AQTA əməkdaşı Tovuzda QOÇULUQ EDİR - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Bolge
Oxunub: 415
2 apr 2022 | 19:49
AQTA əməkdaşı Tovuzda QOÇULUQ EDİR - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


Tovuz rayon Dondar Quşçu kənd sakini, 2-ci Qarabağ müharibəsi veteranı, döyüşlərdə göstərdiyi sücaətə görə Prezident tərəfindən 2 dəfə medalla təltif edilmiş Əliyev Kamran Əliş oğlunun Qida Təhlükəsizliyi Agentliyinin Tovuz rayon Bölməsinin əməlkdaşları tərəfindən haqsız təzyiqlərə düçar olması utancverici bir hadisədir.

İkinci Qarabağ müharibəsindən sonra ailəsi üçün çörək pulu qazanmaq məqsədi ilə, rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən “Viktoriya” çay evini işlədən Kamran Əliyev 24 fevral 2022-ci il tarixdə sözügedən agentliyin Tovuz bölməsində çalışan Əhmədov Elçin Əhməd oğlunun və Feyzizadə Elvin Sahib oğlunun “yoxlamasına” məruz qalır. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsindən tam kənara çıxan həmin şəxslər özlərinə məxsus kameraları sönmüş halda, hətta Elçin Əhmədovun da içkili vəziyyətdə obyektə daxil olaraq birbaşa 200 manat məbləğində cərimə yazacaqlarını bildiriblər. Kamran Əliyev həmin şəxslərin qanundan kənara çıxmaları haqqında onlara söyləsə də, agentin işçiləri deyilənləri eşitmədən, guya əsəbləşərək qərəzli şəkildə 4000 manat cərimə yazmalı olurlar. Əməli ilə işləri bir müstəvidə cəmləşməyən Elçin və Elvin müharibə veteranına onu da bildirirlər ki, “bu baş idarənin göstərişidir. Hər il tabeçiliyində olduğumuz agentlik Qarabağın inkişafı üçün 5 milyon pul ödəyir. Ona görə də, bizə tapşırıq var ki, obyektləri nöqsan oldu, olmadı cərimələməliyik”.

Bəli, dövlətin adından və vəzifəsindən sui-istifadə edərək Vətən üçün döyüşmüş bir müharibə veteranına bu cür əsassız təzyiq nə dərəcədə doğrudur?

Müharibə veteranı Kamran Əliyevin dediklərinə görə, 2-ci Qarabağ müharibəsi zamanı qida təhlükəsizliyinin əməkdaşları, Tovuz rayon sakinləri Elçin Əhmədov və Elvin Feyzizadə çağırış yaşlı olublar. Hər ikisinin müharibədən necə qaçıb gizlənməsi də sual doğurur. Bundan əlavə hər iki şəxs tutduqları vəzifədən digər adda da sui-istifadə edənlərdir. Belə ki, Elvin Feyzizadənin əmisi oğlu Tovuz rayon mərkəzi xəstəxanasının yaxınlığında “Ləziz” kafesi işlədir. Əmisi oğluna havadarlığı şəxsən Elvinin özü edir. Elvinin həmin kafeyə cəriməni 4000 manat deyil, 300 manat yazması deiklərimizi sübuta yetirir.

Digər əməkdaş Elçin Əhmədovun bacısının adına Tovuz rayonunda “Həyat” restoranı fəaliyyət göstərir. Həmin restorana hələki 1 manat da olsun cərimə yazılmayıb. Ola bilər ki, yazıdan sonra həmin restorana köhnə tarixə cərimə yazılmış olsun.

Vətəndaş Kamran Əliyev Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Bölməsinin belə özbaşınalıqlarını və haqsızlıqlarını qəbul etməyərək, haqlı olaraq Prezident başda olmaqla aidiyyəti orqanlara ərizələrlə müraciət etmişdir. Bundan əlavə agentlik Kamran Əliyev tərəfindən Tovuz rayon Məhkəməsinə də verilib.
İnanırıq ki, Kamran Əliyevin haqq işi qanun naminə öz həllini tapacaqdır.
ATİA.AZ
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu