq üçün çörəkpulu çıxaram. Gömrükdə isə deyirlər ki, ya 40 kilo göyərti aparmalısan, ya da buraxmırıq. Məcbur olub, müştərinin birini düşürüb, onların göyərtisini aparırıq. Müştəri itirdiyimə görə, hər dəfə ən az 30-50 manat arası ziyana düşürəm”.
Şərur rayon sakini Səkinə Hüseynova deyir ki, hər il yaz açılanda həyətdə becərdikləri göyərtini Türkiyəyə aparıb satar, bu pula isə evə ərzaq alıb gətirirmişlər. Yeni qayda onların bu dolanışığını da əllərindən alıb:
“İndi deyirlər ki, yalnız biz verdiyimiz göyərtini keçirə bilərsiniz. Öz göyərtilərimizə qadağa qoyublar. Hər il yazda uşaqlarımız gözünü dikirdi ki, gedib göyərtimizi satıb, Türkiyədən toyuq, ət, şirniyyat, ərzaq alıb gətirəcəyik. Bu il ona da imkan vermədilər. Uşaqların ahı onları tutacaq. Cüzi dolanışıq çıxan hər şeyi əlimizdən alırlar. Bu qədər Naxçıvan əllərindədir, yenə gözləri doymur”.
Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarədən Türkiyəyə aparmaq üçün sakinlərə göyərti təklif edildiyini təsdiqsələr də, bunun məcburi olmadığını bildirdilər.
Sakinlərin iddiaları ilə bağlı Naxçıvan MR Ali Məclisindən münasibət öyrənmək mümkün olmadı.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu