İcra başçısından ŞOK ÖZBAŞINALIQ... - İLGİNC FAKTLAR
Bolge
Oxunub: 344
12 apr 2022 | 21:18
İcra başçısından ŞOK ÖZBAŞINALIQ... - İLGİNC FAKTLAR


Fevral ayının 22-də Yasamal rayonu, Həsən bəy Zərdabi 77, mənzil 19-da yaşayan 1-ci qrup əlil Zaur Seyidzadənin evinə özlərini Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən şəxs və ya şəxslərin qanunsuz olaraq soxulmaları, Zauru və ailə üzvlərini incitmələri, daha sonra evlərinin qapısını sökmələri barədə həm saytımızda, həm də sosial şəbəkə ünvanımızda videomaterial paylaşmışdıq.
Həmin vaxt baş verən hadisəyə minlərlə reaksiya oldu, minlərlə fərqli üslubda rəylər bildirildi. Həmin hadisədən iki gün sonra – fevralın 24-də yayılan videogörüntülərlə bağlı rahatlığı pozulan Yasamal İcra Hakimiyyəti tələm-tələsik problemlə bağlı bir açıqlama yayaraq bildirdi ki, Zaurun evinin pəncərəsinin yerində açdığı qapı qanunsuzdur və bunun üçün O, ilk öncə İcra Hakimiyyətinə müraciət etməli imiş. Halbuki, qanunazidd heç bir fəaliyyət göstərilməmişdi. Əlil arabasında olan Zaur Seyidzadə binanın zirzəmisində yerləşən evindən rahat giriş-çıxışını təmin etmək üçün pəncərə yerinə qapı salmışdı və bu, Əlillər haqqında Qanunun 17-ci maddəsinə əsasən Zaura o haqqı verirdi. Hərçənd ki, o qapını gəlib salmalı olan, əlil üçün münasib yaşayış şəraiti yaratmalı olan elə İcra Hakimiyyəti olmalı idi. Onlar isə bunun tamam əksini edərək, adamın evinə icazəsiz girmiş, özlərini xuliqan kimi aparmışdılar. Bütün bunlar çəkilmiş videogörüntülərdə əks olunur və bu xəbərin altında həmin görüntüləri yenidən izləyə bilərsiniz.

Yasamal İH-nin “əlimyandı”da paylaşdığı həmin açıqlamadan sonra elə həmin tarixdə - fevralın 24-də Zaur İcra Hakimiyyətinə məktub yazaraq, öz evinin qapı ilə təmin olunmasını, onun üçün münasib yaşayış səviyyəsini yaradılmasını istədi. Məktubun üzərindən 20 gün keçəndən sonra İcra Hakimiyyəti Zaurun evinə iki mütəxəssis göndərdi. Mütəxəssislər evə baxış keçirəndən sonra Zaurun binaya rahat girib-çıxması üçün pilləkənlərdə pandus təşkil ediləcəyini desələr də, buna nə bina sakinləri, nə də Zaur razı olmayıb. Çünki pandus həm sakinlərin hərəkətinə mane yaradacaq, həm də Zaur o pandusdan istifadə edə bilməyəcəkdi. Zaur öz problemi ilə bağlı hətta Ombudsmana da məktub göndərib. Məktuba cavab verilib və Ombudsmandan Yasamal İH-ə problemlə bağlı müraciət də olunub. O müraciətdə vətəndaşın probleminə baxılması, Onun üçün mümkün şəraitin yaradılması istənilib. Ancaq icra rəhbərliyi nə Zaurun müraciətinə, nə də Obdusmanın məktubuna ciddi yanaşır. Mütəxəssislər evə baxış keçirib, gedəndən sonra İcra Hakimiyyətindən Zaura bildirilib ki, binanın zirzəmisində o qapının qoyulması Yasamal İH-nin səlahiyyətində deyil və bu işə Şəhərsalma və Arxitektura İdarəsi baxır.

Təsəvvür edin, İcra Hakimiyyətinin nümayəndələri gəlib, vətəndaşın düzəltdiyi qanuni qapsını söküb, yerlə bir edir, evinə xuliqan kimi daxil olur, daha sonra zəng edib, deyirlər ki, bu məsələni həll etmək – yəni o evə qapı yerləşdirmək onlarlıq deyil, yaxşı olar ki, vətəndaş Şəhərsalma və Arxitektura İdarəsinə müraciət etsin. Ümumi mənzərədən bu nəticəyə gəlmək olur ki, Yasamal rayonu İcra Hakimiyyəti özünü tikib-düzəltmək, sakinləri dinləmək üçün yaradılmış dövlət qurumu yox, dağıdıb-sındırmaq və dərəbəylik düzəltmək üçün təşkil olunmuş mütəşəkkil dəstə kimi aparır. Qapını təmir etmək, əlilə şərait yaratmaq İcra Hakimiyyətinin işi, vəzifəsi deyil, amma görünür, dağıdıb-tökmək bu qurumun birbaşa fitri vəzifəsidir. Odur ki, onlar evə yalnız dağıtmaq məqsədilə soxulurlar. Videogörüntülərdə bu, açıq-aşkar əks olunur.

Mart ayının 30-da isə Zaura İcra Hakimiyyətinin hüquq şöbəsindən Sərxan adlı şəxs zəng edib, deyib ki, Zaur haqqında polis tərəfindən protokol tərtib edilib və İcra nümayəndələri aprelin 1-də polis əməkdaşları ilə birlikdə evə baxış keçirməyə gələcəklər. Bu məlumatı Zaur redaksiyamıza bildirərək, qeyd etdi ki, Onun belə bir protokoldan ümumiyyətlə, xəbəri yoxdur: “Yasamal İH-in hüquq bölməsindən mənə Sərxan adlı şəxs dedi ki, mənə protokol tərtib edilib. Amma mənim bundan xəbərim yoxdur. Sahə müvəkkili mənə deyir ki, "sən qapın sökülən zaman polisin 102 xidmətinə zəng etmisən, buna görə də sənə protokol tərtib etmişik. Gərək, zəng etməzdin". Mən anlaya bilmirəm, evimə xuliqan kimi soxulub, məni, ailə üzvlərimi incidən xuliqanlarla bağlı mən niyə 102 xidmətinə zəng etməməliyəm? Mənim və ailə üzvlərimin təhlükəsizliyinə bəs kim zəmanət verir? Zəng edib, şikayət etdiyi və qorunma tələb etdiyi üçün vətəndaşa protokol tərtib edildiyi harda görülüb? Bu, hansı qanuni əsaslara dayanır?”,- deyə Zaur Seyidzadə bildirib.

Məsələ ilə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Vətəndaşa polis tərəfindən protokol tərtib edildiyini, ancaq vətəndaşın bu protokoldan xəbərsiz olduğunu bildirdim. Xidmət rəisi məsələ ilə bağlı araşdırılma aparılacağını və bununla bağlı da ictimaiyyətə məlumat veriləcəyini bildirdi.

Protokolun sahə müvəkkili, polis kapitanı Vüqar adlı şəxs tərəfindən tərtib edildiyi istisna edilmir. Zaurla telefon danışığında sahə müvəkkili olan şəxs protokolun tərtib edildiyini təsdiqləyir. Beləliklə, Yasamal rayonu İcra Hakimiyyəti rəhbərliyinin öz qanunsuz əməllərinə polisi də şərik etməyə çalışması açıq-aşkar görünür. Əlil vətəndaşın qapısını söküb, daha sonra 102 xidmətinə zəng etdiyi üçün Ondan xəbərsiz sahə müvəkkilinə protokol tərtib etdirmək, İcra Hakimiyyətinin polisi öz qanunsuz əməllərinə şərik etməyinin əyani göstəricisidir. Hərçənd, protokol qanunla vətəndaşın iştirakı olmadan ondan xəbərsiz tərtib oluna bilməz. Qanunsuz protokolla bağlı DİN-də araşdırılma aparılacağı DİN-nin Mətbuat Xidmətindən redaksiyamıza bildirilib. Problemlə bağlı DİN-də araşdırılma başlayandan bir gün sonra - aprelin 1-də həmin “protokol” əsasında Zaur Seyidzadənin evinə polis nümayəndələri ilə gələcəklərini bildirən Yasamal İH nümayəndələri həmin tarixdə nəinki Zaurun evinə gəldilər, hətta onlarla əlaqə saxlamaq belə mümkün olmadı. Necə deyərlər, sanki yer yarıldı, içinə keçdilər…

Ortada qapısı sökülmüş, haqqında özünün belə xəbəri olmadan protokol tərtib edilmiş 1-ci qrup, həyatını əlil arabasında keçirən şəxs və onunla 2 aydan çoxdur, bir qapı üzərində düşmənçilik edib, “gününü göy əskiyə döyən” İcra Hakimiyyəti var. 2 aydan çoxdur ki, Zaur Seyidzadəyə nə qapı salmağa imkan verilir, nə gəlib sökdükləri qapını təmir edirlər, süründürməçilik isə davam edir.

Zaur Seyidzadənin qapı qoyduğu yerin qarşısının boş olması və bu boş ərazinin Yasamal İH tərəfindən kimlərəsə qanunsuz satılması da versiyalardan biridir. Bunlar azmış kimi, İcra Hakimiyyəti öz qanunsuz əməllərinə sahə müvəkkilini, polis nümayəndələrini şərik etməyə çalışır. Ümidvarıq ki, Azərbaycan vətəndaşının təhlükəsizliyi, asayişin təminatı üçün şərəfli polis mundirini əyninə geyinmiş heç bir ləyaqətli polis əməkdaşı bu cür əməllərə ortaq olmayacaq.

P.S. Yeri gəlmişkən, Ukrayna-Rusiya müharibəsinin getdiyi bir ərəfədə əlində silah işğalçıya qarşı döyüşən şəhər merlərini gördüyüm zaman, ağlıma Yasamal İH başçısı Elşad Həsənov gəlir. Görəsən, O da eyni davranışı sərgiləyərdimi? Açığı, inanmıram. Çünki belə bir şərait yaranmışdı və gənc icra başçısını vətənpərvərliyi və cəsarəti səsləsəydi, elə 44 günlük müharibəyə də qoşula bilərdi. Halbuki söhbət 3 aya yaxındır, əlil arabasına məhkum vətəndaşla prinsip aparıb, düşmənçilik edən, qapısını söküb, evinə soxulan İcra Hakimiyyətindən gedir.dia.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu